Shia.az SonUmidTv media
» » Peyğəmbərimiz (s) bizə təmizlik, ətirlənmək, dişlərə qulluq etməkdə nə kimi sünnət qoymuşdur?
Русская версия сайта Русская версия сайта
sitename
Peyğəmbərimiz (s) bizə təmizlik, ətirlənmək, dişlərə qulluq etməkdə nə kimi sünnət qoymuşdur?

Həzrət Peyğəmbər (s) bütün bəşər üçün bir örnək və nümunədir. Həmçinin Həzrətin (s) bəzənmək və gözəlliyə diqqət etməsi də onun sünnətindən götürməli olan örnəklərdəndir.
Əgər Həzrətin (s) həyat tərzinə diqqət etsək, görərik ki, insan cəmiyyət içinə çıxan zaman nələrə diqqət etməli və necə olmalıdır.

*Həzrətin (s) təmizliyi və pakizəliyi*
Hər kəs bilir ki, gözəlliyin ilk addımı – təmizlik və nəzafətdir. Həzrət Peyğəmbər (s) buyurur: "Pakizəlik – imanın bir hissəsidir”.
Həzrət (s) başqa yerdə buyurur: "Allah Təala çirkli və səliqəsiz şəxsi düşmən bilir”.
Ona görə də hər kim özünü Peyğəmbərin (s) davamçısı hesab edirsə və onun yolu ilə getmək istəyirsə, gərək ilk addımda təmizliyinə diqqət etsin.
Həzrət (s) başının tüklərini sədr ağacının yarpaqları ilə yuyardı və üzərinə bönövşə yağı çəkərdi. Adəti belə idi ki, aynaya baxar və saçlarını nizama salardı. Bəzən də bu işi suya baxaraq edərdi.

Dişlərin təmizliyi də Həzrətin (s) sünnətindəndir. O, həmişə yatmazdan əvvəl misvak edərdi və yatan zaman misvakı yatağının yanına qoyardı.
Yuxuda ayılan zaman ilk gördüyü iş – misvak etmək olardı.
Həzrət (s) hər cümə günü dırnaqlarını tutar və saqqalının tüklərini sahmana salardı. O, kişilərə tövsiyə edərdi ki, dırnaqlarını tutsunlar. Qadınlara isə icazə verərdi ki, zinət üçün dırnaqlarını bir qədər saxlasın. Qadınlara icazə verərdi ki, saçlarını boya ilə boyasın. Ərli qadınlara tövsiyə verərək, buyurardı: "Özünüzü rənglə ərləriniz üçün bəzəyin”. Ərsiz qadınlara buyurardı ki, əllərinə xına yaxsınlar ki, əlləri kişi əlinə oxşamasın.

*Ətirdən istifadə etməsi*
Əgər Peyğəmbərin (s) həyat tərzinə nəzər salsaq ,görərik ki, Həzrətin (s) ətir üçün xərclədiyi pul, yeməyi üçün xərclədiyindən daha çoxdur.
Həzrət (s) həmişə ətirdən istifadə edərdi. Nə zaman bir yol ilə getsə idi, ondan sonra ətri uzun müddət qalardı. Həzrət (s) ətirlə bağlı buyurur: "Qadın ətirləri gərək xoş rəng və mülayim iyli olsun. Kişi ətirləri isə gərək rəngsiz və tünd iyli olsun”.
Bir gün bir nəfər Peyğəmbərin (s) evinə gəlir və Həzrət (s) həmişəki qaydası ilə özünə aynada baxır və üzünü, saçlarını sahmana salır.
Aişə Həzrətə deyir: "Ey Rəsulallah! Sən Adəm övladlarının ən üstünü və Allahın peyğəmbərisən. (Niyə) Su qabının qarşısında dayanırsan və saçının, üzünün tüklərini səliqəyə salırsan?”. Həzrət (s) buyurur: "Ey Aişə! Allah sevir ki, nə zaman bəndəsi qardaşını görmək üçün evindən çıxar, özünü bəzəsin və səliqəyə salsın”.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah gözəldir və gözəlliyi sevir. İstəyir ki, bu nemətin təsirini Öz bəndəsində görsün”.
Bəli, gözəllik həmin bu yoldur ki, Peyğəmbər (s) bizlərə öz həyat tərzi ilə öyrətmişdir və necə də yaxşı olardı ki, mömin bəndələr bu yoldan xaric olmasınlar. (tebyan/deyerler)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?
Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Peyğəmbərimiz (s) qonağı necə yola salardı?
Peyğəmbərimiz (s) qonağı necə yola salardı?
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Həzrət Süleyman (ə) və sərçə
Həzrət Süleyman (ə) və sərçə
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
"Onunla görüşən zaman ona mənim salamımı çatdır"
"Onunla görüşən zaman ona mənim salamımı çatdır"
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))