Shia.az SonUmidTv media
» » » Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Русская версия сайта Русская версия сайта
sitename

 Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı

Bismillahir-rəhmanir-rəhim

 

Avropa və Şimali Amerikanın bütün gənclərinə!

 

"Fransada və bəzi digər Qərb ölkələrində oxşar hadisələrin baş verdiyini nəzərə alaraq, bu hadisələrlə bağlı sizinlə birbaşa danışmaq qənaətinə gəldim. Torpaq və xalqlarınızın gələcəyinin siz gənclərin əlində olacağını, həqiqət axtarışı hissi sizin qəlblərinizdə daha canlı və sayğılı olduğunu düşünürək, siz gəncləri özümə müxatəb seçdim.

Bu çağırışda sizin hökumət rəsmiləri və siyasətçilərinizi özümə müxatəb seçmirəm. Düşünürəm ki, onlar siyasətlərində sədaqət və həqiqətdən çox uzaqdırlar. Mənim sözüm sizinlə İslam haqqındadır, özəlliklə, sizə təqdim olunan və İslamdan formalaşmış imic haqqında. Son 20 il ərzində – yəni SSRİ-nin dağılmasından sonra – bu böyük dinin "qorxulu düşmən” kimi göstərilməsi üçün çoxlu səylər göstərilib. Qorxu, nifrət hisslərinin qıcıqlandırılması və ondan mənafeləri uğrunda istifadə Qərbin siyasi tarixində təssüf ki, çox uzun zamanlardan var. Mən burada indiyədək Qərb ölkələri tərəfindən xalqlara diktə olunan müxtəlif "qorxular”la bağlı danışmaq istəmirəm. Siz özünüz son dövrlərdə tarixi yazılara olunan tənqidləri mütailə etsəniz, görəcəksiniz ki, yeni tarixi yazılarda Qərb dövlətlərinin dünyanın digər mədəniyyət və xalqlarına qarşı riyakar və sədaqətsiz davranışları pislənilib. Avropa və Amerika tarixi köləliyə görə utanır; müstəmləkə dövrünə görə başı aşağıdır; rəngli dərililərə və qeyri-xristianlarla davranışlarına görə xəcalətlidir; sizin tarixçilər və tədqiqatçılarınız məzhəb adı ilə katolik və protestantlar arasında və ya milliyyətçilik və etinikçilik adı ilə birinci və ikinci dünya müharibəsində tökülən qanlara görə çox təssüflənir və başı aşağıdırlar. Bu öz-özlüyündə təqdirəlayiqdir və mənim də bu uzun siyahının bir hissəsini açıqlamaqda məqsədim tarixi qınamaq deyil, əksinə sizdən istəyirəm ki, öz ziyalılarınızdan soruşasınız: Nə üçün həmişə Qərbdə ictimai vicdan bir neçə on il və ya yüz ildən sonra oyanmalıdır? Nə üçün ictimai vicdan bugünkü məsələlərə deyil, uzaq keçmişlərə istiqamətlənib? Nə üçün islami düşüncə və mədəniyyətlə davranış qaydası kimi önəmli olan bir məsələ ilə bağlı ictimai şüurun formalaşmasının qarşısı alınır? Siz çox yaxşı bilirsiniz ki, təhqir, nifrət və "Digər”indən qorxu mifi yaratmaq o zülmkar sui-istifadəçilər üçün müştərək sahələr olub. İndi mən istəyirəm ki, siz özünüzdən soruşasınız: Nə üçün qorxutmaq və nifrət etmək kimi köhnə metodlar bu dəfə daha da güclü formada İslam və müsəlmanların əleyhinə işlədilir? Nə üçün dünyada güc strukturları bu gün İslam düşüncəsinin təcrid və passiv olmasını istəyir? İslamda hansı dəyərlər və mənalar böyük güclərin proqramlarına mane olur? İslamdan yanlış fikir formalaşdırmaqla onlar nə kimi mənfət əldə edirlər? Deməli, mənim birinci istəyim budur ki, İslam əleyhinə olan bu genişmiqyaslı qarayaxmaların arxasında hansı maraqların dayanması haqqında axtarış və sual edəsiniz.

İkinci istəyim isə odur ki, bu qədər mənfi təbliğat və mühakimələrə cavab olaraq, çalışın heç bir vasitə olmadan bu dinlə bağlı məlumatınız olsun. Sağlam düşüncənin təbii tələbi budur ki, siz ən azından bu qədər qorxudulduğunuz və çəkindirildiyiniz şeyin həqiqi mahiyyətinin nə olduğunu öyrənəsiniz. Mən təkid etmirəm ki, İslamdan mənim və ya başqasının düşüncəsini qəbul edəsiniz. Əksinə deyirəm, icazə verməyin bugünkü dünyada olan bu dinamik və səmərəli reallıq çirkli məqsədlərlə sizə tanıtdırılsın. İcazə verməyin ikiüzlülər öz əlaltıları olan terrorçuları İslam nümayəndələri kimi sizə təqdim etsin. İslamı orijinal mənbələr vasitəsi ilə və birinci əldən öyrənin və tanıyın. İslamla Quran və böyük Peyğəmbərin (s) həyatı vasitəsi ilə tanış olun. Mən soruşmaq istəyirəm: İndiyə qədər birbaşa müsəlmanların Quranına baxıbsınızmı? İndiyədək İslam Peyğəmbəri (s)-nin mənəvi və insani təlimlərini mütaliə edibsinizmi? İndiyədək İslamın çağrışını və mesajını mətbuatdan başqa bir vasitələrdən izləyibsinizmi? İndiyədək heç özünüzdən soruşubsunuz ki, bu İslam necə və hansı dəyərlərə əsasən, əsrlər boyu dünyanın elmi və intellektual sivilizasiyasını inkişaf etdirib və ən böyük alim və mütəfəkkirləri tərbiyə edib?

Mən sizdən istəyirəm ki, siz alçaldıcı və zəif portretlərlə reallıq arasında emosional maneələr yaratmağa imkan verməyin və qərəzsiz qərar qəbuletmə imkanını sizdən almağa izn verməyin. Bu gün informasiya vasitələri milli sərhədləri aşdığı bir vaxtda, sizi süni və subyektiv sərhədlərdə məhdudlaşdırmağa imkan verməyin. Baxmayaraq ki, heç kəs fərd olaraq yaranmış boşluqları doldura bilməz, lakin sizin hər biriniz, özü və ətrafının maariflənməsi naminə həmin boşluqların üzərində ədalət və düşüncə körpüsü ola bilər. Siz gənclər və İslam arasında öncədən planlaşdırılmış bu problem təssüfdoğurucu və acıdır, lakin sizin həqiqət axtarışında olan zehnlərinizdə yeni suallar yarada bilər. Bu sualların cavabını tapmaq üçün çalışmağınıza, qarşınızda yeni həqiqətlərin kəşf edilməsinə fürsət yaradacaq. Buna görə də, İslamı düzgün başa düşmək üçün yaranmış bu fürsəti itirməyin. Ola bilsin ki, sizin həqiqət axtarışında məsuliyyətli davranışınız sayəsində, gələcək nəsillər bu dövrün Qərb və İslam arasındakı qarşılıqlı əməkdaşlığı ilə bağlı tarixini daha az utanc və daha rahat vicdanla yaza biləcəklər.” /

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
20 Yanvar 1990 -ci il(Qanlı Yanvar)
20 Yanvar 1990 -ci il(Qanlı Yanvar)
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Yeni ili bayram kimi qeyd eləməyin haram olub olmaması haqqında bir fətva varmı ?
Yeni ili bayram kimi qeyd eləməyin haram olub olmaması haqqında bir fətva varmı ?
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Ayətullah Behcət Ağanı tanıyaq
Ayətullah Behcət Ağanı tanıyaq
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayında əlamətdər günlər
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Nəhcül Bəlağə xütbə 3
Nəhcül Bəlağə xütbə 3
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMAZIN İNSAN ORQANİZMİNƏ TƏSİRİ
NAMAZIN İNSAN ORQANİZMİNƏ TƏSİRİ
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Quranda Təkəbbür, İblisin sifəti sayılır:
Quranda Təkəbbür, İblisin sifəti sayılır:
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Nəhcül Bəlağə xütbə-1
Nəhcül Bəlağə xütbə-1
Daha çox oxumaq istəyirsən? )))