Shia.az SonUmidTv media
sitename

 

"Mövla” yalnız "dost” deməkdirmi?

Məzhəblər arası müzakirələrdə tez-tez rast gəlinən mövzulardan biri də Qədir-Xüm hədisindəki "mövla” sözünün mənasıdır. Qədir-Xüm hadisəsindən söz açan bəzi müəlliflər iddia etmişlər ki, hədisdəki "mövla” sözü yalnız "dost” mənasında işlənmişdir. Amma bu iddiaya cavab verən şiə alimləri əks-arqumentlər ortaya qoyaraq, bu sözün "ixtiyar sahibi, ağa” mənaları ifadə etdiyini isbata yetirmişlər.


Hər şeydən öncə, hədisin söylənmə şəraiti onun mənası barədə şübhələrə aydınlıq gətirir. Əgər Peyğəmbərin məqsədi yalnız Əli ibn Əbutalibə (ə) sevgi və sayğısını ifadə etmək, onunla dost olduğunu bəyan etmək idisə, bunun üçün bu qədər geniş miqyaslı hazırlıq aparmağa ehtiyac duymazdı.


Peyğəmbər bu sözlərini məhz həyatının ən izdihamlı anında, o zamana kimi ətrafında bu qədər insan toplaşmadığı bir gündə söylədi. O həzrət məhz yüz minlik bir izdihamın toplaşdığı günü gözlədi. İkincisi, vida həccindən geri qayıdarkən son dərəcə çətin bir şəraitdə, dözülməz istinin altında, demək olar ki, heç bir kölgəliyin tapılmadığı bir şəraitdə yüz min nəfərin köç salmasına əmr vermək o həzrətin məramındakı ciddilikdən xəbər verirdi. Rəvayətlərdə oxuyuruq ki, hətta səhabələr əvvəlcə belə bir şəraitdə köç salmaqdan imtina etməyə çalışmış, amma Peyğəmbərin israrı qarşısında təslim olmuşdular. Unutmaq olmaz ki, Allah-təala Maidə surəsinin 67-ci ayəsini nazil etməklə, Əlinin (ə) vilayətini elan etməyi peyğəmbərlik missiyasının tamamlanması kimi təqdim etmişdi: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” Peyğəmbər bu məsələyə o qədər ciddi əhəmiyyət verirdi ki, səhraya səpələnmiş karvanın bir araya toplanmasına tapşırdı. Çünki karvanın ön hissəsi Qədir-Xüm məkanından ötüb-keşmişdi, arxada olanlar isə hələ gəlib-çatmamışdılar. Allahın Rəsulu bütün müsəlmanların ona çatmasına kimi gözlədi, yalnız bundan sonra öz xütbəsini söylədi. İstinin şiddətindən camaat əbanın bir ətəyini altına sərmiş, bir ətəyini də kölgəlik kimi başının üstündə tutmuşdu.


Qədir hədisinin əhəmiyyəti barədə bu müqəddimədən aydın olur ki, söhbət sadəcə olaraq dostluğun elanından gedə bilməzdi. Üstəlik, Peyğəmbərin xütbəsindən sonra oradakı bütün müsəlmanların Həzrət Əliyə (ə): "Salam olsun sənə, ey möminlərin əmiri” deyə beyət etmələri də ortada sadə bir dostluq elanından daha mühüm məqamın olduğunu göstərir.

(ardı var)

Natiq Rəhimov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
QƏDİR-XÜM və ŞEYX MÜFİD
QƏDİR-XÜM və ŞEYX MÜFİD
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Qədir-Xum hədisindəki "mövla" sözünün mənası
Qədir-Xum hədisindəki "mövla" sözünün mənası
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
Əbu Talibin imanı
Əbu Talibin imanı
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Yuxunun Şərhi
Yuxunun Şərhi
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))