Shia.az SonUmidTv media
sitename

İsti havada sağlamlıq üçün əsas təhlükə, qanın qatılaşması və qan dövranının mərkəzləşməsi fonunda artıq tromblaşma olur. Havanın temperaturu 38 dərəcəni keçməyəndə qan dərinin altında aktiv sirkulyasiya edir və orqanizm istini çölə buraxır. Anomal istilərdə havanın istisi orqanizmdəki istidən çox olduğundan artıq qan dövranının aktivləşməsi xilas etməyəcək. Bu halda orqanizm qan dövranının mərkəzləşməsi mexanizmini işə salır. Bu da ürək-damar sisteminə əlavə yük olur. Artıq tər ifraz etmə şəraitində, həmçinin qanın qatılaşması baş verir.Anomal istilərdə yekdilli məsləhətlər budur ki, imkan daxilində kondisioner, yaxud ventilyator olan otaqda olmaq lazımdır, eyni zamanda günəşdən və artıq fiziki işlərdən uzaq olmaq lazımdır. Digər tövsiyələr insanın sağlamlığından asılıdır.Rusiyanın səhiyyə nazirliyinin sosial inkişaf şöbəsinin baş mütəxəssisi, profilaktik tibb üzrə dövlət elmi tədqiqat mərkəzinin direkoru – Serqey Boysovun isti hava ilə bağlı aşağıdakı tövsiyələri məsləhət görür:

 

1. Risk qrupları. Riskin əsas dərəcəsi – yaşlı insanardır, hansılar ki, bir qayda olaraq onlarda ürək-damar xəstəlikləri mövcuddur. Arterial hiporteniya, yaxud ürək çatışmazlığı zamanı gün ərzində üç dəfədən az olmayaraq arterial təzyiqi ölçmək lazımdır. Təzyiqin yaxud ürək döyüntülərinin tezliyinin dəyişilməsi (yüksəlməsi və aşağı düşməsi zamanı) zamanı durmadan həkimə müraciət etmək lazımdır. Mümkündür ki, terapiyanı düzəltmək lazım olsun. İstidə dərmanların dozalarının azalması mümkün ola bilər, hətta bir müddətlik dərman preparatlarının qəbulu dayandırıla bilər.

 

Başqa risk qrupu – antikoaqulant terapiyasını (misal, varfarin) alan pasiyentlərdir. Adətən onlarda titrəmə aritmiya növü üzrə ürək döyüntülərinin pozulması müşahidə olunur. İsti hava həmçinin, ürək çatışmazlığı ilə bağlı cərrahiyyə əməliyyatı keçirən və antitrombotik preparatlar (aspirin, klopidoqrel) qəbul edən pasiyentlərə neqativ təsir edə bilər, bu xüsusən işemiya və insult keçirən xəstələrə aiddir. İsti havada bu qruplara məsləhət görülən preparatları müntəzəm olaraq qəbul etməlidirlər, çünkü bu preparatlar trombların əmələ gəlməsinin qarşısını alır.

 

2. Pis vərdişlərin isti havada sağlamlığa təsiri

 

Hətta sağlam insanlarda yüksək trombun əmələ gəlməsi ehtimalı var. Əgər insanda tromb əmələ gəlməsinə yüksək meyillilik varsa, bu, təhlükəni 20% artırır. Siqaret çəkmək tromb əmələ gəlmə ehtimalını 100% artırır, çünki nikotinin xüsusiyyətlərindən biri trombəmələgətirməni fəallaşdırmaqdır. Bunun üçün isti havalarda siqaret çəkməkdən imtina etmək lazımdır.

 

Spirtli içkilər az miqdarda tromb əmələ gətirməyə qoşulur. Lakin spirtli içkilərin parçalanma məhsulu ürək döyüntüsünün pozulması riskini artırır. Xüsusən bu risk isti hava ilə müşahidə olunan yüksək su-duz mübadiləsi şəraitində daha da dərinləşir.

 

3. Su içmə rejimi

 

Tər vasitəsilə orqanizm mineral duzları itirir və bu səbəbdən su-duz mübadiləsinin tarazlığının pozulması baş verir. Sağlam insanlar gün ərzində 2-3 litr su istifadə etməlidir. Yaşlı adam üçün bu miqdar təhlükəli ola bilər. Bundan başqa, söhbət yalnız ürək çatışmazlığından əziyyət çəkən xəstələrdən getmir, həmçinin arterial hipertoniyadan əziyyət çəkənlər də bura aiddir.

 

4. Qidalanma

 

Sağlam insanlarada orqanizmi su-duz mübadiləsinin intensivləşməsi ilə yükləmək lazım deyil. Əgər mötədil miqdarda duz varsa, susuzluq da azalır. Həmçinin yağlı və acı qidadan uzaq durmaq lazımdır. Yaxşısı qida miqdarını azaltmaqdır. Qidanın həzm edilməsi üçün az enerji tələb olmur, isti havada da enerji istehlakını azaltmaq lazımdır.

 

5. Otaq temperaturu

 

Hətta sağlam insana gün altında olmaq məsləhət deyil. Əgər zəruridirsə və işlə əlaqəlidirsə, gün altında qalmaq az olmalıdır: saatda 10-15 dəqiqə çox komfortlu şəraitdə kondinsioner yaxud ventilyator olan otaqda olmaq lazımdır.

 

Lakin kondinsionerlə havalandırılan otaqdan isti havaya və tərsinə kəskin keçidlər təhlükəlidir. Otaqda temperatur çox aşağı olmamalıdır, çox komfortlu olmasa da, normal keçirilməli olmalıdır. Misal üçün, 26 dərəcə. Əgər çöldə 38 dərəcədirsə, maşında 26 dərəcə olduqda komfort olacaq. Hətta avtomobil sürən maşından çıxmamışdan yavaş yavaş temperaturu artıra bilər.

 

/Deyerler.org/

 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))