Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » Psixoloq hamıya tanış olan hiss barədə danışdı – DEJAVU
Русская версия сайта Русская версия сайта
sitename
“Sputnik”-ə istinadən xəbər verir ki, hər bir insan bu və ya digər dərəcədə “dejavu” effekti ilə rastlaşıb. Bu fenomenin haradan qaynaqlanması və ondan necə istifadə etmək lazım olması barədə psixoloq, Rusiya Praktiki Psixologiya Mərkəzinin direktoru Sergey Klyuçnikov danışıb.
Fransız termini olan “deja vu” hərfi tərcümədə “artıq görmüşəm” mənasını verir. Siz hər hansısa bir yerdə olarkən sizə elə gəlir ki, siz artıq burada olmuşsunuz. Tanımadığınız biri ilə görüşən zaman tanış olmağınıza dair təəssürat yaranır. Psixoloq bildirib ki, Məlum fenomenin nəyə əsaslanması barədə müxtəlif izahlar var.
İdrak sinxroniyası kimi bir anlayış var: keçmişdə baş vermiş hər hansı bir təəssüratlar, sanki, indiki zamanla sinxronlaşır. Əhval və ya xarici təsvirlərlə bağlı oxşar nələrsə var və beyin bunu bir xatirə kimi tanıyır. İkinci məqam – insan sarsıntı, şok keçirir, daxildə sima və xatirələr layları qalxır və bunlar insanlara indiki ana bənzər görünməyə başlayır”, – deyə o bildirib.
Klyuçnikov deyir ki, “dejavu” intuisiyanın da təzahürü ola bilər.
Həmin “dejavu”-dan hansı nəticəni əldə etməyin mümkün olduğunu, bunun insana hər hansı bir addımı atması üçün bir siqnal və ya əksinə, bu addımı atmaması üçün bir xəbərdaqlıq olub-olmadığını anlamaq mühümdür. İntuisiya bu yolla hadisənin necəliyindən asılı olaraq, insanı düşündüyünü etməyə şövq edir və ya əksinə, hər hansı addımı atmaması, qərarı qəbul etməməsi üçün ona xəbərdarlıq edir”, – deyə o bildirib.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))