Shia.az SonUmidTv media
sitename

DONUZ ƏTİNİN ZƏRƏRLƏRİ

 

Donuz ətinin zərərləri barədə çoxdan məlumdur. Sinqapur Sağlamlıq Korporasiyasının professoru Li Sey Fatta rəsmi bəyanatla çıxış etmişdir: "Donuz ətinin tərkibində çoxlu zəhər, helmintlər və onların yumurtaları, həmçinin gizli xəstəliklərin daşıyıcıları var”

 

Təcrübə aparın:

Qaba 2-3 sm qalınlığında bişməmiş donuz əti qoyub üstünə "Kola” tökün. Bir qədər keçəndən sonra siz ətdən çıxan qurdları görəcəksiniz.

 

Müasir tibb sübut edib ki, donuzlar başqa heyvanlara nisbətən daha çox və daha tez-tez xəstəliyə yoluxurlar. Belə ki, zibillikdə eşələnməyi sevirlər və demək olar ki, hər şeyi, ölmüş həşəratları, leşləri və hətta donuzları da yeyirlər.

Donuz ətində yüksək dərəcədə histamin, imidazol, xolesterin, böyümə hormonu və yağlar vardır ki, bu da dermatit(dəri iltihabı) və digər iltihab prosesləri, ürək – damar xəstəlikləri, dayaq – hərəkət aparatının sıradan çıxması və s. xəstəliklərə gətirib çıxarır.

Donuz – qurdların və onların yumurtalarının əsas daşıyıcısıdır. O çox vaxt donuz əti sevənləri SOLİTER adlı parazitlə(lentşəkilli qurdla) mükafatlandırır. Bu qurdlar donuz əti yeyən insanların çox vaxt bağırsağında tapılır. Bu qurdların seqmentləri(hissələri) digər orqanlara keçib onları zədələyirlər. ABŞ və Kanadanın hər 6 sakinindən biri bu xəstəliyə tutulur. Çox vaxt onlar bunu başqa xəstəlik kimi izah edirlər və onların orqanizmində bu təhlükəli bir şeyin olduğunu düşünmürlər. Qeyd edək ki, bu parazitlər digər canlılarda deyil, yalnız donuz ətində olur.

 

 

Tibbdə ksenotransplantasiya adlandırılan insanlara heyvanların orpanları köçürülməsi əməliyyatı var. Çox vaxt bu orqanlar donuzların olur. Məsələ burasındadır ki, insan toxumasının kimyəvi tərkibi donuz toxumasının kimyəvi tərkibinə tam bənzərdir. İnsan və donuz qanının molekulyar quruluşu isə çox oxşardır. Fərq qanın molekulunun bəzi zəncirlərinin həqələrindədir. Bu əməliyyatlar nəticəsində insanlarda hannibalizm yaranır.

 

Gördüyümüz kimi "Qurani Kərim” boş yerə qidada donuz ətini qadağan etməyibdir!!!

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Betul
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))