Shia.az SonUmidTv media
» » » Peyğəmbərimiz necə azan verirdi? Azan verərkən öz Peyğəmbərliyinə və İmam Əlinin haqq vilayət olmasına şəhadət verirdimi?
Русская версия сайта Русская версия сайта
sitename

Bu mövzuda iki sual verildiyi üçün cavabları və sualları iki hissəyə bölürəm:

A). Peyğəmbər Azanın sözlərində öz adını deyirdimi?

Cavab: Sözsüz ki, Peyğəmbərimiz (s) azanın sözlərində öz adını çəkirdi. Çünki Peyğəmbərimiz də başqaları kimi dinin buyurduqlarını əməl edirdi. Əgər Peyğəmbərə bu əməllərin vacib olmaması haqqında sübutumuz varsa o vaxt bu sualın yeri vardır. Amma hədislərə istinad edərək deyə bilərik ki, Peyğəmbərə dinin vacibləri vəzifə olaraq vacib idi və o (s) bütün azanlarında Allahın və özünün haqq olmasını açıq- aşkar təkrar edirdi.

İmam Baqir (ə) buyurub:

"Peyğəmbər (s) meraca gedəndə "Beytul- məmura" (məmur ani) yetişərkən namaz olur. Cəbrail (ə) azan və iqamə deyir. Bu zaman Peyğmbər önə keçir və mələklər onun arxasında sıraya düzülürlər. bir nəfər Peyğəmbərdən soruşur: Cəbrail necə azan verdi? Həzrət buyurur:

«الله اکبر، أشهد ان لا إله إلاّ الله، أشهد أن محمّداً رسول الله (تا آخر اذان)»

Allahu əkbər, əşhədu ənla ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsuləllah (axıra kimi).[1]

Ayrı bir hədisdə isə buyrulub: İmam Hüseyn (ə) buyurub: Atam Əli ibn Əbu Talibdən eşitdim ki: Allah Taala Peyğəmbəri meraca aparmaq üçün bir mələk göndərdi o mələyi nə ondan qabaq nə də ondan sonra səmada görən olmayıb. O azan və iqamə dedi: Elə bu zaman Cəbrail mələk Peyğəmbərə dedi: Namaz üçün belə azan de".[2]Bundan belə başa düşülür ki, Peyğəmbərin azan və iqaməsi başqalarından fərqli deyildi.

B). Peyğəmbər azan verərkən İmam Əlinin vilayətinə şəhadət verirdimi?

Bu barədə birbaşa əlimizdə bunu sübuta yetirə biləcək bir hədis və ayəmiz yoxdur. Amma bu mövzuda "əl- səlafətu bi əmr- əl xlasə kitabında belə gəlmişdir ki: İlk dəfə Salman Farsi Alaha və Peyğəmbərə şəhadət verdikdən sonra İmam Əlinin (ə) də vilayətinə şəhadət vermişdir. Onun bu əməlindən sonra səhabələr Peyğəmbərə şikayətə gedirlər. Peyğəmbər isə onların sözünə etina etməmiş və bu əməli öz möhürü ilə təsdiqləmişdir. Həmçinin bu kitabda nəql olunmuşdur ki, "böyük Qədir xum" hadisəsindən sonra Əbuzər Qəffari Allahın varlığına və Peyğəmbərin Peyğəmbərliyinə şəhadət verəndən sonra İmam Əlinin də vilayətinə şəhadət vermişdir. Amma onun da bu əməli münafiqlərin xoşuna gəlmədi və etiraz əlaməti olaraq şikayət üçün Peyğəmbərin hüzuruna gəldilər. Peyğəmbər onları dinlədikdən sonra dedi:

«اما وعیتم خطبتی یوم الغدیر لعلی بالولایه»

"Bəs sizin üçün istinin altında uzun- uzadı oxuduğum xütbənin anlamı və mənası nədir? Xütbənin mənası bu deyildi ki "Əli sizin vəlinizdir"? Sonra isə sözünə davam edir: Bəs eşitməmisiniz ki, nə səma beləsinin başına kölgə salmış və nə də yer özündə belə bir şəxs görmüş. Əbuzər heç vaxt yalan danışmaz. Amma yenə də bunun üstündən siz ondan mənə şikayətə gəlmisiniz.

«انکم لمنقلبون بعدی علی اعقابکم»[3]

Amma bu mətinlərin sənədi nəql olunmamışdır. Hətta yeddinci əsrə kimi də kimdənsə eşidilməmişdir.

Bundan əlavə İmamlarımız elə bir hədis söyləməmişdir ki, o hədisdə azanın və iqamənin sözlərinin xırdalığına kimi işarə edilsin.

Yəni onlar da azanı məlum məsələdir ki, Peyğəmbərin zamınında verildiyi kimi vermişlər. Amma Allahın və Peyğəmbərin haqq olmasına şəhadət verəndən sonra və ya Peyğəmbərin (s) adından sonra İmam Əlinin (ə) adını çəkməyin savab olması barəsində xeyli hədislərimiz vardır. Bu hədislərin bəzilərini aşağıda qeyd edirik:

İmam Sadiq (ə) buyurmuşdur: "Allah Taala yeri göyü yaradandan sonra bu üç şəhadətin deyilməsini əmr etmişdir".[4]

«اله الا الله محمد رسول الله علی امیرالمؤمنین»

Yəni: Əşhədu ənla ilahə illəllah.

Əşhədu ənla Muhəmmədən rəsulallah və əşhədu ənla əliyyən vəliyullah.

«فاذا قال احدکم لا اله الا الله محمد رسول الله فلیقل علی امیرالمؤمنین ولی الله»

Amma ayrı bir hədisdə isə buyurmuşdur: "Allah- Taala ərşi və kürsünü yaradandan sonra onlara belə yazdı. La ilahə İlləllah, Məhəmmədən rəsulallah, əli əmir əl möminin.[5]

Bəzi rəvayətlərə istinad edərək deyə bilərik ki, İmam Əlinin adını istər azanda və istərsə də qeyri- azanda Allahın və Peyğəmbərin adından sonra çəkilərsə böyük savabı vardır.[6]

Bundan əlavə azan ibadətdir. Şiə alimləri azanda, azanın tərkib hissəsi deyil, savab niyyəti ilə söylənməsini caiz bilirlər.[7]



 

[1] - Təhzib- əl əhkam, Tusi, darul əzva nəşriyyatı, Beyrut, cild 2, səh 60, haşiyə 3.

[2] - Dəam- əl İsbami, Qazi Noğman ibni Məhəmməd təmimi, dar əl- maarif nəşriyyatı, Qahirə cild 1, səh 142.

[3] - Əl- islami fi əmr- əl xlafə.

[4] - Biharul- ənvar, cild 37, səh 295, 10- cu hədis, 45- ci bab.

«ان الله اخذ من بنی آدم من ظهورهم ذریتهم فقال الست ربکم و محمد رسولی و علی امیرالمؤمنین قالو بلی

[5] - Yenə də ora, cild 27, səh 1, bab 1.

[6]- Yenə də ora səh 38,hədis 318- 319- 27- ci hədis, 67- ci bab və cild 27, Biharul- ənvar səh 8, cild 16, bab 10.

[7] - Tozihul məsail, cild 1, 919- cu məsələ, səh 519.

(Zəncani əlbəttə əmir- əl mömininin və digər İmamların vilayəti imamın vacib şərtlərindəndir. İslam dini bunlarsız öz zahiri gözəlliyini itirir. Yaxşı olar azanda Peyğəmbərin adından sonra İmam Əlinin (ə) və digər İmamların adları təbərrük niyyəti ilə deyilsin. Amma elə deyilməlidir ki, azanın sözlərinə oxşamasın.

(Məkarim) Təbərrük niyyəti ilə elə deyilməlidir ki, azanın tərkib hissəsindən seçilsin.


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))