Shia.az SonUmidTv media
sitename
ƏLLAMƏ SEYİD MƏHƏMMƏD HÜSEYN TƏBATƏBAI TƏBRIZI 

ŞƏXSİYYƏTİ
Əllamə Məhəmmədhüseyn Təbatəbai
Doğulduğu tarix: 1902-ci il.
Doğulduğu yer: Təbriz
Vəfatı: 1981-ci il.

USTADLARI
Ayətullah Naini, Seyid Əbülhəsən İsfahani, Şeyx Məhəmmədhüseyn İsfahani, Seyid Həsən Badkubei [1], Seyid Əbülqasim Xansari, Ayətullah Höccət, Əliağa Qazi Təbatəbai Təbrizi və s.

ƏSƏRLƏRİ
1. İslam və hər əsrin aktual ehtiyacları;
2. Fəlsəfənin əsasları və realizm metodu;
3. Sual və cavab;
4. Əl-mizan təfsiri (20 cild);
5. Ölümdən sonrakı həyat;
6. Çoxarvadlılıq və İslamda qadının məqamı;
7. İslam təlimlərinin xülasəsi;
8. Sonu olmayan yeni yaranış;
9. Tövhid risaləsi;
10. Müasir dünyada şiənin vəzifəsi;
11. İslamda şiəlik;
12. Əli (ə) və ilahi fəlsəfə;
13. Dini əqidə və proqramlar;
14. İslamdan açıqlamalar;
15. İslamda Quran;
16. İslam baxışında həzrət Mühəmməd (s)...;

ƏLLAMƏ TƏBATƏBAİNİN HƏYATINA BİR BAXIŞ
1321-ci h.q. ilinin (1902-ci il) sonuncu günü (zil-hiccə ayının 29-u) Seyid Məhəmməd Qazi Təbatəbainin ailəsi Şadbad kəndində sevinc bəxş edən bir hadisənin intizarında idi. Təbrizin alicənab Təbatəbai seyidləri silsiləsi səmasında nura qərq olmuş bir ulduz parladı.
Əllamə Təbatəbainin doğulduğu və böyüyüb boya-başa çatdığı yer Təbriz şəhəri idi. Onun nəsli əvvəldən təkcə bu şəhərdə deyil, bütün şiə aləmində elim və fəzilətlə məşhur olmuş və ata-babası Təbrizin adlı-sanlı alim və mütəfəkkirlərindən sayılmışlar.
Əllamə Təbatəbainin ömründən beş bahar keçməmişdi ki, bu körpənin həyat səması qaranlıq və tutqunluğa büründü. O, əziz anasını itirdi. Dörd ildən sonra doqquz yaşlı bu uşaq ata itkisindən kədərə qərq oldu.
Beləliklə, onun varlığı ömrünün başlanğıc çağlarından xoşagəlməzliklərlə tanış oldu. Atasının vəfatı ilə çətinlikləri ikiqat oldu.
Əllamə və onun kiçik qardaşı (Seyid Məhəmmədhəsən İlahi) ata və analarını itirdikdən sonra rəhmətlik atasının vəsisi (uşaqların tapşırıldığı şəxs) bu iki azyaşlının yaşayışının çətinləşməməyi üçün onların vəziyyətini əvvəlki qaydaya saldı. Bu iki uşaq kifayət qədər yetkin olanadək hər biri üçün bir xadim və xadimə təyin edib davamlı olaraq baş çəkib nəzarət edirdi. Bu çətinliklərə görə Əllamə doqquz yaşına qədər məktəb və mədrəsəyə getməyib təhsildən uzaq düşdü. Bununla bərabər elim və bilik ardınca gedib yeni elim ocaqlarına yol tapanadək çətinliklərə dözməyi qərara aldı.
Seyid Məhəmmədhüseyn o dövrün dəbinə uyğun olaraq Quranı öyrəndikdən sonrakı altı il ərzində qardaşı ilə birgə görkəmli ədəbiyyatçı şeyx Məhəmmədəli Sərainin təlimi altında "Gülüstan”, "Bostan”, "Nisabus-sibyan” və s. kimi əsərləri öyrəndi. Bundan əlavə mirzə Əli Xəttatın nəzarəti altında ədəbiyyat və gözəl yazı fənləri ilə məşğul oldu.
İbtidai təhsil onun böyük zövq və marağına cavab verə bilmədiyi üçün Təbrizin "Talibiyyə” mədrəsəsinə daxil olub ərəb ədəbiyyatı, fiqh, üsul, əqli və nəqli elimlərlə məşğul oldu. 1918-ci ildən 1925-ci ilədək müxtəlif İslam elimlərini öyrənməklə məşğul oldu.
Əllamə Təbatəbai öz həyatı haqda deyir: "Sərf və nəhv elimləri (ərəb dilinin morfologiya və sintaksisi) ilə məşğul olduğum ilk illərdə təhsili davam etdirməyə çox da marağım yox idi. Buna görə də, oxuduğumu başa düşmürdüm. Dörd ili belə keçirdim. Ondan sonra birdən-birə Allahın inayəti əlimdən tutub məni dəyişdi və özümdə kamillik əldə etməyə qarşı bir növ sevgi və şövq hiss etdim. Belə ki, həmin gündən təxminən, on səkkiz il davam edən təhsil müddətində heç vaxt elim və təfəkkürə qarşı yorğunluq və ümidsizlik hissi keçirməyib dünyanın çirkinlik və gözəlliyini unutdum. Elim əhlindən başqaları ilə ünsiyyəti tamamilə kəsdim. Yemək, yatmaq və yaşayış üçün lazım olan digər şeylərdən yalnız zəruri olan minimum miqdarda istifadə edib pulun qalanını mütaliəyə xərcləyirdim. Gecəni səhərədək mütaliəyə həsr etməyim (xüsusilə də yaz və yayda) çox olub. Həmişə sabahkı dərsi gecə əvvəlcədən mütaliə edirdim. Qaranlıq bir məsələ qaldıqda, nəyin bahasına olursa olsun, dərsə gedənədək onu həll edərdim. Müəllimin dərsdə dedikləri əvvəlcədən mənə aydın idi. Heç vaxt dərsdə olan çətinlik və səhvləri müəllimin yanına aparmamışam.” [2]
O müdrik alim dini elimlərdə öz təhsilini təkmilləşdirmək məqsədi ilə Nəcəf Elmi Hövzəsinə gedib on il müddətində bu müqəddəs şəhərdə qardaşı ilə birgə elim əldə etməklə məşğul oldu.
Bu müqəddəs diyara daxil olarkən ilk günləri vətəndən uzaqlıq, mühitin yeniliyi, camaatın dilinin fərqliliyi və iqlimin sərtliyinə görə, çox çətinliklə başa vurdu. Nəhayət, tədricən şəhərin xüsusiyyəti, yaşayış vəziyyəti və oradakı dərs və bəhslə tanış oldu. Lakin isti hava şəraiti, çaydan kuzə ilə gətirilən su, münasib qurulmamış məhəllə, ensiz, kiçik, bircə tanışı belə olmayan ev yenicə daxil olmuş bu qonaqları arzuolunmaz bir vəziyyətlə üzləşdirirdi. Əllamənin ürəyini açıb qəlbinə hərarət bağışlayan yalnız o zaman on səkkiz aylıq olan azyaşlı övladı (Məhəmməd) idi, lakin havanın istiliyi və qeyd olunan şərait üzündən Əllamənin həyatına sevinc bəxş edən o uşaq xəstələnərək ailəni qəm xeyməsinə saldı. Nəcəf şəhərində münasib həkim də yox idi. Valideynlər xəstə uşağı müalicə etmək üçün Bağdada aparmağa məcbur oldular, amma həkimlərin çalışmaları heç bir nəticə vermədi və bu azyaşlı körpə dünyadan köçdü. Uşağın ölümü atasının, xüsusən də ilk övladlarını qürbət diyarda əldən vermiş cavan anasının (O zaman Əllamənin 23, həyat yoldaşının isə 18 yaşı var idi) qəminə səbəb oldu.
Nəcəf şəhərinə elim əldə etmək üçün gəlmiş Əllamə çətinliklərə və xoşagəlməzliklərə dözərək təhsil və elmi tərəqqi yolunda çox səy göstərdi.
O, Nəcəfdə yaşadığı dövrün sonlarında da çətin günlər keçirdi. 1935-ci ildə onlara həvalə edilən məbləğlə borclarını qaytardıqdan sonra Təbrizdə yaşamaq üçün Nəcəfi tərk etdi. Bir müddət Təbrizdə qaldıqdan və soyuq fəsilləri arxada qoyduqdan sonra irs olaraq yetişən mülk, bağ və əkin sahəsini diriltmək məqsədi ilə "Şadbad” kəndinə qayıtdı.
Əllamənin oğlu Əbdülbaqi deyir: Rəhmətlik atamın həmişə və bütün il boyu fəaliyyətdə olması şəxsən yadımdadır. Soyuq fəsillərdə, yağış və qar yağarkən əlinə çətir götürərək və ya çiyninə kürk ataraq adi bir işlə məşğul olurdu. Əllamənin Şadbad kəndinə qayıtmasından sonrakı on ildə və davamlı fəaliyyətləri nəticəsində dərin yeraltı suvarma kanalları və xarab olmuş bağlar dirildilərək abadlaşdı. Kəndin daxilində ailənin yayda qalması üçün bir yaylaq evi də tikildi. Evin zirzəmisinin yerində 1939-cu ildə hamamların hovuzla işlədiyi bir vaxtda müasir üsula uyğun bir hamam tikdi.
1945-ci ilin sonlarında Əllamə Təbatəbai həyat yoldaşı və dörd övladı ilə birgə Qumda yaşamaq üçün Təbriz şəhərini tərk etdi. Ayətullah Cəfər Subhani bu barədə deyir: "1945-ci ilin azər ayından 1946-cı ilin azər ayınadək Cənubi Azərbaycanda asayiş pozuntusu, qətl-qarət və oğurluq baş alıb gedirdi. Mərhum ustad Əllamə Təbatəbai oradan köçərək Qum kimi elmi bir mərkəzə üz tutmağı qərara aldı. Bu zaman Qurani-Məcidə baxdı (istixarə etdi) və bu ayə gəldi: 

هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا

"Bu yerdə işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibət təmin etmək baxımından daha gözəldir.”
Bu səbəbdən 1946-cı ilin axırlarında doğma vətənini Qumda qalmaq məqsədi ilə tərk etdi.”
Əllamənin oğlu Əbdülbaqi bu haqda deyir: "1947-ci ilin əvvəllərində Qum şəhərinə daxil olduq... Əvvəlcə qohumlardan birinin evində qaldıq, lakin tezliklə Yaxçal Qazi küçəsində ruhanilərin birindən pərdə ilə iki hissəyə bölünmüş bir otaq icarəyə götürdük. Bu otağın sahəsi iyirmi kvadrat metrə yaxın idi. Aşağı mərtəbə içməli su anbarı idi. Evin mətbəxi olmadığından lazım olan zaman onun qapısından içəri əyilərək qaba su doldururduq. Yemək də otağın daxilində hazırlanırdı.”
Bu böyük insan ömrünün otuz beş ilini müqəddəs Qum hövzəsində əsər yazıb, insanların təlim-tərbiyəsi ilə məşğul olmağa həsr etdi. Nəhayət, 1981-ci ildə fani dünya ilə vidalaşdı. [3]

XATİRƏLƏR

PEYĞƏMBƏR ƏXLAQI VƏ DAVRANIŞI
Əllamə Təbatəbainin qızı xanım Təbatəbai deyir: 
"O, peyğəmbər əxlaqına və davranışına malik idi. Heç zaman əsəbiləşmirdi. Onun danışarkən səsini ucaltdığını heç vaxt eşitmədik. Mülayimliklə yanaşı təbiətcə çox qətiyyətli və möhkəm idi. Misal olaraq, namaz məsələsində çox diqqətli idi ki, namazı vaxtın əvvəlində qılsın. Bu sahədə çox ciddi idi və başqalarının süstlüyünü aşkar surətdə özlərinə bildirirdi.
Mübarək Ramazan ayında bütün gecələri səhərədək oyaq qalırdı. Çox dəqiq və nizamlı idi. Günün bütün vaxtları üçün proqram tərtib edirdi.
Quran oxumağa çox həvəsi var idi. Onu uca səslə oxumağa səy göstərirdi. Özü deyirdi: İyirmi altı illik proqramım indiyədək pozulmayıb. Çoxlu mühüm işləri olmasına baxmayaraq, heç vaxt dəyərsiz də olsa, bir iş üçün onun yanına gələnləri geri qaytarmazdı. Bu onun qəlbinin yumşaqlığından və şiddətli məhəbbətindən irəli gəlirdi.
Hətta xəstə olduğu bu son illər ərzində olunan müraciətləri geri qaytarmırdı. Bir dəfə Quma getdiyim zaman mənə dedi: Səhərdən indiyədək iyirmi dörd dəfə qapıya gedib camaatın müraciətinə cavab vermişəm.” [4]

DOKTORLUQ DƏRƏCƏSİNİ QƏBUL ETMƏDİ
Bir dəfə Əllamə Təbatəbaiyə dedilər: Şah sizə fəlsəfə elimləri doktoru dərəcəsi vermək istəyir. Əllamə bu sözü eşitdikdə elan etdi ki, heç bir yolla zülm sistemindən belə şeyi qəbul etməyəcəyəm. Bəzi şəxslər gəlib israr etdilər ki, bunu qəbul edin, sizin xeyrinizədir. Onlardan biri İlahiyyat fakültəsinin o zamankı dekanı idi. Onun yanına gəlib dedi: Əgər bu adı qəbul etməkdən imtina etsəniz, şah əsəbiləşər və sizin üçün çətinlik yaranar. Bu dəfə də Əllamə şücaətlə dedi: "Şahdan heç qorxum yoxdur və doktorluğu qəbul etməyə hazır deyiləm.” [5]

CƏSARƏTLƏ BİLMİRƏM DEDİ
Suallara cavab üçün nəzərdə tutulmuş cümə axşamları toplantılarında başqa-başqa qrup və zümrələrdən olan müxtəlif səviyyəli şəxslər bir sıra elmi suallar və tənqidlər hazırlayırdı. Əllamə Təbatəbai isə tam alicənablıq və vüqarla qulaq asıb suala münasib cavab verir, sual verənin düşüncəsinə uyğun şəkildə məsələni izah edirdi.
Həmin toplantılarda iştirak edənlərdən biri nəql edirdi ki, bir şəxs o müdrik Əllamədən bir sual soruşdu. O, sualı dinlədikdən sonra tam təvazökarlıqla buyurdu: 
"İcazə olarmı, mən bu sualın cavabını bilmədiyimi deyim?” [6]

SUALLARA HAZIRCAVAB OLMAQ
Universitet müəllimlərindən biri deyir: 
"Onun məndə güclü təsir buraxmış xasiyyəti camaatı qəbul etməyə hazır və ürəyiaçıq olması idi. Deyilən sözlərə qulaq asıb, maraqlanardı. Başqa cəhətlərə nisbətən mərifəti, həssaslığı və ayıqlığı çox idi. Mən ondan sonsuz bəhrə əldə etdim. İslam fəlsəfəsinə aid suallarımın heç birini cavabsız qoymurdu. Səbir, hövsələ və dərin dərrakə ilə hər bir şeyi izah edirdi. Müdrikliyi insana onun daxilində uzun müddətli dəyişiklik yaradacaq şəkildə damla-damla ötürürdü...”[7]

ALLAHIN İSTƏYİNƏ RAZI OLMAQ
Əllamə Həsənzadə Amuli deyir:
"Əllamə Təbatəbai Allahın razılığından razı idi. Əvvəllər şəxsi yaşayış mənzili də yox idi. Hər neçə müddətdən bir öz yerini dəyişməyə məcbur idi. Mən bir dəfə ona dedim: Ağa, biz gərək hər 6 ayda bir dəfə sizdən yeni ünvan öyrənək. O, tam soyuqqanlıqla bu məsələnin üzərindən ötdü və sanki Allahın razılığından tam razı idi.” [8]

ƏHLİ-BEYTƏ (Ə) KÖNÜL BAĞLAMIŞ AŞIQ
Ustad şəhid Mürtəza Mütəhhəri öz yazdığı əsər və çıxışlarında Əllamə Təbatəbainin adını çəkərkən onun üçün "canım ona fəda olsun” sözünü işlədərdi. O müdrik filosofdan soruşdular: Öz müəlliminizə bu qədər hörmət etməyinizə səbəb nədir?
Dedi: "Mən çox filosof və arif görmüşəm. Mənim ona xüsusi ehtiramım onun bir filosof olması deyil, əksinə ona Əhli-beytə (ə) könül bağlamış aşiq olmasına görə hörmət edirdim. Əllamə, Ramazan ayında öz orucunu həzrət Məsumənin (s) zərihini öpməklə açardı. Əvvəlcə pak hərəmə daxil olub müqəddəs zərihi öpürdü. Sonra evə gedib yemək yeyirdi. Mənə onun sevgisinin şiddətini göstərən onun bu xüsusiyyəti idi. O əzəmətli müfəssirin ibrətli bu xüsusiyyəti, yəni Əhli-beytə (ə) təvəssül edərək, o parlaq vilayət və imamət ulduzlarına aşiq olub könül bağlaması onun ruhi və mənəvi dərəcəsindən irəli gəlirdi. Adətən, cümə günləri rövzə və mərsiyə məclislərində iştirak edər və bütün vücudu ilə hönkür-hönkür ağlayardı.” [9]

AİLƏYƏ QAYĞI
Əllamənin qızı xanım Təbatəbai deyir: 
"Atam həmişə anamı yaxşılıqla yad edər və buyurardı: Məni bu səviyyəyə çatdıran o qadın olub. O, mənim şərikim olub və yazdığım bütün kitabların yarısı bu xanımındır. Əllamənin həyat yoldaşından onun öz əzəmətli elmi şəxsiyyəti və zehni işləri ilə yanaşı ailə işlərini və elmi fəaliyyətləri necə tənzimlədiyi haqda soruşduqda, cavab verdi: O, öz gündəlik proqramında ailəsi üçün müəyyən vaxt ayırırdı. Yeddi saat işlədikdən sonra günortadan gecəyədək deyərdi ki, artıq xüsusi vaxtdır, gəlin oturub söhbət edək. Deyirdi: Bu saat mənim ən gözəl vaxtımdır və bütün narahatçılıqlarımı aradan aparır. İşlərinin həcminin çox olmasına baxmayaraq, ailəyə diqqətsiz olmurdu. Həyat yoldaşı və övladlarına xüsusi əhəmiyyət verirdi... Atamın anamla rəftarı böyük hörmət və sevgi ilə dolu idi. Həmişə elə rəftar edərdi ki, sanki anamın görüşünə müştaqdır. Biz o ikisinin arasında heç vaxt mübahisə və ixtilaf görmədik. Bir-birlərinə qarşı o qədər mehriban, fədakar və güzəştli idilər ki, birgə yaşayışın adətən, ixtilafsız ötüşmədiyi halda biz onlar arasında heç zaman fikir ayrılığı olmadığını fikirləşirdik. Onlar həqiqətən bir-biri ilə dost kimi idilər.” [10]

HEYVANLARA MƏRHƏMƏT
Əllamənin qonşularından biri deyir:
"Bir gün səhər Əllamə Təbatəbai bir şəxsi mənim arxamca göndərdi (halbuki, Əllamə şəxsi işlərdə bir kəsə müraciət etmirdi). Gedib gördük ki, çox narahatdır və mütaliə edə bilmir... Məlum oldu ki, evlərinin həyətindəki quyuya bir pişik düşüb. Davamlı olaraq ona yemək verməsilə yanaşı çox narahat idi ki, nə üçün unudularaq quyunun ağzı açıq qalmalı və heyvancığaz ora düşməlidir... Sonra göstəriş verdi ki, quyuqazan gətirilsin və quyunun qapısını açıb pişiyi çıxarsınlar. Onun övladından nəql edildiyinə görə, bu iş ondan o zaman 1500 tümənə yaxın xərc tələb etdi, lakin bir heyvana nicat verdiyi üçün çox sevinirdi.”[11]

ŞƏXSİ İŞLƏRƏ ƏHƏMİYYƏT
Əllamənin qızı xanım Təbatəbai deyir: 
"Əllamə Təbatəbai evdə onun şəxsi işlərini başqasının görməsini istəmirdi. Hətta xəstə olduğu bu son zamanlarda mən onun evinə gedirdim. O xəstə halda çay süzmək üçün ayağa qalxardı və mən: "Nə üçün mənə demədiniz ki, sizin üçün çay gətirim?” – dedikdə, "Xeyr, sən qonaqsan, həm də seyidsən. Mən sənə göstəriş verməməliyəm!” – deyərək cavab verirdi.” [12]

İBRƏTAMİZ RƏFTAR
Bir gün küçədə Əllamə Təbatəbai ilə bir velosiped toqquşur və ayağının yaralanmasına səbəb olur. O ətrafda olan yaxınlarından biri Əllaməni bir mağazaya aparıb stulun üzərində əyləşdirir. Velosiped sürən Əllaməni tanımayaraq ona tərəf çevrilib deyir: "Əmi can, düzgün yol get!” Əllamə buyurur: "Allah-taala bizim hamımızı düzgün yola hi-dayət etsin!” [13]

YÜKSƏK TƏVAZÖKARLIQ
Əllamənin şagirdlərindən biri deyir: 
"Əllamə Təbatəbai o qədər təvazökar, ədəbli idi və əxlaq qaydalarının qorunmasında açıq surətdə çalışırdı ki, mən dəfələrlə ona demişdim: "Axı sizin bu dərəcədə ədəb və diqqətiniz bizi ədəbsiz edir! (Yəni, sizin qədər ədəb qaydalarına riayət edə bilmədiyimiz üçün sanki ədəbsiz hesab olunuruq.) Sizə Allahı and verirəm ki, bizim halımızı nəzərə alın!” Təxminən, qırx il öncədən indiyə qədər onun başqaları qarşısında mütəkkə və balışa söykəndiyi görülməyib, əksinə həmişə valideyn qarşısındakı kimi ədəbli, divardan azacıq irəli və daxil olan qonağın gözü önündə əyləşərdi. 
Mən onun şagirdi idim. Onun evinə çox gedirdim və ədəbə riayət etmək üçün ondan aşağıda oturmaq istəyirdim. Heç vaxt mümkün olmurdu. O qalxıb buyururdu: 
"Elə isə biz gərək ya kanarda, ya da otağın çölündə əyləşək!” 
Neçə illər öncə müqəddəs Məşhədə daxil olduğum zaman onu görmək üçün evinə getdim. Gördüm ki, otaqda döşəyin üzərində oturub. (Ürək ağrısına görə, həkim bərk yerdə oturmamağını tapşırmışdı.)
O, döşəyin üzərindən qalxıb mənə onun üzərində oturmağımı təklif etdi. Mən isə oturmaqdan çəkindim. İkimiz də bir müddət ayaq üstə qaldıq. Nəhayət, buyurdu: "Əyləşin, mən bir cümlə deyəcəyəm!”
Mən itaət edib oturdum. O, da yerdə oturdu və sonra buyurdu: 
"Demək istədiyim cümlə bu idi ki, ora çox yumşaqdır.” [14]

"Həyat dərsi” kitabından / Tərtib edən: Seyid Rza Hüseyni
1. Azərbaycanlı filosof Seyid Həsən Badkubei Bakının Xırdalan qəsəbəsində anadan olmuşdur.
2. "Həyat bəxş edən damlalar”, Qulamrza Qolizəvare, s.53.
3. "Həyat bəxş edən damlalar” kitabından iqtibas edilmişdir.
4. "Günün qadını” jurnalı, №: 892.
5. "Yadigarlar və şirin xatirələr”, s.53.
6. "İrfan aynası”, səh. 40.
7. "Dünya səmaları altında”, s.70.
8. "Ustad Həsənzadə Amuli ilə birgə”, Möhsün Qərəviyan, s.30.
9. "Mərifət mənzuməsi”, Qulamrza Qolizəvare, s.92.
10. "Günün qadını” jurnalı, №: 892.
11. "Elim nuru” jurnalı, №: 9.
12. "Həyat bəxş edən damlalar”, Qulamrza Qolizəvare, s.376.
13. "Həyat bəxş edən damlalar”, Qulamrza Qolizəvare, s.385.
14. "Parlaq günəş”, Ayətullah Seyid Məhəmmədhüseyn Tehrani, səh. 51.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ƏLLAMƏ ŞƏHID MÜRTƏZA MÜTƏHHƏRI
ƏLLAMƏ ŞƏHID MÜRTƏZA MÜTƏHHƏRI
Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
ÖZ MƏNAFEYİNƏ GÖRƏ BAŞQASININ ABIR-HƏYASINI APARMA
ÖZ MƏNAFEYİNƏ GÖRƏ BAŞQASININ ABIR-HƏYASINI APARMA
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Kamilə namazı
Kamilə namazı
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Məhəmməd Əlinin İslam haqqında dedikləri
Məhəmməd Əlinin İslam haqqında dedikləri
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Anaya hörmət gör onu hansı məqama ucaltdı!
Anaya hörmət gör onu hansı məqama ucaltdı!
Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti
Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Ayətullah Şeyx Abbas Qulu Lənkərani
Ayətullah Şeyx Abbas Qulu Lənkərani
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq) Əxbari alimləri ilə tanışlıq -3
Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq) Əxbari alimləri ilə tanışlıq -3
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Mübahilə günü
Mübahilə günü
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Ayətullah Xameneinin tərcümeyi-halı
Ayətullah Xameneinin tərcümeyi-halı
Müqəddəs Ərdəbili
Müqəddəs Ərdəbili
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Ayətullah Behcət Ağanı tanıyaq
Ayətullah Behcət Ağanı tanıyaq
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))