Qəflət cisim və nəfsdəndir.
1. Allah Quranda buyurur :"Nə varsa onun xəzinələri yalnız bizim yanımızdadır və biz öz yanımızdan müəyyən ölçüdə nazil edirik ".
Şəksiz və şübhəsiz bu ayədə "nə varsa" bütün canlı və cansız hər bir mövcuda aiddir. Deməli bütün mövcudatın xəzinələri Allah yanındadır və ordan nazil olub. Hər bir insanın ruhu və həqiqəti Allah yanındandır.
2. İnsanın Allah yanında olan ruhu, alim və pakdır. Bu dünyaya gələndən sonra ruhumuz , bədən qəfəsinə daxil olub, nəfsi istəklərlə zəncirlənəndən sonra qəflət ona yol tapıb. Əgər insan dediyimiz "zəncirləri" qırıb, "qəfəsdən" azad olsa qəflətdən ayılır. Həzrəti Rəsulullah (s.ə.a.s) buyuran kimi,"insanlar yatıblar , elə ki, öldülər ayılırlar".
Qəflət cisim və nəfsdəndir.
3. Yenə Rəsulullah (s.ə.a.s) buyurur: "Gözüm yatır ,amma qəlbim yatmır". (Yeri gəlmişkən bu hədisə əsasən bütün İslam alimləri buyurub ki, əziz Peyğəmbərimizin (s.ə.a.s) yuxusu onun dəstəmazını batil etmir. Yəni-məsələ icmadır bütün İslam aləmində).
Həzrəti Əli (ə) buyurur: "mən doğularkən öldüm". Yəni- qəflət mənə heç zaman yol tapmadı.
4. Yuxarıda deyilən (1,2,3) cəmləyərkən bu nəticəyə gəlirik. Bu dünyada nəfsi istəklərlə zəncirlənməyən və bədən qəfəsinə daxil olub, günah bataqlığına batmayan Peyğəmbər və onun Əhli beyti (ə) , Allah yanında olan əsl həqiqətlərini və paklıqlarını qoruyub saxlamışlar. Diqqətlə düşün .......!
Onu da qeyd edim ki, bu mətləbləri rəqəmlərlə sadalamağımızın səbəbi, riyazi ardıcıllığı gözləməkdir. Nəinki təkcə riyaziyyat elmində, hətta şer və yazıda, sözdə və xütbədə də riyazi ardıcıllıq gözlənilməlidir.
Bu yazıdan sonra , nə qədər suallara cavab tapırıq.
1.Həddi buluğa çatmadan bəzi insanlar necə Peyğəmbərlik və İmamət məqamına çatıblar ?
2. Peyğəmbərlərin (ə) və İmamların (ə) məsum olmasına əqli və nəqli təhlillə cavab və sairə.......
Seyid Ağarəşid Boradigahlı.
18.01.2016
www.ehlibeyt.info
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!