Shia.az SonUmidTv media
» » Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
Русская версия сайта Русская версия сайта
sitename
 

 

 

 

Qədir hadisəsi və o gündə Əli (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini və xilafəti ünvanı ilə təqdim edilməsi elə əzəmətli bir hadisədir ki, o tarixi hadisəni səhabələrdən 110 nəfər nəql etmişlər. Əlbəttə, bunun mənası o deyildir ki, o həzrətin bu xütbəsinə şahid olan böyük sayılı camaatın yalnız həmin miqdarı hadisəni nəql etmişlər; xeyr, əhli-sünnətin mötəbər kitablarında səhabələrdən bu hadisəni nəql edən yalnız bu sayda insanların adı qeyd olunmuşdur.

Qədir-xum hadisəsi və o gündə imam Əli (əleyhis-salam)-ın  Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini və xəlifəsi seçilməsi elə əzəmətli bir hadisədir ki, bu tarixi hadisəni o həzrətin səhabələrindən 110 nəfər nəql etmişlər! Əlbəttə, bu o mənaya deyildir ki, Peyğəmbərlə yanaşı və bu hadisənin şahidi olan böyük saylı insanların yalnız həmin qədəri bu hadisəni nəql etmişlər. Əksinə, bunlar yalnız əhli-sünnətin mötəbər  kitablarında bu hadisəni nəql edən səhabələrin adıdır.

Qədir-xum hadisəsini nəql edən 110 nəfər səhabədən bəziləri: Əbu Bəkr ibni Əbi Qühafə, Ömər ibni Xəttab, Osman ibni Əffan, Təlhə, Zübeyr, Əbdüllah ibni Cəfər, Abbas ibni Əbdül-Müttəlib, Əbdüllah ibni Abbas, Əbu Əyyub Ənsari, Əbu Zər Ğifari, Salman Farsi, Əbu Qütadə, Əbu Hüreyrə, Zeyd ibni Ərqəm, Üdey ibni Hatəm, Səhl ibni Hənif, Həssan ibni Sabit və s... (Qadınlardan isə) Fatimeyi-Zəhra (əleyha salam), Ümmü Sələmə, Aişə, Ümmü Hani, Həmzənin qızı Fatimə və sair.1

Səhabələrdən sonra tebeindən də 84 nəfər, o cümlədən də Əbu Raşid, Əbu Səlmə, Əbu Süleyman, Müəzzin Əbu Saleh və s. bu hədisi qeyd etmişdir.2

Sonrakı əsrlərin alim və mühəddisləri də bu əbədi əsərin qorunub saxlanması üçün çox çalışmış və hər bir əsrdə bu dəyərli hədisi əvvəlki ravilərdən çox dəqiq şəkildə alaraq sonrakılara təqdim etmişlər.

Hicrətin ikinci əsrində sünnü alimlərindən 56 nəfər, üçüncü əsrində 92 nəfər, dördüncü əsrində 43 nəfər, beşinci əsrində 24 nəfər, altıncı əsrində 20 nəfər, yeddinci əsrində 21 nəfər, səkkizinci əsrində 18 nəfər, doqquzuncu əsrində 16 nəfər, onuncu əsrində 14 nəfər, on birinci əsrində 12 nəfər, on ikinci əsrində 13 nəfər, on üçüncü əsrində 12 nəfər və on dördüncü əsrdə 21 nəfər Qədir hədisini nəql etmişlər ki, bu şəxslərin məcmusu üç yüz altmış nəfərə çatır.3

Qədir hədisinin əbədiyyətinə dair digər bir şahid əhli-sünnət alimləri tərəfindən hədisin nəql olunması, sənədi və məzmunu ilə əlaqədar yazılan müstəqil kitablardır. O cümlədən:

1. Böyük islam tarixçisi Əbu Cəfər Təbəri (310-cu ildə vəfat edib) "Əl-vilayətu fi turuqi hədisil-Qədir” adlı kitabında bu hədisi yetmişdən artıq yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir.

2. İbni Üqdə adı ilə məşhur olan Əbul-Abbas Əhməd ibni Məhəmməd Həmdani (333-cü ildə vəfat edib) "Əl-vilayətu fi turuqi hədisil-Qədir” adlı kitabında Qədir hədisini yüz beş nəfərdən nəql etmişdir.

3. Cəhani adı ilə məşhur olan Əbu Bəkr Məhəmməd ibni Ömər Bağdadi (355-ci ildə vəfat edib) "Mən rəva hədisə Qədir-xum” adlı kitabında Qədir hədisini Peyğəmbərdən 125 yolla nəql etmişdir.

4. Əbu Ğalib Əhməd ibni Məhəmməd Razi (368-ci ildə vəfat etmişdir), Möhsün ibni Hüseyn Nişapuri Xəzai, Əli ibni Əbdür-Rəhman ibni İsa Cərrahi Qənati və məşhur sünnü alimlərindən digər iyirmi altı nəfər "Qədir-xum” hədisi barəsində ayrıca kitablar yazmışlar.4

Böyük şiə alimləri də Qədir hadisəsini özlərinin dəyərli kitablarında yazmışlar, o cümlədən: "Ə’yanuş-şiə”, "Əl-ğədir”, "Əl-müraciat”, "Əttəraif”, "Əvalimul-ülum”,  "Biharul-ənvar”ın 37-ci cildi, "Əbəqatul-ənvar” və sairəni qeyd etmək olar.

Əhli-sünnət alimlərinin nəzərində "Təbliğ” ayəsinin nazil olma səbəbi

Əhli-sünnət alimləri "Maidə” surəsinin 67-ci ayəsinin: "Ey Rəsulumuz! Allah tərəfindən sənə nazil olanları çatdır. Əgər bu işi görməsən, Allahın risalətini yerinə yetirməmişsən və Allah səni camaatın (ehtimal verilən təhlükələrindən) qoruyacaqdır” ayəsinin şəni-nüzulunu müxtəlif kitablarda – istər təfsir, istərsə də tarix kitablarında qələmə almışlar. Bu kitablarda olan çoxlu rəvayətlər həmin ayənin "Qədir-xum” günündə Əli (əleyhis-salam)-ın vilayətini bəyan etməklə əlaqədar olmasında aşkar bəyanlara malikdir. Nümunə üçün, bir neçə kitabın adını qeyd edirik:

1. Fəxr Razi özünün təfsir kitabında İbni Abbasdan belə nəql edir: "Təbliğ ayəsi nazil olan zaman Peyğəmbər Əlinin əlindən tutdu və dedi: "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Ömər ibni Xəttab Əli (əleyhis-salam)-la görüşdü və ona dedi:

هـَنـيـئاً لَكَ يـَا بـْنَ اَبِى طالِبٍ، اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ

"Ey Əbu Talibin oğlu! (Bu məqam) sənə mübarək olsun! Çünki mənim və hər bir mömin kişi və qadının mövlası (rəhbəri) oldun!”5

2. İbni Kəsir Dəməşqi də həmin ayənin Əli (əleyhis-salam)-ın şənində və Qədir-Xumda Peyğəmbər tərəfindən oxunan xütbənin ardınca nazil olmasını təsdiqləmişdir.6

3. Şeyx Məhəmməd Əbdüh öz təfsirində "Təbliğ” ayəsinin izahında Əbu Səid Xüdridən nəql edir ki, bu ayə Qədir-xum günündə Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur. O, sonra Bəra ibni Azibdən nəql edir ki, "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisini Peyğəmbər demişdir.”7

4. Süyuti "Əddurul-mənsur” kitabında "Təbliğ” ayəsinin izahında yazır: Əbu Səid Xüdri demişdir: "Bu ayə Qədir-xum günündə Əli ibni Əbi Talib (əleyhis-salam)-ın şənində nazil olmuşdur!”8

 

1 İbni Şəhraşub, "Mənaqib” kitabında (3-cü cild, səh. 25-də) 110 nəfərin hamısının adını qeyd etmişdir. Həmçinin Əllamə Əmini (rəhmətullahi əleyh) "Əl-qədir” kitabında (1-ci cild, səh. 14-də) həmin yüz on nəfər səhabənin adlarını əlifba sırası ilə qeyd etmişdir.

2 "Əl-qədir”, 1-ci cild, səh. 120-151

3Yenə orada, 1-ci cild, səh. 70-151

4 Yenə orada, səh. 152-157

5 Fəxr Razi "Təfsiri Kəbir”, 12-ci cild, səh. 42

6"Əl-bidayətu ən-nihayə”, İbni Kəsir, 5-ci cild, səh. 180-189

7 "Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463-465

8 "Əddurul-mənsur” təfsiri, 2-ci cild, səh. 598, "Gəncnameye imam Əli (əleyhis-salam)” kitabından iqtibas:  "Qədir və vilayət” hissəsi

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İslam dinində Qədir Xum bayramının həqiqəti
İslam dinində Qədir Xum bayramının həqiqəti
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?
Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri
Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Torpağa səcdənin fəlsəfəsi nədir? Nə üçün şiələr Kərbəla türbətinə və möhürə səcdə edirlər?
Torpağa səcdənin fəlsəfəsi nədir? Nə üçün şiələr Kərbəla türbətinə və möhürə səcdə edirlər?
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
İmam Zamanın (əf) zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
İmam Zamanın (əf) zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR-XÜM və ŞEYX MÜFİD
QƏDİR-XÜM və ŞEYX MÜFİD
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Məvəddət аyəsi
Məvəddət аyəsi
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))