Shia.az SonUmidTv media
sitename

Allahı gözlə görmək olarmı?

Məad məsələsində hiss, göz və qulaq vardır, amma Allah cism olmadığı üçün görünə bilməz.
Cismani məadda Allah adi gözlə görünəcəkmi?

Merac və məad cismani və ruhanidir. Məad məsələsində hiss, göz və qulaq vardır, amma Allah cism olmadığı üçün görünə bilməz. İnsan zahiri gözlə maddi əşyaları görür, lakin onların batinini görə bilmir. Belə olduqda, qeyri-maddi varlıqları necə görə bilər? Deməli, cismani məadda insan Allahı öz canı ilə dərk edir. Qurani-kərim buyurur: 

Allahı gözlə görmək olarmı?«لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ»

"Gözlər Onu (görüb) dərk etmir. O, gözləri dərk edir. O, lətifdir, (hər şeydən) xəbərdardır!” ("Ənam” surəsi, ayə 103)

Bu ayədə dörd hissə vardır:
1. Gözlər Allahı görmürlər. Çünki O mücərrəd varlıqdır. O, gözü yaradandır, ona görə də gözə görünməyəcək.
2. Allah gözləri dərk edir və gözü görməklə onun əmanət və xəyanətini də dərk edir. O, bilir ki, kimin baxışı mehribancasındır, kimin gözü qəzəbli; göz naməhrəmə baxır, ya yox. "Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!” ("Ğafir” surəsi, ayə 19) 
3. Lətif və mücərrəd olduğu üçün gözlər Onu görmürlər.
4. O, xəbərdar olduğu üçün bütün gözləri görür.

Biz Qiyamətdə Allahı görəcəyik, amma maddi gözlə yox. Bizim hamımız yuxuda bəzi şeyləri görür və eşidirik, amma batini gözlə və canımızla görür və eşidirik.
Bəzi şəxslərin sağlam göz və qulağı olmasına baxmayaraq, Qurani-kərim onları kar, kor və lal adlandırır. 

«صمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ»

"Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.” ("Bəqərə” surəsi, ayə 171)
Qurani-kərim insanın batini göz və qulağına işarə edir. Eşidə bilməyən kəs danışmağı da öyrənə bilmir, yəni laldır. Quranın bəyanında bəziləri ilahi müəllimin sözlərinə qulaq asmadılar və ilahi təlimləri öyrənmədilər. Ona görə də danışmağı bacarmırlar və laldırlar.
Hər halda insan batin gözü ilə Qiyamətdə Allahı görəcək. Əgər dünyada batin gözü kor olsa, Qiyamətdə də məhşərə kor gələcək. Qurani-kərim bu qrup barədə buyurub:

« وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ»

"Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” ("Taha” surəsi, ayə 124)
Sonra onlar etiraz edib deyəcəklər ki, ilahi, bizi nə üçün məhşərə kor gətirdin, halbuki biz dünyada görürdük?

«قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا»

"O belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!” ("Taha" surəsi, ayə 175)

Qiyamət həqiqətlərin üzə çıxacağı yerdir və batilin ora yolu yoxdur. İnsan dünyada həqiqəti görə bilməsə, axirətdə də görə bilməyəcək. Ona görə də bu şəxs cəhənnəm və onun şölələrini yaxşı görür, ondan qorxur, amma peyğəmbərləri, övliyaları və cənnəti görmür.
İbn Babəveyh İmam Sadiqin (ə) şagirdi Əbu Bəsirdən belə nəql edir ki, Əbu Bəsir həzrətdən soruşur: "Qiyamət günü Allahı görmək olarmı?” İmam (ə) buyurur: "Bəli. Hətta Qiyamətdən əvvəl də görmüşlər.” Əbu Bəsir deyir: "Necə?” İmam (ə) buyurur: "O zaman ki, Allah onlara: "Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər.” 
Qiyamətdə Allahı görmək olar, amma maddi gözlə deyil, can gözü ilə.

Ayətullah əl-üzma Cavadi Amuli
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Allah-ın varlığını hiss etmək istəyən insan
Allah-ın varlığını hiss etmək istəyən insan
Qiyamət günü tənha qalan insanlar
Qiyamət günü tənha qalan insanlar
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua nümunəsi
Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua nümunəsi
Günahın xarlığı və itaətin izzəti
Günahın xarlığı və itaətin izzəti
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
Allahı tanımada daxili (batini) yol
Allahı tanımada daxili (batini) yol
Həzrət Fatimə (s) yaradılışın ləylətul-qədridir
Həzrət Fatimə (s) yaradılışın ləylətul-qədridir
İnsan özünü necə tanıya bilər?
İnsan özünü necə tanıya bilər?
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
QİYAMƏTDƏ NUR İÇİNDƏ MƏHŞƏRƏ GƏLMƏK İSTƏYİRSƏN ?
QİYAMƏTDƏ NUR İÇİNDƏ MƏHŞƏRƏ GƏLMƏK İSTƏYİRSƏN ?
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Orucunuz qəbul olmuşdurmu?
Orucunuz qəbul olmuşdurmu?
Kimlər Qiyamət günü kor məhşur olacaqlar?
Kimlər Qiyamət günü kor məhşur olacaqlar?
Allahı gözlə görmək olarmı?
Allahı gözlə görmək olarmı?
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Nəfsin seçimi... .
Nəfsin seçimi... .
Allahı necə vəsf edək?
Allahı necə vəsf edək?
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı (məad) anlamaq mümkündürmü?
Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı (məad) anlamaq mümkündürmü?
RUHİ SAĞLAMLIQ
RUHİ SAĞLAMLIQ
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Daha çox oxumaq istəyirsən? )))