Shia.az SonUmidTv media
sitename
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ 

Bildiyiniz kimi, "ədalət” Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin (üsulid-din) ikinci əsasıdır. Yəni bu məsələ Allahın birliyi, nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.
Görəsən, bunun səbəbi nədir?
Cavab: Əhli-sünnə məzhəbinin kəlami firqələrindən sayılan "əşəri”lərin əqidəsinə görə, insan ağlı yaxşını pisdən ayırd etməyə qadir deyil və Allah-taala istədiyi hər bir işi əncam verə bilər. Məsələn, Yezid kimi zülmkarı cənnətə və hər hansı bir məzlum və saleh bəndəsini cəhənnəmə apara bilər
İnsan ağlı isə bütün bu işlərin doğru və ya yanlış olması haqda heç bir fikir yürütməməli və Allahın işlərinin ədalətli olması barədə bir söz danışmamalıdır!”
Bir halda ki, ağıl, Quran ayələri və bir çox rəvayətlər belə bir yanlış fikiri rədd edərək Allah-taalanın bütün işlərinin ədalət, hikmət və insafla olduğunu təsdiq edir. 
Biz Allahın bütün işlərini ədalət və hikmət üzündən bilir və onun ədalətsiz olmasının heç bir ağıl və məntiqə sığmadığına əqidə bəsləyirik.
Elə buna görə də, Əhli-beyt məktəbinin davamçıları "Əşəri” firqəsinin Allah-təalaya vurduğu ədalətsizlik töhmətinin qarşısında "ədalət” (Allahın ədalətli olması) prinsipini öz dini əsaslarından qərar vermişdir.

ƏDALƏTİN MƏNASI
Ədalət "ədl” sözündən olub, ərəb dilində bərabərlik və insaf mənalarını daşıyır.
Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir söz kimi, "hər kəsin haqqını özünə vermək” və "hər şeyi öz yerinə qoymaq” kimi mənalara malikdir.
Allah-taala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s. buna misal ola bilər.
Qeyd etmək lazımdır ki, başqalarına zülm edən hər bir zülmkar aşağıdakı yollardan biri əsasında zülm edir:
1. Bir sıra ruhi və maddi çətinliklərə görə, zülmkarlıq etməyə məcbur olub, başqasının haqqını tapdalamaq;
2. Zülmkarlığın pis bir iş olmasından xəbərsizlik və nadanlıq;
3. Gələcəkdə baş verəcək hadisələrdən qorxub zülmkarlığa əl atmaq;
4. Nəfsin paklaşdırılmaması üçün başqalarına zülm etmək xasiyyəti;
5. Tərəfbazlıq üzündən başqasına zülm etmək; məsələn, aralarında ixtilaf olan iki nəfər hakimin yanına gedir, amma hakimin tərəfbazlıq edərək qohumu olan günahkarı yox, ona yad olan günahsız şəxsi cəzalandırıb, bu yolla zülmkarlığa əl atır və s.

ƏDALƏTİN NÖVLƏRİ
İlahi ədaləti iki hissəyə bölmək olar:
1. Təkvini ədalət;
2. Təşrii ədalət;
Təkvini ədalətdə məqsəd, kainatda və bütün varlıqlar arasında ilahi ədalətin hökm sürməsidir.
Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalətlə yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Rəvayətdə buyurulduğu kimi, "asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.”
Amma "təşrii” ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin ədalət və insaf verilməsi nəzərdə tutulur. Təşrii ədalət özü də iki qismə bölünür:
Birincisi: Peyğəmbərlər vasitəsi ilə göndərilmiş qanun və şəriətlərin ədalət əsasında olması;
Allah-taalanın göndərdiyi şəriət və hökmlərin hamısı ədalət əsasındadır və insanın qüdrət və imkan dairəsində məhdudlaşır. Qurani-Kərimdə buyurulur:
"Biz insanın imkanından kənar hökm vermərik.” [1]
Sual: Allah-taala Qurani-Kərimdə buyurur: "Allah (üçün) layiqincə təqvalı olun.”[2] Bildiyiniz kimi, həzrət Peyğəmbərin (s) zamanında texnika inkişaf etməmiş və televizor, video, internet və bu kimi digər təbliğat və rabitə vasitələri olmamışdır. İndiki zamanda (14 əsrdən sonra) isə dünyanın hər bir nöqtəsində müxtəlif pozğunluq və fəsadla üzləşmək olur. Belə bir halda hansı bir müsəlman Allaha layiq olan şəkildə təqvalı ola bilər? Bu Allahın ədaləti ilə uyğun gəlirmi?
Cavab: Qurani-Kərimlə ətraflı tanış olan hər bir şəxs bu suala çox asanlıqla cavab verə bilər.
Qeyd etmək lazımdır ki, Qurani-Kərimin bəzi ayələrini deyil, bütün ayələrini nəzərdən keçirməli və daha sonra zehnimizdəki sualları açıqlamalıyıq.
Qurani-Kərimin ayrı bir surəsinə nəzər saldıqda, öz sualımızın cavabını tapa bilərik. Bu barədə buyurulur:
"Bacardığınız qədər təqvalı olun.” [3]
Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, Quran ayələri bir-birini təkzib etmək üçün deyil, təsdiqləmək üçün nazil olmuşdur. [4]
Elə buna görə də, hər bir müsəlmanın öz bacarığı qədər təqvalı olması heç də Allah ədaləti ilə zidd deyildir.
İkincisi: Təşrii ədalətin ikinci qismi axirət aləminə aiddir. Yəni axirət aləmində saleh bəndələrlə günahkarlara eyni səviyyədə baxılmayacaq və onların hər biri haqda ədalətli və insaflı hökm veriləcəkdir.
Qurani-Kərimdə oxuyuruq:
"(Bu dünyada) zərrə qədər yaxşı iş görən şəxs onun (əcrini) görəcək, həmçinin zərrə qədər pis iş görən şəxs də öz (pis əməlinin) cəzasını çəkəcəkdir.” [5]
Sual: Axirət aləmində zərrə qədər etdiyimiz günahların cəzasını çəkməli olsaq, onda elə bu başdan yerimizi cəhənnəmdə görməliyik. Çünki hər bir müsəlman öz gündəlik həyatında istər-istəməz bir çox kiçik günahlara batır.
Bu isə kiçik günahlara aiddir və böyük günahlardan söz açılsa, bəlkə də bu haqda danışmağa dəyməz.
Bu ilahi ədalətə zidd deyilmi? 
Cavab: Əvvəldə verilən sualın cavabında qeyd etdiyimiz kimi, əvvəla, təqvalı olub günahlardan çəkinmək hər bir müsəlmanın öz bacarığı qədərdir. 
Digər tərəfdən də, Qurani-Kərimin bəzi ayələri bu nigarançılığı tamamilə aradan aparır və insanı ümidvar edir. Necə ki, Qurani-Kərimdə buyurulur:
"Bircə yaxşı iş görən şəxsə on bərabər savab və bircə günah edən şəxsə isə təkcə bir günah yazılacaq və onlara heç bir zülm olunmayacaqdır.” [6]
Beləliklə, hər bir müsəlmanın bir savab işi üçün on savab, bir günah işi üçün isə təkcə bir günah yazılır.
Bunun isə ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur və hətta Allahın nəhayətsiz rəhmətindən xəbər verir.

İLAHİ ƏDALƏTİN SÜBUTLARI
Allah-taalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Quran ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən, kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə, Allah-taalanın sifətlərindən biri sayılan "hikmət”in mənası olmayacaqdır. 
Heç bir ağıl və məntiq, zülmkar rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.
İndi isə ilahi ədaləti təsdiq edən bir neçə ayə və rəvayəti nəzərinizə çatdırırıq:
1. "Şübhəsiz, Allah zərrə qədər belə zülm etməz.” [7]

2. "Şübhəsiz, Allah insanlara (heç vaxt) heç bir zülm etməz.” [8]

"Həqiqətən, Allah ədalət, yaxşılıq, və yaxınlara (qohumlara) əl tutmağı göstəriş verir, (həmçinin) çirkin, pis işlər və zülmkarlıqdan nəhy edir və xatırladasız deyə sizə moizə (nəsihət) verir.” [9]
Görəsən, insanları ədalət və yaxşılığa əmr edən Allahın Özü ədalət və insafdan kənar ola bilərmi?

3. Yəhudi bir şəxs Həzrət Peyğəmbərdən (s) Allahın ədaləti barədə soruşduqda, Həzrət buyurdu: 
"Allah-taala zülmün pisliyindən agah olub, zülmə ehtiyacı olmadığı üçün heç vaxt zülm etməz.”
Bütün bu sübutlardan belə bir nəticə alırıq ki, Allahın ədalət, insaf və hikməti inkaredilməzdir.
Allah-taala öz işlərində ədalətli olmasaydı, Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mənasız olardı. Bu isə ucaməqamlı Rəbbimizdən çox-çox uzaqdır.

İLAHİ ƏDALƏTƏ İNANMAĞIN FAYDALARI
Allahın ədalətli olmasına etiqad bəsləməyin aşağıdakı nəticələri vardır:

1. Ümidvarlıq; Allahın öz işlərində ədalətli olduğunu bilən hər bir şəxs bir sıra çətin və yaxşı hadisələrdən sonra ümidvar olaraq öz Rəbbinin hikmət və ədalətinə tapınır. Allahın ədalətinə inanmayanlar isə həmişə bədgüman və naümiddirlər.

2. Özünü günahdan qorumaq; çünki hər bir əməlin ədalətlə mükafatlandırılacağına inanan şəxs heç vaxt günahkar olmaz və günah vasitəsi ilə özünü cəhənnəm əhlindən etməz.

3. İnsanın fərdi və ictimai həyatında ədalətin bərqərar olması; Rəbbini ədalətli bilən hər bir şəxs və ya cəmiyyət öz yaşayışında da ədalətli olmağı sevir və ədalətə əməl edir.

FƏRDİ VƏ İCTİMAİ BƏLALARIN SƏBƏBİ NƏDİR?
Sual: Əgər Allah adildirsə, bəs, nə üçün müsəlmanlar müxtəlif çətinliklərə düşür, öz fərdi və ya ictimai həyatlarında problemlərlə üzləşirlər ki, cəmiyyətdə bərabərsizlik, bəzilərinin gözəl və bəzilərinin çirkin olması və yaxud təbii fəlakətlər nəticəsində yüzlərlə günahsız insanın bədbəxt olması və s. Bu qəbildəndir. Bütün bunlar ilahi ədalətlə uyğundurmu?
Cavab: Bu suala bir neçə mərhələdə cavab vermək olar:
Əvvəla: Belə fərdi və ictimai bəlaları ilahi imtahan adlandıraraq onun üç səbəbini aydınlaşdırmalıyıq:

1. Yatmış fitrətləri oyatmaq;
Bir sıra günahlar nəticəsində insan fitrəti qəflətə düşür və Allah-taala onları oyatmaq üçün fərdi və ya ictimai əzab göndərərək onları doğru yola çəkmək istəyir. Qurani-Kərimdə oxuyuruq:
"Biz Firon xanədanını (zülmkarlıq və günahkarlıqdan üz döndərib) həqiqəti başa düşsünlər deyə quraqlıq, çətin yaşayış, və məhsullarında zərər-ziyana mübtəla etdik.” [10]
Bunu da bilməliyik ki, günah və fəsad içində yaşayan şəxs və ya millət üçün bir sıra təbii fəlakətlər gəldikdə, onları heç vaxt Allahın hesabına qoymaq olmaz. Çünki bu onların öz pis əməllərinin nəticəsidir.

2. İnsanları sınamaq;
Bir çoxları Allaha iman gətirib həqiqi müsəlman və mömin olduqlarını iddia edirlər. Lakin həqiqətdə onların bu iddiasının heç bir əsası yoxdur. Allah-taala bəzi vaxtlarda fərdi və ya ictimai bəlalar göndərərək yalançıları doğrulardan ayırd edir. Qurani-Kərimdə oxuyuruq:
"Şübhəsiz, sizlərdən mücahidlər və səbir edənləri tanımaq üçün yoxlayacaq və sizin sözlərinizi (iddialarınızı) imtahana çəkəcəyik.” [11]
Bunu da qeyd etmək lazımdır ki, Allah-taala xalqı imtahana çəkməzdən qabaq onları yaxşı tanıyır və ayədə qeyd olunmuş "tanımaq”da məqsəd, xalqın özünü özlərinə tanıtdırmaq və "höccət”i onlara tamamlamaqdır.

3. Tərbiyə;
Rəvayətdə buyurulduğu kimi, "Allah-taala bir bəndəsinə qarşı məhəbbət edib böyük və ali məqamlara çatdırmaq istədikdə, onu çətin bəlalara mübtəla edər və o, bir bəladan çıxmamış ayrı bir bəlaya düşər.” [12]
Əlbəttə, belə bəlalar hamıya deyil, yalnız məxsus bəndələrə aiddir və onlar bəlaların çoxluğuna baxmayaraq, bunu özləri üçün bir növ nemət sayırlar. Böyük arif və şair Məhəmməd Füzuli demişkən: 
Ya Rəbb, bəlayi eşqinlə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni,
Az etmə inayətini əhli-dərdidən,
Yəni düçar qıl böylə bəlalara mübtəla məni.
İkincisi: Bir sıra bəlalar və çətinliklər insanın öz xeyrinədir və bu mənfəəti gələcəkdə və ya axirətdə başa düşmək olar. Qurani-Kərimdə oxuyuruq:
"Mümkündür ki, sizin üçün xeyirli işlərdən narahat olub, sizə zərərli olan bir çox şeyləri sevəsiniz; Allah biləndir, lakin siz bir şey bilmirsiniz.” [13]
Üçüncüsü: Bir sıra bəla və çətinliklər insanın öz əməlləri nəticəsində baş verir. Lakin insan çox hallarda səbirsizlikdən irəli həqiqəti başa düşməkdən imtina edir. Qurani-Kərimdə buyurulur:
"Amma insana gəldikdə isə, elə ki, Rəbbi onu imtahan edib onu əzizləsə və ona nemət versə, deyər ki, Rəbbim mənə yaxşılıq etdi. Amma elə ki, onu imtahan edib ruzisini ona müqəddər etsə, deyər ki, Rəbbim məni təhqir (zəlil) etdi. Yox (belə deyildir), onlar yetimə yaxşılıq etmir və miskinə təam (yemək) verməkdə bir-birini təşviq etmirlər. Və (istər qanuni, istərsə də qeyri- qanuni) mirası toplayıb yeyir və mal-dövləti çox sevirsiniz.” [14]
Bu səbəbləri hər hansı bir insan özü başqasından daha yaxşı ayırd edib, daha yaxşı başa düşə bilər. Qurani-Kərimdə buyurulur:
"Əksinə, insan öz nəfsinə (etdiyi əməllərə başqalarından daha) agahdır, baxmayaraq ki, müxtəlif bəhanə və üzrlər gətirir.” [15]
Dördüncüsü: həqiqətdə dünyanı bəlasız saymaq mənasız bir işdir. Çünki bir sıra çətinliklər və bəlalar insan istedadlarının inkişafı üçün ən yaxşı amildir. Məsələn, zəlzələ olmasa insan heç vaxt möhkəm binalar tikmək fikrinə düşməz və həmişə çətinliklərlə üzləşərdi və s. 
Amma bunu da qeyd etməliyik ki, bəzilərinin səhlənkarlığı ucbatından zəlzələ zamanı çoxlu insanların dünyadan getməsini heç də ilahi ədalətin üzərinə qoya bilmərik. Məsələn, öz evini möhkəm tikməyən şəxs zəlzələ nəticəsində yaxın adamlarını əldən verdiyi üçün özündən başqa kimsəni təqsirləndirməməlidir. Çünki bu itki onun öz səhlənkarlığından irəli gəlmişdir.
Beşincisi: Bəlasız və çətinliksiz yaşayış duzsuz xörəyə bənzəyir və bu həyatı çətinliksiz saymaq məntiqsiz bir düşüncədir. Çünki dünya rahatlıq yeri deyildir. 
Zəif xəlq olunmuş insan bu dünyada müxtəlif bəlalar vasitəsi ilə möhkəmlənməli və yalnız axirət aləmində rahat olmalıdır. Digər tərəfdən, axirət aləminə iman gətirmək bu cür bəla və çətinlikləri insana asanlaşdırır və onun iradəsini daha da möhkəmləndirir. 
Altıncısı: Cəmiyyətdə bərabərsizliyi aradan qaldırmaq üçün hər növ təlaşlar puç və mənasızdır.
İnsan həyatını at yarışına bənzətmək olar. Belə ki, bu müsabiqədə iştirak edən atların hamısının eyni sürətlə qaçmasına səy göstərməyimiz, cəmiyyətdəki bərabərsizliyi aradan qaldırmağa bənzəyir.
Çünki insanların hamısı eyni yaradılmamış və eyni bacarıqlara malik deyildir.
Həzrət Əmirəlmöminin imam Əli (əleyhis-salam) buyurur:
"İnsanlar bir-biri ilə qeyri-bərabər halda yaşadıqda rifah və xeyirdə, bərabər halda yaşamaq istədikdə isə həlakətdə olacaqlar.”
Amma bunun mənası belə deyildir ki, varlılar imkansızlara kömək etməsin və onlara öz kömək əllərini uzatmaqdan boyun qaçırsınlar.
Allah-taala Qurani-Kərimdə 70-ə yaxın ayədə imkansızlara kömək etməkdən söz açmılmış və 9 dəfə "Allah yolunda infaq edin!” - (Yoxsullara kömək əlinizi uzadın!) – fərmanı verilmişdir. Məsələn buyurulur:
"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin (xərcləyin)...” [16]
Yeddincisi: Bəzilərinin gözəl, bəzilərinin isə çirkin olmasının heç bir eybi yoxdur. Bəzi insanlar belə güman edirlər ki, qızların çoxunun gözəlliyə malik olmaması onları ailə həyatı qurmaqdan saxlayır və bu da ilahi ədalətlə ziddir!
Amma həqiqət ayrı bir şeydir. Çünki ailə həyatını qoruyub saxlayan xass amil heç də qadının gözəlliyi deyil, əksinə qızla oğlanın bir-birinə olan sədaqət və məhəbbətidir. Digər tərəfdən, gözəllik heç də əbədi və həmişəlik deyil və bir çoxları ailə həyatı qurduqdan sonra get-gedə gözəlliklərini itirməyə başlayırlar. Qurani-Kərimdə buyurulur:
"Allahın nişanələrindən biri də budur ki, sizin üçün özünüzdən həyat yoldaşları xəlq etdi ki, onlarla asayiş tapasınız və sizin aranızda məhəbbət və rəhmət qərar verdi. Həqiqətən, bunda təfəkkür sahibləri üçün nişanələr vardır.” [17]
Beləliklə, ailə həyatı qurub onu davam etdirmək təkcə gözəllik əsasında deyil və bu işləri Allahın ədaləti ilə zidd işlər kimi qələmə vermək olmaz. Əlbəttə, gözəlliyin ailə həyatının qurulmasındakı təsirini tam şəkildə inkar etmirik. Amma bunu da bilmək lazımdır ki, əsl ailə quruluşu qarşılıqlı məhəbbətlə olmalıdır.

1. "Ənam” surəsi, ayə: 15.
2. "Ali-İmran” surəsi, ayə: 102.
3. "Təğabun” surəsi, ayə: 16.
4. "Əd-durrul-mənsur”, 2-ci cild, səh.8; "Əl-mizan fi təfsiril-Quran”, 3-cü cild, səh.85.
5. "Zəlzələ” surəsi, ayə: 7-8.
6. "Ənam” surəsi, ayə: 160.
7. "Nisa” surəsi, ayə: 40 
8. "Yunis” surəsi, ayə: 44.
9. "Nəhl” surəsi, ayə: 90.
10. "Əraf” surəsi, ayə: 130.
11. "Mühəmməd” surəsi, ayə: 31.
12. "Əl-qəsəsul-Qurani”, 2-ci fəsil, səh.52
13. "Bəqərə” surəsi, ayə: 216.
14. "Fəcr” surəsi, ayə: 15-20.
15. Qiyamət surəsi, ayə: 14-15.
16. "Bəqərə” surəsi, ayə: 254.
17. "Rum” surəsi”, ayə: 21.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2)
QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2)
Üç mühüm istək
Üç mühüm istək
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
QEYBƏT QURAN BAXIMINDAN
QEYBƏT QURAN BAXIMINDAN
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
İSLAMIN MƏNASI
İSLAMIN MƏNASI
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Mübahilə günü
Mübahilə günü
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
Daha çox oxumaq istəyirsən? )))