Tövbə qapısı
Çox ibrətamiz bir rəvayətə qulaq verin!
Şeyx Səduq özünün "Əmali” kitabında Əbdür-Rəhman ibn Qənəm Dusidən nəql edir ki, Məaz ibn Cəbəl ağlar gözlə Peyğəmbər (s)-in yanına gəlib salam verdi. Həzrət salamın cavabını verəndən sonra soruşdu: "Nə üçün ağlayırsan?”
Məaz dedi: "Ya Rəsuləllah! Görkəmli və cavan bir oğlan qapı arxasındadır. O, övladı ölmüş ana kimi ağlayır və sizin hüzurunuza gəlmək istəyir”
Allahın Rəsulu (s) icazə verəndən sonra Məaz o cavanı evə dəvət etdi. Cavan, Peyğəmbərə (s) salam verdi. Həzrət salamın cavabını verib buyurdu: "Ey cavan! Nə üçün ağlayırsan?”
Cavan dedi: "Necə ağlamayım, halbuki elə günahlar etmişəm ki, əgər Allah-təala (c.c) onların biri ilə məni sorğu-suala tutsa, Cəhənnəmə gedəcəyəm! Elə bilirəm ki, tez bir zamanda Allah məni məhkum edəcək və heç vaxt bağışlamayacaq.”
Allahın Rəsulu (s) soruşdu: "Allaha şərikmi qoşursan?”
Cavan dedi: "Mən Allaha şərik qoşmaqdan pənah aparıram!”
Allahın Rəsulu (s) soruşdu: "Bir kəsimi öldürmüsən?”
Cavan dedi: "Xeyr!”
Allahın Rəsulu(s) buyurdu: "Əgər günahların uca dağlar qədər olsa da, Allah-təala bağışlayar.”
Cavan dedi: "Mənim günahım uca dağlardan da böyükdür.”
Allahın Rəsulu(s) buyurdu: "Əgər günahların yerdən və onun dənizlərindən, daşlarından, ağaclarından və ondakı məxluqlarından çox olsa da, Allah-təala bağışlayar.”
Cavan dedi: "Mənim günahım onların hamısından böyükdür.”
Allahın Rəsulu(s) qəzəblə buyurdu: "Vay olsun sənə, ey cavan! Günahların böyükdür, yoxsa Allahın?”
Cavan ağlaya-ağlaya üzünü torpağa qoyub dedi: "Allahım pakdır və heç nə ondan böyük deyil. Mənim Rəbbim hər şeydən böyükdür.”
Allahın Rəsulu(s) buyurdu: "Böyük günahı böyük Allahdan başqa kim bağışlaya bilər?”
Cavan dedi: "Allaha and olsun ki, heç kim, ey Allahın Rəsulu!”
Allahın Rəsulu(s) buyurdu: "Vay olsun sənə! Günahlarından birinin adını de görüm.”
Cavan dedi: "Mən yeddi il idi ki, qəbirləri qazır, ölülərin kəfənini çıxarıb satırdım. Nəhayət, Ənsar tayfasından bir qız dünyadan getdi. Onu basdırdılar və gecə mən qızın qəbri üstə gəldim. Qəbri qazdım və cənazəni çıxarıb kəfəni götürdüm. Qızı çılpaq edib qəbrə atdım. Qayıtmaq istəyirdim ki, birdən şeytan sorağıma gəldi. Çılpaq bədənlə nəfsimi üz-üzə qoydu. Şeytanın vəsvəsəsi mənə güc gəldi və nəfsimin qarşısını ala bilmədim, onu həmin vəziyyətdə qoyub qayıtdım. Bu zaman arxadan belə bir səs eşitdim: "Vay olsun sənə ey cavan! Qiyamət günüdən qorx! O gün hər ikimizlə hesab çəkəcəklər. Sən məni ölülər arasında çılpaq qoydun, məni qəbirdən çıxartdın; kəfənimi oğurladın... Vay olsun sənə, ey cavan!
Cavan bu sözlərdən sonra dedi: "Mən bu günahımla behiştə getməyimi güman etmirəm. (Ya Rəsuləllah!) İndi mənim barəmdə sizin nəzəriniz nədir?”
Burada Allahın Rəsulu (s) cavanın tövbə edib Allaha doğru qayıtması üçün bir söz buyurdu. Ondan sonra cavan Mədinə şəhərindən çıxıb tövbə məqsədilə ətrafdakı dağlara getməyi qərara aldı.
O, Allahın Rəsulunun (s) yanından çıxıb bazara getdi. Bazardan özü üçün azuqə hazırlayıb, Mədinənin ətrafındakı dağlardan birinə pənah apardı. Orada əyninə yun toxunmuş bir paltar geyindi, əllərini boynuna bağlayıb deyirdi: "İlahi! Mənim hacətim nə yerdə qaldı? əgər duamı qəbul edib günahımı bağışlayıbsansa, bunu Peyğəmbərinə vəhy et; əgər duamı qəbul etməyib günahımı bağışlamayıbsansa və məni cəzalandırmaq istəyirsənsə, onda bir od göndər ki, məni yandırsın, yaxud dünyada məni bir bəlaya düçar etsin ki, qiyamətin rüsvayçılığından canım qurtarsın.”
Bu zaman Allah-təala Peyğəmbər (s)-ə ayə nazil etdi:
"Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir.!1
(Allah-təalanın sözlərindən bunlar başa düşülür:
Bu ayə nazil olduqda, Peyğəmbər (s) gülər üzlə evdən çıxıb səhabələrinə buyurdu: "Kim məni tövbə edən cavanın yanına apara bilər?”
Məaz dedi: "Ya Rəsuləllah! Eşitmişəm ki, filan yerdədir.”
Peyğəmbər (s) səhabələrlə birlikdə yola düşdü. Onlar cavanın qaldığı dağa gedib, onu tapdılar və gördülər ki, o, iki daşın arasında durub əllərini boynuna bağlamış və qızmar isti onun üzünü qaraltmışdır. O, ağlaya-ağlaya Allaha deyirdi: "Ey mənim Mövlam! Məni gözəl xəlq etmisən. Kaş, mənim barəmdə nə iradə etdiyini biləydim; məni Öz odunla yandırmaq istəyirsən, yoxsa Öz pənahında yer vermək istəyirsən? İlahi! Sən mənə çox yaxşılıq etdin və çoxlu nemət verdin. Kaş, biləydim ki, məni behiştə aparacaqsan, yoxsa Cəhənnəmə? Kaş, biləydim ki, günahımı bağışlamısan, yoxsa qiyamətdə məni rüsvay edəcəksən?”
O, bu sözləri deyib ağlayır və başına torpaq tökürdü.
Allahın Rəsulu (s) irəli gedib, onun əllərini boynundan açdı və başındakı toz-torpağı təmizlədi. Sonra buyurdu: "Ey cavan! Sən Cəhənnəm odundan nicat tapdın.”
Daha sonra üzünü səhabələrinə tutub buyurdu: "Siz də bu cavan kimi günahlarınızı yuyun və tövbə edin. Allahın Rəsulu (s) o cavanın barəsində nazil olmuş ayəni ona söylədi və behişti müjdə verdi.
"Ali-İmran” surəsi, ayə: 135
www.ehlibeyt.info @SonUmidTv

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ
Bu ayə nazil olduqda, Peyğəmbər (s) gülər üzlə evdən çıxıb səhabələrinə buyurdu: "Kim məni tövbə edən cavanın yanına apara bilər?”
Məaz dedi: "Ya Rəsuləllah! Eşitmişəm ki, filan yerdədir.”
Peyğəmbər (s) səhabələrlə birlikdə yola düşdü. Onlar cavanın qaldığı dağa gedib, onu tapdılar və gördülər ki, o, iki daşın arasında durub əllərini boynuna bağlamış və qızmar isti onun üzünü qaraltmışdır. O, ağlaya-ağlaya Allaha deyirdi: "Ey mənim Mövlam! Məni gözəl xəlq etmisən. Kaş, mənim barəmdə nə iradə etdiyini biləydim; məni Öz odunla yandırmaq istəyirsən, yoxsa Öz pənahında yer vermək istəyirsən? İlahi! Sən mənə çox yaxşılıq etdin və çoxlu nemət verdin. Kaş, biləydim ki, məni behiştə aparacaqsan, yoxsa Cəhənnəmə? Kaş, biləydim ki, günahımı bağışlamısan, yoxsa qiyamətdə məni rüsvay edəcəksən?”
O, bu sözləri deyib ağlayır və başına torpaq tökürdü.
Allahın Rəsulu (s) irəli gedib, onun əllərini boynundan açdı və başındakı toz-torpağı təmizlədi. Sonra buyurdu: "Ey cavan! Sən Cəhənnəm odundan nicat tapdın.”
Daha sonra üzünü səhabələrinə tutub buyurdu: "Siz də bu cavan kimi günahlarınızı yuyun və tövbə edin. Allahın Rəsulu (s) o cavanın barəsində nazil olmuş ayəni ona söylədi və behişti müjdə verdi.
"Ali-İmran” surəsi, ayə: 135
Əmali”, Şeyx Səduq, səh.41
www.ehlibeyt.info
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın