Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » Müasir tərbiyə “tələbkarlıq” və “hər şey mümkündür” mərhələsində hərdən onların yerini dəyişdirməklə səhvə yol verir.
Русская версия сайта Русская версия сайта
sitename
Müasir tərbiyə “tələbkarlıq” və “hər şey mümkündür” mərhələsində hərdən onların yerini dəyişdirməklə səhvə yol verir.
Hətta bu gün bir çox psixoloq və pedaqoqlar, xüsusilə “proqressiv” hesab olunanlar da azyaşlı uşağın şüurlu şəkildə tərbiyələndirilməsinin düzgün olmadığını zənn edirlər. Onlar belə hesab edirlər ki, informasiya bolluğu uşağın əsəb sisteminə əks-təsir göstərir və hər şeyi, necə istəyirsə elə də etməyi, onun öz öhdəsinə buraxmaq daha təbii olardı. Bəziləri hətta əmindirlər ki, bu yaşda uşaq eqoistdir və hər şeyi yalnız öz kefinə uyğun edir. Məhz, həmin səbəbdən bütün dünyada valideynlər bu cür ideyaların təsiri altında olur və düşünülmüş şəkildə “rahat burax” prinsipinə əməl edirlər. Və elə həmin valideynlər övladları 
uşaq bağçasına və yaxud məktəbə getməyə başlayan kimi, anındaca bu prinsipdən imtina edərək qəfildən ciddiləşir və uşaqlarını tərbiyə etməyə girişirlər, onlara nəsə öyrətməyə səy göstərirlər. 
“Mülayim” analar durduqları yerdə “vahiməli” validələrə çevrilirlər. Bununla yanaşı, yuxarıda izah edilənlərdən də aydındır ki, hər şey əksinə olmalıdır. Məhz, uşağın həyatının ilk illərində ona qarşı həm ciddi, həm də mehriban olmaq lazımdır, özü inkişaf etməyə başladığı zaman isə tədricən onun iradəsinə, onun “Mən”inə hörmət etməyi öyrənmək lazımdır. Daha dəqiq ifadə etsək, valideyn təsiri uşaq bağçası dönəminədək bitməlidir. Erkən yaş dövründə müdaxilə etməyib, sonrakı zamanda uşağa təzyiq göstərmək, istedadını məhv edə və onda müqavimət hissi yarada bilər. 
 Masaru İbuka 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))