Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
​​​​​Aşuranın hədəfi: RİSALƏT və İMAMƏT
İmam Hüseyn (ə): "Ümməti babamın və atamın sünnə və sirəsinə qaytarmaq istəyirəm"
Həzrət İmam Hüseyn (ə) Mədinə şəhərindən Məkkə səmtinə hərəkətə başlayarkən vəsiyyətnamə yazdı və öz möhrü ilə möhürlədi. Sonra vəsiyyətnaməni qardaşı Məhəmməd Hənəfiyyəyə verdi. Daha sonra qardaşı ilə sağollaşaraq 60-cı hicri-qəməri ilinin Şəban ayının 3-də öz əhli-əyalı və yaru-ənsarı ilə Məkkə istiqamətində yola çıxdı.
Vəsiyyətin mətni belədir:
بِسْمِ اللَهِ الرَّحْمَنِ الرَّحِيمِ. هَذَا مَا أَوْصَى بِهِ الْحُسَيْنُ بْنُ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ إلَى أَخِيهِ مُحَمَّدٍ الْمَعْرُوفِ بِابْنِ الْحَنَفِيَّه: إنَّ الْحُسَيْنَ بْنَ عَلِىٍّ يَشْهَدُ أَنْ لَا إلَهَ إلَّا اللَهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ. وَ أَنَّ مُحَمَّدًا صَلَّى اللَهُ عَلَيْهِ وَ ءَالِهِ عَبْدُهُ وَ رَسُولُهُ، جَآءَ بِالْحَقِّ مِنْ عِنْدِ الْحَقِّ. وَ أَنَّ الْجَنَّه وَ النَّارَ حَقٌّ. وَ أَنَّ السَّاعَه ءَاتِيَه لَا رَيْبَ فِيهَا. وَ أَنَّ اللَهَ يَبْعَثُ مَنْ فِى الْقُبُورِ. إنِّى لَمْ أَخْرُجْ أَشِرًا وَ لَا بَطِرًا وَ لَا مُفْسِدًا وَ لَا ظَالِمًا وَ إنَّمَا خَرَجْتُ لِطَلَبِ الإصْلَاحِ فِى أُمَّه جَدِّى مُحَمَّدٍ صَلَّى اللَهُ عَلَيْهِ وَ ءَالِهِ؛ أُرِيدُ أَنْ ءَامُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِ الْمُنْكَرِ، وَ أَسِيرَ بِسِيرَه جَدِّى وَ سِيرَه أَبِى عَلِىِّ بْنِ أَبِى طَالِبٍ عليه السلام. فَمَنْ قَبِلَنِى بِقَبُولِ الْحَقِّ فَاللَهُ أَوْلَى بِالْحَقِّ، وَ مَنْ رَدَّ عَلَىَّ هَذَا أَصْبِرُ حَتَّى يَقْضِىَ اللَهُ بَيْنِى وَ بَيْنَ الْقَوْمِ بِالْحَقِّ؛ وَ هُوَ خَيْرُ الْحَاكِمِينَ. وَ هَذِهِ وَصِيَّتِى إلَيْكَ يَا أَخِى؛ وَ مَا تَوْفِيقِى إلَّا بِاللَهِ، عَلَيْهِ تَوَكَّلْتُ وَ إلَيْهِ أُنِيبُ. وَ السَّلَامُ عَلَيْكَ وَ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى. وَ لَا حَوْلَ وَ لَا قُوَّه إلَّا بِاللَهِ‏ الْعَلِىِّ الْعَظِيمِ.
"Bismillahir-Rəhmanir-Rəhim. Bu, Hüseyn ibn Əli ibn Əbi Talibin qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətidir. Həqiqətən, Hüseyn ibn Əli şəhadət verir ki, Allahdan başqa Allah yoxdur, o təkdir, şəriki yoxdur. Və həqiqətən Məhəmməd onun qulu və rəsuludur. O (Məhəmməd) həqiqətən də haqq (din) ilə Haqq tərəfindən (peyğəmbər olaraq) gəlmişdir. Və Cənnət və Cəhənnəm haqdır. Qiyamət günü gələcəkdir, bunda şübhə yoxdur. Şübhəsiz ki, (həmin gün) Allah-Taala qəbirlərdə olan hər bis kəsi (hesab üçün) ayağa qaldıracaqdır.
Həqiqətən mən nəfsi istəklərim, təkəbbür və üsyankarlıq səbəbi ilə fəsad və zülm üçün xüruc etməmişəm. Mən cəddim Məhəmmədin (s) ümmətini islah etmək üçün ayağa qalxmışam.
İstəyirəm (cəddimin ümmətini) yaxşılıqlara əmr edəm və pisliklərdən çəkindirəm.
İstəyirəm babam Məhəmmədin (s) və atam Əlinin (ə) sirə və sünnəsi (onların İslami həyat tərzi) əsasında rəftar edim.
Belə isə, məni hər kəs haqq olaraq qəbul edirsə, bəs, Allah haqqa daya layiqdir. Hər kəs məni bu işdə qəbul etməzsə, mən səbir edəcəm və dözümlü olacam. O vaxta qədər ki, Allah mənimlə bu camaatın arasında hökm etsin. Allah hökm edənlərin ən yaxşısıdır.
Bu, mənim sənə vəsiyyətimdir, ey qardaş. Mənim üçün tövfiq ancaq Allahdandır. Ona təvəkkül edirəm və qayıdışım da onadır.
Allahın salamı olsun sənə və hidayət yoluna tabe olanlara.
Uca və əzəmətli olan Allahdan başqa heç kəsdə qüvvət və qüdrət yoxdur." (əl-Xarəzmi (484-568 hq), "Məqtəlul-Huseyn (ə)", s.188; Hüseyni Tehrani, "Ləməatul-Huseyn (ə)", s.15-18.)
Vəsiyyətnamənin mətnindən də müşahidə etdiyiniz kimi Həzrət İmam Hüseyn (ə) inqilabi hərəkatı üçün üç önəmli amili açıqlayır: Ümmətin işlərində islahata aparmaq; Ümməti yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək; İslam cəmiyyətində Peyğəmbərin (s) və İmam Əlinin (ə) İslami həyat tərzi və idarə üsulu əsasında rəftar etmək.


Bu üç amilin hər birinin həyata keçirilməsi üçün xilafət və hakimiyyətin Vəhy evindən olan bir alimin və məsum rəhbərin əlində olması lazım idi. Çünki İlahi hökmlərin cəmiyyətdə icrası üçün mütləq ismət və vəhayni elm ilə silahlanmış bir rəhbərə ehtiyac var. Buna görə də ümmətin hamısının bir nəfər kimi İmam Hüseyni (ə) Allah-Taala tərəfindən məsum imam və rəhbər kimi qəbul etməsi lazım idi. Amma Peyğəmbərin (s) vəfatından sonra Əhli-Beytin (ə) siyasi səhnədən uzaqlaşdırılması və müsəlmanların gündəmindən çıxarılması, müsəlmanların qəsbkar hakimlər tərəfindən başının dünya işlərinə, müsir dillə desək "şou"ya qatışdırlması, səbəb olmuşdu ki, ümmət Peyğəmbərin (s) həqiqi canişinlərini tanımasın və hətta İslami həyat tərzindən uzaqlaşsın.
Belə bir zamanda Həzrət İmam Hüseyn (ə) ümməti Peyğəmbərin (s) sünnəsinə qaytarmaq, onların fəsada bulaşmış yaşam tərzini islah etmək və bu məsələni həmişəlik Vəhyin nəzarətində (Risalətin davamı olan İmamət və Vilayət) saxlamaq üçün qiyam etdi.


P.S: Münafiq Əbu Süfyan və Ümməyə övladlarının qoyub getdiyi bu mənfur miras (insanlarının başını dünyaya qataraq onları dindən və dinin həqiqi sahiblərindən uzaq tutmaq, öz istəklərini insanlara din libasında geyindirmək, dini ayinləri bayağılaşdırmaq, hakimiyyətlərinə dayaq olacaq din modeli formalaşdırmaq və sair...) bu gün "sələfilik" və "vəhabilik" cərəyanının köməyi ilə davam edir.
Risalət dövründən sonra dini və dünyəvi işlərinin idarəsi Peyğəmbərin (s) vəsiyyətinin əksinə olaraq Quran və Əhli-Beyt məktəbi əsasında olmadı.
Əbu Bəkr və Ömərin xilafəti dövründə hədisin yazılmasının qadağan edilməsi, insanların Əhli-Beyt və İmam Əli (ə) ilə əlaqələrinin kəskin şəkildə məhdudlaşdırılması, Peyğəmbər (s) ailəsinə yaxın olan səhabələrin təzyiqlərə məruz qalması, üçüncü xəlifə Osmanın xilafəti açıq şəkildə dünyəvi şahlıq sisteminə çevirməsi və xilafətdə olan özbaşınalıq müsəlmanları hər gün İslami yaşam tərzindən uzaqlaşdırdı.
Bəzi səhablərin Peyğəmbərin (s) vəsiyyətinə xəyanət etməsi nəticəsində müsəlmanların işlərinin idarəsi Süfyanizmin və Əməvizm kimi şeytani bir cərəyanının əlinə keçdi.
Bunun da davamında başda Əbu Süfyan oğlu Müaviyə olmaqla Əməvi hakimiyyətinin dində bidət yaratmaları, hədis qadağası boşluğundan istifadə edib Əhli-Beytin (ə) fəzilətlərini inkar etmələri və hətta cəmiyyətdə Əhli-Beyt (ə) düşmənçiliyi yaratmaları, zalim hakimiyytə qulluq edən din alimlərinin Əhli-Beytin (ə) fəziləti barədə olan hədisləri zəif və həmin hədislərin ravilərini, xüsusi ilə də Kufə ravilərini "yalançı" adlandırmaları müsəlmanları böyük bir elmi irsdən məhrum etdi.
Bu şeytani təsiri altında yazılan Buxari və Müslim kimilərin kitabları ümmətə "ən səhih hədis toplusu" kimi təqdim edildi.
Sonradan İbn Teymiyyə və şagirdləri kimi təkfirçi zehniyyətlər "buxari" və "müslim" yazmayıb deyə hətta məzhəb imamları Əhməd ibn Hənbəlin də İmam Əlinin (ə) və Əhli-Beytin (ə) fəzilətlərində rəvayət etdiyi bir çox hədisləri ya kökündən inkar, ya da zəif hesab etməyə çalışdılar.
İbn Teymiyyənin təkfirçi zehniyyətindən müasir dövrdə ingilislər kimi İslam düşmənləri "vəhabi" və "sələfi"lər kimi təkfirçi təriqətlər və bunun da fonunda "əl-Qaidə" və "İŞİD" kimi terrorçu təşkilatlar yaratdılar.
Bu təşkilatların zahirdə idarə edənləri müxtəlif məzhəblərin nümayəndələri olsalar da fəaliyyətlərindən bəlli olur ki, hədəfləri İslam ümmətini məzhəbi və irqi şüarlarla parçalamaq, bunun nəticəsində müsəlman ölkələrini zəiflətmək, onları bir sıra qondarma mətnlərin zahirində saxlamaqla Quran və Əhli-Beytdən uzaq salmaqdır.
Bu səbəbdən bu gün ilahiyyatçı və ruhanilərin əsas vəzifələrindən biri də İslam ümməti arasında vəhdət yaratmaq və bu vəhdətin ümmətin hamısının "vahid qayıdış yeri" ola biləcək Əhli-Beyt (ə) imamlarının ətrafında birləşməklə baş verə biləcəyini izaht etməkdir.
Bunun üçün də dayanmadan və yorulmadan xalqa Risalətin qorunması üçün "məsum rəhbərin imamət və vilayəti"nin zəruriliyini izah etmək lazımdır. Bu məsələ müsəlmanlar tərəfindən dərk edilməsə, düşmənlər hər zaman ümməti parçalayıb zəiflətməkdə uğurlu olacaqlar.

Əlbəttə İmam Hüseynin (ə) kəlamlarında vurğulandığı kimi insanları maarifləndirmə, islahat və "yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək" kimi Aşura qiyamının digər hədəf və fəlsəfələri yerinə yetirilməli və habelə bu qiyamdan alınacaq saysız ibrət və dərslər də öz yerində insanlara çatdırılmalıdır.
@mirmehemmed_beshir
​​​​​
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))