Shia.az SonUmidTv media
sitename

İman

İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar.
Allah-taala buyurur: "İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” ("Ənam”, 82.)
İman [kəlməsi] lüğətdə təsdiq mənasındadır, yəni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur. Peyğəmbərin (s) mərifəti Qadir, Alim, Səmi, Bəsir [olan] Allahın mərifətindən ayrı olmaz. O Allahın ki, peyğəmbərləri göndərmiş, Quranı Məhəmməd Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir.
Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox, kamalı olar.
İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz "saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.
Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: "Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq)” ("Əsr”, 3.)
İmanın mərtəbələri: Bilməliyik ki, imanın bir neçə mərtəbəsi var. Onun ən aşağı mərtəbəsi dildə olan imandır ki, Allah-taala bu barədə buyurur: "Ey möminlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” ("Nisa”, 136.) Və həmçinin buyurulan bu ayə: "Qənimət əldə etmək iştahası ilə islama daxil olan bədəvi ərəblər "biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...” ("Hucurat”, 14.) – həmin mətləbə işarədir. Bundan yuxarı mərtəbə təqlidi imandır. Yəni mömin iman etməli olacağı şeyə qəti iman edir, amma onun imanının zavala uğramaq imkanı var. Əlbəttə, əgər qəti iman hasil olarsa, onun ardınca saleh əməl də gələcəkdir ki, Allah-taala buyurur: "Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!...” ("Hucurat”, 15.)
Bundan daha yaxşısı qeybə olan imandır ki, Allah-taala onun barəsində buyurur: "O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır...” ("Bəqərə”, 3.)
Bu cür iman bir növ batini bəsirətlə yanaşı olur və imanda möhkəm olmağı tələb edir. Sanki mömin qeyb pərdəsi arxasından aləmi müşahidə edir. Bu mərtəbədən də yuxarı o kəslərin imanıdır ki, Allah-taala onlar haqqında buyurmuşdur: "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar...” ("Ənfal”, 2.) – O yerə qədər ki, buyurur: "Onlar həqiqətən də iman əhlidirlər.” (Həmin. Ayə əslində belədir: "Onlar ancaq öz Rəbbinə təvəkkül edər.”)
Bu, kamalla olan imanın mərtəbəsidir. Bu iman yəqinlə yanaşı olur və imanın ən ali mərtəbəsi hesab olunur. Bunun şərhini sonra verəcəyik.
Seyri-süluk yolunda qeybə olan imandan aşağı mərtəbənin, ən azı təqlidlə olan imandan aşağısının faydası yoxdur. Çünki, həqiqətən də dildə olan iman bir iman deyil. Allahın buyurduğu bu ayə də ona işarədir: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” ("Yusuf”, 106.)
İnsanın seyri-süluku başa vurması üçün hökmən ali iman mərtəbəsinə yiyələnməsi lazımdır. Əgər mütləq kamil vücuda, yəni Yaradana qəti imanı olsa, bu etiqadın nəticəsində ruhu bir yerdə qərar tutacaq və seyri-süluk onun üçün mümkün olacaqdır və asanlıqla hədəfinə çatacaqdır.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Qurani Kərimin cazibədarlığı
Qurani Kərimin cazibədarlığı
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Əməl olunmayan imanın dəyəri varmı?
Əməl olunmayan imanın dəyəri varmı?
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?

Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
Müsəlmanla mömin arasında fərq var?
Müsəlmanla mömin arasında fərq var?
Mübahilə günü
Mübahilə günü
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Əbu Talibin imanı
Əbu Talibin imanı
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (2)  E᾿TİQADİ ÜSULLARI (1)
ƏHLİ-HƏDİS (2) E᾿TİQADİ ÜSULLARI (1)
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))