Shia.az SonUmidTv media
» » Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Русская версия сайта Русская версия сайта
sitename

Bismillahir-rəhmanir–rəhim.

Suallar və cavablar:

1.Sual: Lütfən bu aşağıda yazılan "Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz:

" (وَ الْقَواعِدُ مِنَ النِّساءِ اللاّتی لا یَرْجُونَ نِکاحًا فَلَیْسَ عَلَیْهِنَّ جُناحٌ أَنْ یَضَعْنَ ثِیابَهُنَّ غَیْرَ مُتَبَرِّجاتٍ بِزینَةٍ وَ أَنْ یَسْتَعْفِفْنَ خَیْرٌ لَهُنَّ وَ اللّهُ سَمیعٌ عَلیمٌ ------ (Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) Evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir)”.

Cavab: Bu ayənin mənası qadınların geyimi və hicab barədə nazil olmuş əvvəlki ayələrə diqqət etməklə aydınlaşır. Əvvəlki ayələrdə paltar geyinməyin tərzi, naməhrəmlərə baxmağın hökmləri, ər və arvad olan evlər və mənzillərə daxil olmağın ədəbləri bəyan olmuşdur. Bu müqəddəs ayə artıq yaşı keçmiş qadınların hicab bağlamamasını istisna hal kimi dəyərləndirir.

Həqiqətdə bu istisna üçün iki şərt mövcuddur:

1.Adətən izdivac və evliliyə ümidi olmayacaq dərəcədə yaşın keçməsi. Yəni həmin qadın cinsi istəklərini kamil surətdə itirməlidir.

2.Özlərini zinət əşyaları ilə bəzəməmək. Yəni həmin qadınların belə etməsi əsla icazəli deyildir.

Göstərilən bu iki qeyd ilə hicabın açılması öz ardınca heç bir fəsad gətirməyəcək. Elə buna görə də İslam dini məlum və məşhur hicab hökmünü onlardan götürmüşdür.

Əlbəttə, aydındır ki, paltarlarını çıxartmaq deyəndə məqsəd çılpaq olmaq deyildir. Əksinə hədislərdə işarə olunduğu kimi məqsəd, çadra və üz örtüyüdür. Bu ayənin barəsində İmam Sadiqdən (ə) nəql olunan hədisə o həzrət (ə) belə buyurur:

الخمار، و الجلباب، قلت بین یدی من کان؟ قال بین یدی من کان غیر متبرجة بزینة

"Ayədəki məqsəd üz örtüyü və çadradır”. Ravi deyir: "İmamdan (ə) soruşdum : "Qarşılaşdığı hər kəsin yanında üz örtüyünü götürə bilər?”

İmam (ə) buyurdu: "Zinət və bəzəyi olmasa, qarşılaşdığı hər kəsin yanında üz örtüyünü və çadrasını götürə bilər ”.

2.Sual: Lütfən Qurani-Kərimdə hicab haqqında olan ayələri bizə təqdim edərdiz?

Cavab: Hicabın hökmü aşağıdakı ayələrdə əsaslı şəkildə bəyan olunmuşdur:

Nur surəsinin 31, 58, 59 və 60-cı ayələri.

Əhzab surəsinin 59 və 60-cı ayələri.

Əlbəttə, hicabla bağlı ayə və hədislərin araşdırılması və bu hökmün incəlikləri Şəhid Mütəhhərinin yazdığı "Hicab məsələləri” adlı kitabda öz əksini tapmışdır və onu mütaliyə etməyinizi tövsiyə edirik.

 

3. Sual: İslam dinində vacib hesab edilən hicab necə olmalıdır?

Cavab: İslam dininin göstəriş verdiyi hicab üz və əllər istisna olmaqla bütün bədənin hətta saçların da naməhrəm qarşısında örtülməsindən ibarətdir. Ümumiyyətlə cəlbedici, diqqət çəkən rəngli və ya dar geyimlər İslam dininin göstəriş verdiyi hicab çərçivəsindən xaricdir. Xanımlar bu növ geyimlərdən çəkinməlidilər!!!

4. Sual: Nə üçün qızlar 9 yaşında hicab bağlamalıdırlar? Halbuki bu yaşda onlar səhv nəticələr alır. Onların günah etməsi və ümumiyyətlə günahları başa düşməsi üçün 9 yaş az deyildirmi?

Cavab: Elmin inkişafı və fəlsəfi sirlərin çoxuna aydınlıq gətirmək İslam dininin iftixarlarından biridir. Qızların buluğ həddinə yetişməsi (yetkinlik yaşına çatması) məsələsini də buna misal çəkmək olar. Bu mövzu ilə əlaqəli elmi təhqiqatlar və tədqiqatlar aparılmışdır. Daha geniş izah etmək üçün bir neçə nöqtəni də nəzərinizə çatdırırıq:

Adətən qanunlar, hökmlər və göstərişlər adi insanlar və sağlam ağıla malik olan fərdlər üçün təyin olunur. Amma bu qanunları icra etməyə qüdrəti olmayan şəxslər və qocalar həmin qanun və hökmləri həyata keçirməkdən istisna kimi qəbul edilir. Dini məsələlər də eynilə belədir. Qocalar və buluğ həddinə çatmayan uşaqlar bu hökm və qanunlardan istisna edilmişdir.

Qızlar, tibb elminin təsdiq etdiyi kimi, cismi cəhətdən, təfəkkür və düşüncə inkişafı baxımından oğlanlarla müqayisədə daha tez təkmilləşir. Bu barədə psixoloji və tibbi kitablara müraciət etmək olar. Deyilənlərə əlavə etmək olar ki, hətta oğlan və qız uşaqları arasındakı fərq körpə ikən belə nəzərə çarpır və diqqəti cəlb edir.

Sualda qeyd olunub ki, qızlar 9 yaşda səhv və günahların nəticələrini başa düşmələri üçün azyaşlı olurlar. Diqqətinizə çatdırım ki, səhvlərin və günahların nəticələrini anlamamaq və ya başa düşməməyin yetkinliklə heç bir əlaqəsi yoxdur. Çünki həyatda çox sayda insan vardır ki, yaşının çox olmasına baxmayaraq hələ də öz əməllərinin nəticələrini dərk etmir. Nəticə etibarı ilə yetkinlik yaşına çatmaq, bəzi əməllərin nəticələrini başa düşmək üçün kifayət etdiyi mənasında deyildir. Digər bir ifadə ilə desək, insanın şəriət hökmlərini həyata keçirməyə vəzifəli və borclu olmasına görə bəzi əməllərin nəticəsini başa düşməyinə ehtiyac yoxdur.

(Tərcümə etdi: Müslüm Müslümov)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))