Shia.az SonUmidTv media
sitename

ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ

Yuxarıda qeyd olunanlardan məlum oldu ki, Ulu Yaradanı sübut etmək üçün lazım olan elmi dəlil ehtimala əsaslanan istiqra (eksperimental müşahidə) metodundan bəhrələnir. Biz elmi dəlili şərh etməzdən qabaq bu metodu açıqlamağı lazım bilirik. Sonra onun barəsində mülahizələrimizi bəyan edərək, onun dəyərini qiymətləndirəcəyik və bu metodun səlahiyyət dairəsini, eləcə də həqiqətlərin kəşf edilməsində, varlıqların tanınmasında ona hansı dərəcədə etimad edib əsaslanmağın mümkünlüyünü bəyan edəcəyik.

Ehtimal əsasında olan istiqra (elmi müşahidə) metodunun çox mürəkkəb və son dərəcə dəqiq olan iradı vardır. Onun barəsində hərtərəfli şəkildə mülahizə yürüdülüb tənqid edilməsi, ehtimal nəzəriyyəsi və məntiqi istiqranın tam şəkildə təhlil edilməsini tələb edir.[7]

Düşünülməsi həddindən artıq çətin olan bu təhlili irəli çəkmədən təkcə aşağıdakı məsələləri izah etməyə başlayırıq:

1. Dəlil gətirməkdə hansı metoddan istifadə edəcəyimizi təyin etmək və onun mərəhələlərini sadə və müxtəsər şəkildə izah etmək;

2. Bu metodun elmi dəyəri barədə mülahizələri qeyd etmək və onun hansı dərəcədə etibarlı olmasını müəyyənləşdirmək. Biz bunu məntiqi təhlil və ya riyazi məntiq əsasında deyil (çünki, bu yol bizi çox mürəkkəb və dəqiq məsələləri irəli çəkməyə məcbur edər), məhz bütün sağlam düşüncəli insanlar tərəfindən məqbul sayılan mötədil bir metod ilə bəyan edəcəyik və sonra göstərəcəyik ki, Allahın sübut edilməsində istifadə olunan bu metod, eynilə gündəlik həyatda və elmi tədqiqatlarda işlənən və son dərəcə mötəbər bir metoddur.

Sonradan qeyd olunacaq mətləblərdən aydın olacaq ki, Allahı sübut etmək üçün istifadə edilən metod, adətən gündəlik həyatda və elmi həqiqətlərin araşdırılmasında işlədilən metod kimidir. Belə ki, bu həqiqətlərin düzlüyünə yəqin şəkildə inandığımız kimi, bütün həqiqətlərin əsası olan Allahın varlığını da həmin şəkildə qəbul edirik.

Misal üçün, siz bir məktub alırsınız. Onu oxuyub qurtarandan sonra dərhal qardaşınızdan olması barədə yəqinə çatırsınız. Və yaxud dəfələrlə xəstələri yaxşı müalicə edən bir həkimi görəndə, ona inanır və onun mahir həkim olduğunu dərk edirsiniz. Və ya insan bir neçə dəfə xəstələnib hər dəfədə də penisilindən istifadə edəndə və ayrı-ayrı səbəblərə görə orqanizmində mənfi təsirlər gördükdə, belə bir qəti nəticəyə gəlir ki, bədənində penisilinə qarşı həssasiyyət (allergiya) vardır.

Siz bu kimi misalların hamısında müşahidə və ehtimallara əsaslanan istiqra metodundan istifadə etmisiniz.

Təbiətşünas bir alim günəş sistemində apardığı elmi tədqiqat və axtarışlarında müəyyən oxşar xüsusiyyətləri görəndə, bu nəzəriyyəni irəli sürür ki, planetlərin hamısı əvvəlcə günəşin bir hissəsi olmuş və sonradan ondan ayrılmışlar. Yaxud, bu alim günəş sistemində olan Neptun planetinin varlığını ehtimal verəndə, gözlə görünmədiyi halda, sair planetlərin hərəkət trayektoriyalarına diqqət yetirməklə onu kəşf etdi.

Atomları böyüdərək müşahidə edən cihaz - mikroskop ixtira olunmamışdan qabaq, müəyyən hadisələrə diqqət yetirməklə elektronun da varlığı məlum olmuşdu. Alimlər yuxarıda qeyd olunan bütün bu elmi tədqiqatlarda, həqiqətdə ehtimal əsasında olan istiqra metodundan itifadə etmişlər.

Gələcəkdə görəcəyimiz kimi, bu metodun özü elə Böyük Yaradanın isbat olunmasında istifadə olunan metoddur. Biz həmin dəlili bəyan edərkən bu məsələni də aydın şəkildə görəcəyik.

1. İSTİQRA METODU VƏ ONUN MƏRHƏLƏLƏRİ

Ehtimal əsasında olan istiqarai (eksperimental) dəlil metodunu, aydın və sadəliyə riayət etmək şərti ilə beş mərhələyə bölmək olar:

Birinci mərhələ: Bu mərhələdə biz hiss və təcrübə yolu ilə müxtəlif varlıqları görürük.

İkinci mərhələ: əvvəlki mərhələdəki məlumatlarımızı bir yerə toplayıb mülahizə etdikdən sonra bu mərhələdə onları təhlil və izah etməyə başlayırıq. Məqsəd budur ki, bu mərhələdə elə güclü bir fərziyyə irəli sürək ki, onun vasitəsilə həmin varlıqları izah edib məqbul dərəcədə bəyan edə bilək. Dəyərli fərziyyə dedikdə məqsəd budur ki, əgər fərziyyəmiz düz olsa, bütün varlıqlara şamil olsun və onların vücudunun həqiqəti ilə müvafiq olsun.

Üçüncü mərhələ: Bu mərhələdə nəzərə almalıyıq ki, əgər bu fərziyyə düzgün və reallıqla uyğun olmasa, onda həmin varlıqların hamısının yaranması ehtimalı çox zəifdir. Belə ki, o fərziyyənin düzgün olmadığı halda, bu varlıqların hamısının vücuda gəlməsi ehtimalının, onların hamısının və ya heç olmazsa birinin olmamasının ehtimalına nisbəti çox az - 0,01, bəlkə də 0,001-dən də az olacaqdır.

Dördüncü mərhələ: Bu mərhələdə belə nəticə alırıq ki, əvvəldəki fərziyyə düzdür. Onun doğruluğuna olan dəlilimiz birinci mərhələdə varlığını hiss və duyğu üzvləri vasitəsi ilə, real şəkildə dərk etdiyimiz ünsürlərin varlığıdır.

Beşinci: İkinci mərhələdə irəli çəkilən fərziyyəni isbat edən bu hadisələrin dərəcəsi, onların mövcud olması ehtimalı ilə düz mütənasib, yoxluqları ehtimalı ilə tərs mütənasib olacaq.[8]

Yəni fərziyyənin düzgün olmamasına aparıb çıxaran bu ehtimal nə qədər zəif olsa, o hadisələrin isbat olunması ehtimalının sübuta yetmə dərəcəsi də bir o qədər çox olacaqdır. Hətta bir çox adi və normal hallarda fərziyyənin doğruluğunun sübuta yetmə dərəcəsi tam yəqin səviyyəsinə çatır.[9]

Həqiqətdə bu ehtimalların dəyərini qiymətləndirmək və onları mülahizə etmək üçün ehtimal nəzəriyyəsinə əsaslanan dəqiq miqyas və meyarlar vardır. Amma bəzən adi hallarda belə, insan özünün fitri əqlinə uyğun olaraq o miqyas və meyarları həqiqətə çox yaxın olan bir şəkildə işlədir. Buna görə də məntiqi riyaziyyatda mövcud olan çox mürəkkəb və çətin şərhi bir kənara qoyub ehtimalın dəyərini ölçmək üçün fitri metodla kifayətlənəcəyik.[10]

Qeyd olunanlar adətən ehtimallara əsaslanan hər bir istiqrai metodun mərhələləri idi. Biz adi həyatımızda və yaxud elmi tədqiqat və araşdırmalarda, eləcə də Allahı isbat edərkən həmin mərhələlərdən eyni səviyyədən bəhrələnəcəyik.

2-BU METODUN DƏYƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Biz bu metodun dəyərini misalda tətbiq etməklə qiymətləndirəcək və bəhsə gündəlik həyati misallar gətirməklə başlayacağıq.

əvvəldə qeyd etdiyimiz kimi, siz bir məktubu oxuyub onun hansısa bir şəxsin sadəcə yazışma məqsədi ilə yazdığını deyil, öz qardaşınızdan olduğunu bilirsiniz. Bu iş də (yəqin şəkildə bilmək) ehtimal əsasında olan istiqra dəlilinə görə baş verir. Bu nəticə (burada məktubun qardaşınızdan olması) sizin üçün nə qədər açıq-aşkar olsa da, həqiqətdə qeyd olunan istiqra metoduna əsaslanan bir qəziyyənin nəticəsində əldə etmisiniz.

Siz ilk mərhələdə bir neçə məsələ ilə qarşılaşırsınız. O cümlədən: məktubda qardaşınızın adı ilə eyni olan bir ad yazılmışdır, məktubun yazılma üslubu, yazılan hərflərin hamısı tamamilə qardaşınızın xətti kimidir. Məktubun kəlmələri tamamilə qardaşınızın əlyazmasındakı kəlmələr kimidir və hər birinin necə yazılması açıq-aşkar şəkildə müşahidə olunur. Bəyan səpgisi, cümlələrin bir-birinə bağlılığı və ondakı qabarıq və zəif cəhətlər, bütünlüklə qardaşınızın üslubu ilə tam oxşardır. Həmçinin, yazı metodu, inşa və s. cəhətdən olan səhvlərin hamısı qardaşınızın buraxdığı səhvlərlə uyğun gəlir. Məfhum baxımından isə, orada olan məlumatlar adətən sizdən istənilən şeylərdir. Bir sözlə, məktubda olan tələbatlar qardaşınızın tələbatları ilə düz gəlir. Bütün bunlar müşahidə etdiyiniz zahiri əlamətlərdir.

İkinci mərhələdə müəyyən suallar yaranır və öz-özünüzdən soruşursunuz: Doğrudanmı bu məktubu qardaşım göndərmişdir, yoxsa təsadüfən onunla eyni adlı ayrı bir şəxs yazmışdır? Sonra əvvəldəki məsələləri təsdiq edəcək bir ehtimal irəli sürüb deyirsiniz ki, məktub doğrudan da qardaşımdandır. Belə olduqda, təbiidir ki, birinci mərhələdə mülahizə etdiyiniz bu mənanı isbat edə biləcək şahidlər çoxdur.

Üçüncü mərhələdə belə bir sual yaranır: əgər məktub qardaşınızdan deyil, ayrı şəxsdəndirsə, onda birinci mərhələdə mülahizə etdiyiniz xüsusiyyətlərin hamısının təsadüfən baş verməsi hansı dərəcədə mümkündür?

Bütün bunların mümkün olacağı təqdirdə o məlumat və xüsusiyyətlərin gerçəkləşməsinin də mümkün olması üçün geniş miqyaslı fərziyyələrə ehtiyac duyulur.

Bunun mümkün olması üçün qardaşınızla eyni adda və ona oxşar olan elə bir şəxs fərz edilməlidir ki, həm bütün kəlmələri yazmaqda, həm imlada, həm bəyan etmək qabiliyyətində və həmçinin intellektual səviyyədə onunla eyni olsun. Bir-birinə oxşar olan təsadüfi xüsusiyyətlər nə qədər çox az olsa, ehtimalın düzgün olma dairəsi bir o qədər məhdudlaşır.

İstiqrai məntiq prinsipləri ehtimalı necə qiymətləndirmək yolunu bizə öyrədir, onun necə zəif olmasını, eləcə də bu zəifliklə fərz olunan təsadüfi hadisələrin sayının çoxalması arasındakı asılılığı aydınlaşdırır. Biz bu barədə geniş şərh vermək fikrində deyilik, lazım olan şeyləri bəyan edəcəyik. Çünki, ümumxalq kütlələri bu cür dərin məsələləri başa düşüb qavraya bilməzlər.

Xoşbəxtlikdən, ehtimalların zəifliyinin dərk olunmasının bu barədə uzun-uzadı təfsilatı dərk etməklə heç bir asılılığı yoxdur. Necə ki, insanın uca yerdən yıxılması ilə onun cazibə qüvvəsi və onunla əlaqədar olan sair qanunları dərk edib-etməməsi arasında heç bir asılılıq yoxdur: o, bəzən hətta müvazinət halından çıxmağını belə dərk etməyə bilər.

Eləcə də, bir şəxsin, qeyd olunan bütün xüsusiyyətlərdə qardaşınızla eyni olması doğrudan da zəif ehtimaldır. Digər bir misal: Bank işçiləri, bankda üzv olanların hamısının əmanət qoyduğu pulları eyni zamanda götürməsi ehtimalının zəif olmasını bilirlər və bunu dərk etmək üçün məntiqi istiqranın məfhumunu başa düşmələrinə heç bir ehtiyac duyulmur. Halbuki, bu ehtimal bir-iki nəfər barəsində belə deyildir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Fitrə zəkatı
Fitrə zəkatı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
Yuxunun Şərhi
Yuxunun Şərhi
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))