Shia.az SonUmidTv media
sitename
Kimdir müsəlman?

Siz ey məscid partladıb, "müsəlmanam” deyənlər!
"Allahu əkbər” deyib, uşaq başı kəsənlər,
Səhər oruc tutanlar,
axşam ciyər yeyənlər.
Mömin donu geyənlər.
Məgər siz bu əməli Allah üçün etdiniz?
Yoxsa, sanırsınız ki, sünnə ilə getdiniz?
And olsun Allaha ki, Allahı incitdiniz!
Qurana, Peyğəmbərə, ümmətə zülm eyləyib,
Sünnəni tərk etdiniz.
Sizlər elə bibiniz,
ciyər yeyən Hindinin yolu ilə getdiniz.
Islamdan ilk ayrılan, çıxan da siz idiniz,
Kəbəni od vuraraq yaxan da siz idiniz,
Siffeyndə Quranı nizələrə taxan da,
Bu fitnəyə höccət tək baxan da siz idiniz.
Nəhrivandan bu günə, xeyli zaman ötsə də,
Sizin xəbis qəlbiniz dəyişməyib zərrə də.
Ey beyətdən dönənlər,
Ey vicdanı ölənlər,
Iman odu sönənlər.
Niyə sizi yandırır "Ya Əli” söyləyənlər?
"Ya Zəhra” səsləyənlər,
"Ya Hüseyn” deyənlər?
Başınıza daşmıdır " Ya Əbülfəzl” kəlməsi?
Sizi nədən incidir Peyğəmbər ailəsinin
bu qədər sevilməsi?
Bəlkə, sizə çatmayıb Quranın bu ayəsi;
-" Ya peyğəmbər, xəbər ver! De ki, bütün ümmətə,
Sizə peyğəmbər kimi çəkdiyim bu zəhmətə,
qarşılıq istəmirəm,
tək bir tələb edirəm!
Mənim əhli-beytimi siz də sevin, deyirəm!”
Bu "Şura” surəsində 23-cü ayədir.
Açıq aşkar dəlildir, ilahi nişanədir.
Mən Allahın əmrini duydum və əməl etdim.
Mən əhli-beyti sevdim, onun yoluyla getdim.
Zərrə qədər vicdanın qalıbsa etiraf et,
Bəs sən kimə uymusan?
Yolun kimi yoludur?
Bilmədiniz ki, nə cür Kərbala unudulsun,
Aşura unudulsun,
Qərara gəldiniz ki, bir hədis uydurulsun.
Guya, aşura günü, bayram imiş əslində.
Neçə-neçə peyğəmbər nicat tapıb o gündə.
Həzrət Yusif quyudan, 
Nuh peyğəmbər isə sudan,
Həzrət İbrahim oddan, 
Musa da Firaundan,
Əyyubsa xəstəlikdən nicat tapıb o gündə.
Adəm ilə Davudun tövbəsi qəbul olub,
İsa əleyhissalam məhz o gündə doğulub.
Yaqubun Yusif üçün ağlamaqdan tutulan,
gözlərinə yenidən həmin gündə nur gəlib.
Bu səbəbdən dolayı aşura bayram kimi,
sizə vacib edilib.
Ay bunu uyduranlar, yalana göz yumanlar,
Yalandandan yoğrulanlar,
Haramdan doğulanlar,
Fitnəyə qərq olanlar,
Fəsadda boğulanlar.
Siz İmam Hüseyinin şəhadət səbəbini,
gizləmək istədiniz.
Lənətullah Yezidə, o meymunbaz əyyaşa,
O haqlıdır dediniz,
Xəlifə söylədiniz.
Siz Allahın nurunu öz ağzınız ilə,
söndürmək istədiniz?
Fəqət bu həqiqəti dərk edə bilmədiniz,
Uca Allah vəd verib,
Və bu mütləq olacaq,
Tək Allah öz nurunu mütləq tamamlayacaq!
Gələr bir cümə günü, mövlam İmami Zaman,
Sizlərə verməz aman.
Gələr Allah höccəti haqq batildən ayrılar.
Başınızın üstündə Zülfüqar öz qınından, 
şimşək kimi sıyrılar.
Ağam kəsər Yezidə "Radiallahu ənhu” deyən dillərinizi.
Peyğəmbər məzarını sökən əllərinizi,
Müaviyə məzarını tikən əllərinizi.
Açar məramınızı, 
Bəlli edər ki necə, batildə olmanızı...
Bilirəm, indi məni dinlədikcə yanırsan.
Bu haqlı sözlərimdən olduqca cırnayırsan.
Sən ki müsəlman deyil, başdan-başa terrorsan.
Islamı gözdən salan, 
özgəyə maşa olan,
Allah Allah desən də,
Allah düşmənlərinə mutisən, qara qulsan.
Yalanmı söyləyirəm?
İftiramı edirəm?
Dünyanın göz önündə, müsəlman ellərində,
Adını cihad qoyub,
Mömin başını kəsib, başla top oynayırsan.
Müsəlman qadınların, gəlinlərin, qızların,
namusunu özünə halal nemət sayırsan.
Məktəb bombalayırsan.
Babalarından qalan o köhnə əməlinlə,
Qapılar yandırırsan, qabırğalar qırırsan,
Xeymələr talayırsan.
Beş yaşında günahsız, gözüyaşlı, əlacsız,
Uşaqdan soruşursan,- Adın nədir?
- Əlidir.
- Zeynəbdir.
- Fatimədir.
Dərhal fətva verirsən- Bu uşaq ölməlidir!
Dərisi soyulmalı, başı kəsilməlidir!!!
Vay olsun... Vay olsun...
Vay olsun sənin kimi əqidəsiz insana!
Pul ilə tutulana,
Pul üçün satılana.
Allahı unudana.
Allah dostuna düşmən, kafirə dost olana.
Dur! Toxunma Qurana!
O qanlı əllərini vurma o pak kitaba!
Dünyada olmazsa da, axirətdə əminəm,
Əminəm yetəcəksən sən ilahi əzaba...
Hər yana səs salaraq sən iddia edirsən,
Guya, səhabələri cani-dildən sevirsən.
Vallah yalan deyirsən.
Billah yalan deyirsən.
Bilib inkar etdiyin,
hamıdan gizlətdiyin səbəbləri deyimmi?
Milyon dəfə demişik, bir də təkrar edimmi?
Peygəmbərin ən əziz səhabəsindən biri,
Əhli-beytdən saydığı Həzrəti Abuzəri,
Ömrün ahıl çağında, kim oldu sürgün edən Rəbəzə çöllərinə?
Kimlər dözə bilmədi onun haqq sözlərinə?
Onun müsibətində kimlər idi günahkar?
Hal bu ki, onun haqda Peyğəmbərdən hədis var,-
"Yer üzü Abuzər tək düz danışan görməyib.
Göy ondan doğruçuya kölgə sala bilməyib.
Allah ondan razıdır, tək yaşayar, tək ölər,
Allahın izni ilə cənnətə də tək gələr.”
Bəs nə səbəb oldu ki, Peyğəmbərin sevdiyi,
Düz danışan dediyi, Abuzər sürgün oldu?
Abuzər gecə-gündüz şəhərdə dolanırdı,
Gözündən gilə-gilə yaş töküb ağlıyırdı.
Ah çəkib, ün salırdı,- "Camaat, eyy camaat,
Məzlum İmam Əlinin haqqını qəsb ediblər.
Haqqın yolunu kəsib, zalimə yol veriblər.
Mən Əli aşiqiyəm, Əbuzər Qəffariyəm.
Mənə vacibdir ki, hər an, 
qorxmadan haqqı deyəm.
Günlərin bir günündə Peyğəmbərdən eşitdim,
Kimin qəlbində yoxsa, Əlinin məhəbbəti,
Onun südü pak deyil, zatı qırıqdır qəti.
Kimdə yox Əli eşqi bu hədisi düşünsün,
Gedib də səbəbini anasından soruşsun.”
Elə ki, bu sözlərlə batili ifşa etdi,
Abuzərin bu sözü söz sahibinə yetdi,
Bax həmin bu səbəbdən tez onu sürgün etdi.
Bəs digər əziz xələf, dəyərli səhabələr,
Hücr ibn Üdəyi, Əmmarı kim öldürdü?
Dar ağacından asıb, ağzına cilov taxıb,
Təmmarı kim öldürdü?
Mənim bildiklırimi sən özün də bilirsən.
Barışmaq istəmirsən, anlamaq istəmirsən.
Hər nə qədər sən mənim başımı kəssən belə,
Adıma adlar qoşub, kin kudrət etsən belə,
Mənsə səni Allaha, haqqa dəvət edirəm.
Tövbə et- söyləyirəm.
Tövbə et ,
Tövbə et ...

Aydın Arslan, 7, Dekabr, 2014 

Videonu .mp4 formatında yükləmək üçün bu yazinin üstündə vurun

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))