Shia.az SonUmidTv media
» » » Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Русская версия сайта Русская версия сайта
sitename
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdırMehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır

Quranın nəzərinə görə, mehriyyə nikah üçün lazımlı olan amillərdəndir. O zaman ki, əqd siğəsində zikr olunmazsa, əqdi batil etməsə də, təlaq zamanı kişinin vəzifəsidir ki, onu qadınına ödəsin.
Quranın nəzərinə görə mehriyyə bir hədiyyədir və sədaqətin nişanəsidir. "Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir)”. ("Nisa” 4).

Mehriyyə qadının haqqıdır və ailənin başqa üzvləri ondan pay aparmaz. Qadın öz razılığı ilə onu həyat yoldaşına bağışlaya bilər. Lakin əgər qadın ərinin əziyyət və zülmündən xilas olmaq üçün onu ərinə bağışlayarsa, həyat yoldaşının ondan istifadə etməsi haramdır. Çünki həyat yoldaşı könüllü olaraq onu bağışlamamışdır. Ona görə də dinimiz qadını mehriyyənin maliki hesab edir.

Qədimdə də belə bir adət var idi ki, bir nəfər evlənmək istəyən zaman qızın ailəsinə müəyyən miqdarda pul və ya hansısa malı verərdi ki, nikah bağlaya bilsin. Ancaq İslam dini insanların haqqının hafizi kimi bu yanlış adəti dəyişdirdi. Həmin pulun qıza çatacağına əmr etdi, nəinki ata və anasına. Çünki qədimdə həmin verilən pul valideynlərə çatırdı və qız ondan heç bir mənfəət götürmürdü. Ancaq dinimiz buyurdu ki, mehriyyə qadının haqqıdır və ondan qeyrisinə verilməsi də caiz deyildir.

Baxmayaraq ki, dinimiz mehriyyənin verilməsinə bu qədər təkid edir, ancaq onun miqdarının çox olmasını bəyənmir. Əksinə, ailə quran tərəflərdən istəyir ki, bacardıqları qədər mehriyyənin miqdarını az etsinlər. Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin ən üstün qadınları – onların ən gözəl və mehriyyəsi az olanlarıdır”.
Qurani-Kərimdə həmçinin bu mövzuya da işarə edilir ki, əgər kişi bir qadın yerinə iki qadınla ailə qurmaq istəyirsə, haqqı yoxdur ki, birinci həyat yoldaşına bağışladığı mehriyyəni alıb onunla evlənsin. Çünki cahiliyyət dövründə belə bir adət var idi ki, kişi başqa bir qadınla evlənmək istəyən zaman birinci həyat yoldaşına əxlaqsızlığı nisbət verərək, onu təlaq verməyə məcbur edərdi. Bu yolla mehriyyəsindən əl çəkməsini şərt qoyardı. Ondan aldığı mehriyyə ilə yenidən evlənərdi. Allah Təala bu adəti yanlış adlandırdı və bu hərəkəti zalımcasına və insan şəxsiyətinə zidd hesab etdi. Ona görə də Quranda buyurur: "Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?!(Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər). Onu necə geri alırsınız?! Halbuki, siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən(nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!”. ("Nisa” 20-21).

O kəs ki, evlənən zaman niyyəti bu olar ki, mehriyyəni ödəməyəcəkdir, Allah onu günahkar adlandırır və oğru kimi hesab olunur.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, həyat yoldaşı üçün mehriyyə qərar verər, (amma) ödəməsinə görə niyyəti olmaz – oğru kimidir”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "O kəs ki, bir qadınla evlənər və daxilində bu niyyət olar ki, mehriyyəsini ödəməyəcəkdir – zinakardır”.

Beləliklə gözəl İslam dini qadına həmişə dəyər vermiş və şəxsiyyətini uca tutmuşdur. Buna bariz nümunə olaraq qadının ailə quran zaman aldığı mehriyyəni misal göstərmək olar. Mehriyyə qadının haqqıdır və Allah onu qadına bağışlanan hədiyyə adlandırmışdır. Hər kim onu ödəməz – Allah dərgahında günah etmiş olar. (Erfan)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İman
İman
Merac gecəsi qadınlar haqqında maraqlı bir hədis
Merac gecəsi qadınlar haqqında maraqlı bir hədis
Hicabın tarixi
Hicabın tarixi
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Fitrə zəkatı
Fitrə zəkatı
Qadının insani məqamı
Qadının insani məqamı
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Qadının iddəsi :
Qadının iddəsi :
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))