Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

İslam dinində evlilik yaşı.

Hər kəsə bəlli olduğu kimi evlilik insan həyatının ən mühüm və ən həssas mövzularından biridir. Hətta o qədər zəruri bir məsələdir ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə Allah insanları evlənməyə təşviq edərək buyurur:
(Ey gənclərin ixtiyar sahibləri) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək iqtidarında olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir. (Nur, 32)
Yaxud Həzrət Peyğəmbər (s) buyurur:
"Evlənmək mənim sünnəmdir (yolumdur) və evlənməyən şəxs mənim ümmətimdən deyil".
Bəs, görəsən, bizi özümüzdən daha yaxşı tanıyan Allah evliliyə bu qədər təşviq etdiyi halda evlənmək üçün hansı yaş həddi qoymuşdur? Yaxud belə deyək:
Hansi yaşda evlənmək daha gözəldir?
Qurani-Kərimə nəzər saldıqda görürük ki,evlilikdə Allah-təala həddi-büluğa çatmağı şərt bilir:
وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ;
(Nisa, ayə 6).
Şeyx Tusi kimi böyük alimlər bu ayənin təfsirində buyururlar ki, "büluğ" kəlməsinin məqsədi, insanın evlənərək nəsil artırmağa fiziki gücünün çatmasıdır.
Hədislərə müraciət etdikdə isə görürük ki, evlənmək barədə iki qrup hədis mövcuddur. Birinci qrup hədislər konkret yaş həddinə işarə etməkdədir və misal üçün İmam Baqir (ə) buyurur:
"Qız uşagi 9 yaşa çatsa evlənə bilər".
Başqa bir hədisdə isə oxuyuruq ki, "qız uşağı 9 yaşa çatarsa və evlənərsə, yetimlikdən xaric olur və malını özünə verə bilərsən"
(uşaq yetim qaldığı zaman onun malı əmanət olaraq qəyyumunda qalır. Hədisdən də bu anlaşılır ki, qız uşağı 9 yaşına çatsa və evlənsə, artıq ona irs yolu ilə çatan malını özünə qaytara bilərsən və ya qaytarılmalıdır).

Digər qrup hədislər isə xüsusi yaş qeyd etmədən insanları gənc yaşlarında evlənməyə təşviq edir. Məsələn:
من سعادة المرء ان لا تطمث ابنة في بيته
"Kişinin səadətindəndir ki, qızı öz evində heyz görməsin"

Bəzən şahidi oluruq ki, İslam düşmənləri bu qrup hədislər vasitəsilə insanları manipulyasiya edərək deyirlər ki, axı 9 yaş qız uşaqları üçün çox erkəndir və həmin yaşda olan qız uşaqlarının çoxu sözün əsl mənasında uşaqdır, yəni evliliyin nə olduğunu dərk etmirlər. Təəssüflər olsun ki, hədisləri və hökmü tam olaraq araşdırmayan insanlar da düşmənlərin bu tip sözləri vasitəsilə şəkkə düşürlər. Halbuki biraz araşdırsaq,
hədislərə və fiqhi kitablarımıza nəzər salsaq görərik ki, hədislərdə erkən yaşda evliliyə təşviq etmə halı nə qədər çox olsa belə Allah-Təala həddi büluğdan əlavə başqa şərtlər də qoymuşdur. Belə ki, dinimiz buyurur:
Həddi buluğdan əlavə insan gərək rəşid (yaxşını pisdən ayırmağı bacara) olsun. Yəni müstəqil şəkildə öz ixtiyarı ilə evlənsin və özü seçim etsin.
Şəhid Mütəhhəri "rəşid" olmağın evlilikdə şərt qoyulması barəsində buyurur ki, izdivac üçün yalnız həddi-büluğ və aqil olmaq (dəli olmamaq) kifayət etmir. Bunlardan əlavə gərək yuxarıda qeyd etdiyimiz rəşidlik də mövcud olsun. Rəşidliyi umumi mənada izah etmək istəsək bu cür deyə bilərik ki, insanın idarəçiliyə ləyaqəti olsun və buna mənəvi gücü çatsın. Boynunda olan maddi və mənəvi yükü həm dərk etsin, həm də layiqli şəkildə öhdəsindən gəlməyi bacarsın.
Şəhid Mütəhhərinin sözü ilə desək:
"Evlilikdə rəşidlikdən məqsəd yalnız cismi deyil, həmçinin ruhi və fikri potensialdır.
Bir sözlə, həm qadın, həm də kişi bilməlidir ki, evlilik nə deməkdir. Cəmiyyət və mədəniyyətlərdən asılı olaraq bu dərrakə qabiliyyətinin yaşa nisbəti ayrı-ayrı dönəmlərdə və ictimalarda fərqli şəkildə özünü göstərmişdir.
Bəs, görəsən, dinimiz niyə erkən yaşda evlənməyin tərəfdarıdır? Bunun səbəbləri nədir? Yazının həcmini nəzərə alaraq yalnız bir-iki səbəbə toxunmaq istəyirik.
Səbəblərdən biri budur ki, ömür ötmədən, qocalmadan evliliyin xeyir və səmərəsini görmək mümkün olsun. Bir digər səbəb isə cavan yaşda evlənməklə cinsi tüğyanların qarşısını almış oluruq. Buna görə Həzrət Peyğəmbər (s) buyurub
"Hər kim evlənsə dininin yarısını tamamlamış olur"
Yəni, insanın dininin yarısı əksər vaxtlarda cinsi tüğyanlara görə məhv olmaqdadır. Bunun biz real həyatımızda da şahidi oluruq. Kor-koranə qərbə təqlid yolunu seçilərək evlilik yaşı 18-ə kimi uzadılmışdır və məhz buna görə də cəmiyyətimizi fəsad bürüməkdədir. Nə qədər şahidi oluruq ki, məktəbdə oxuyan qız və ya oğlan cinsi istəyə görə Allahın haram buyurduğu yollara əl atır. Hər birimiz bilirik ki, cinsi istək fitri bir şeydir və iradəsi zəif olan insan evlənəcəyi zamana kimi hər hansı bir yolla cinsi tələbatını ödəyəcəkdir. Nəticədə fəsad baş alıb gedəcək və cəmiyyətdə şəhvani haram ab-hava hökm sürəcəkdir. Peyğəmbərimiz (ə) və Məsum (ə) İmamlarımız (ə) bu fəsadın qarşısını almaqdan ötrü cavan yaşda evlənməyə təşviq ediblər. Cavanlıq yaşı digər məsələlərdə olduğu kimi evlilikdə də çox münasibdir. Allah-təala cavanlıqda bərəkət qoyubdur. Hər bir işi insan gənc yaşında görərsə daha çox uğur qazanacaq və daha çox fayda aparacaqdır. İstər elm öyrənməkdə, istər idmanda, istər incəsənətdə və sair sahələrdə olduğu kimi evlilikdə də vəziyyət eyni cürdür. Dinimiz evliliyin erkən çağında olmasına israr edərək buyurur:
"Ən pis cavanlar subaylardır". Yəni, evliliyə ehtiyacı olduğu halda evlənməyən gənclər məzəmmət olunur.
Son olaraq bunu da demək yerinə düşər ki, dinimiz erkən yaşlarda evlənməyə təşviq etdiyi zaman ataları öz oğlunu evləndirməyə və ya qızını ərə getməyə məcbur etməsi kimi mənfi halları heç zaman və heç bir formada təsdiq etmir. Əksinə, dini nikahın şərtlərindən biri də budur ki, qız və oğlan özləri öz ixtiyarı ilə evliliyə razılıq versinlər, əks halda isə kəbin və nikahları batil olur.
https://t.me/turalceferi
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))