Qiyamət günü ağlamayan gözlər

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün namaz – gecə yarısı qılınan namazdır. Necə də onu yerinə yetirənlər azdırlar!”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Cəbrayil (ə) məni gecə namazı qılmağı o qədər tövsiyə etmişdir ki, güman etdim ki, ümmətimin yaxşıları gecəni yatmırlar, məgər az bir hissəsini”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Həzrət İbrahimi (ə) dostu seçməmişdir, məgər iki işinə görə:
1. Yoxsullara yemək verməyinə görə.
2. İnsanlar yatan zaman gecə namazı qılmağına görə”.
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü bütün gözlər ağlardır, məgər üç gözdən başqa:
1. O göz ki, Allahın haram buyurduğuna göz yumar.
2. O göz ki, Allah itaəti yolunda ayıqlıq çəkmişdir.
3. O göz ki, gecənin yarısında Allah qorxusundan ağlamışdır”. (Beytutə/Deyerler.org/)
Allah Təala gözlərimizi Qiyamət günü ağlamayan gözlərdən qərar versin!
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın