Shia.az SonUmidTv media
sitename

YERSİZ QƏM

Zahid dedikdə heç də yoxsul insan nəzərdə tutulmur
YERSİZ QƏMBəzən dünyanı kölgəyə oxşadırlar. Dünyanın arxasınca getdikcə o qaçır. Amma ondan üz çevirən insanın ardınca gəlir. Əgər ətrafımızı diqqətlə nəzərdən keçirsək deyilənlərin həqiqət olduğunu görərik. Dəlicəsinə dünya ardınca qaçanlar daha böyük məhrumiyyətlərə və problemlərə düçar olurlar. Digər bir tərəfdən, dünyaya arxa çevirib axirət işləri ilə məşğul olanlar ac-susuz qalmır. Bəzən axirət aşiqləri dünya aşiqlərindən daha çox bəhrələnir. Bir sözlə, əsası dünyaya əsir olmamaqdır. İnsan Allah-təalanın ona yetirdiyi halal nemətlərdən istifadə etməli, bu nemətlərin şükrünü yerinə yetirməlidir. Nemətlər cüzi olduqda qəmlənməyə dəyməz. Həzrət Əmirəlmöminin (ə) buyurur: «Dünyada əlinizdən alınanlara görə qəmlənməyin.» Həzrətin uyğun buyuruğu bir Quran ayəsində xatırlanır: «Əlinizdən bir şey çıxanda qəmlənməyin, əlinizə bir şey düşəndə şadlanmayın.» ("Hədid", 23.) 
Rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə) zöhd haqqında soruşulduqda həzrət hazırkı ayəni oxudu. ("Biharul-ənvar", c.2, s.27, rəvayət 5, bab 9.) Rəvayətdən anlaşılır ki, zahid dedikdə heç də yoxsul insan nəzərdə tutulmur. Zahid o insandır ki, dünyaya əsir olmasın. Bəs dünyaya əsir olmamağın əlaməti nədir? Cavab budur ki, dünyaya əsir olmayan insan əlindən bir şey çıxdıqda nigaran olmur. O düşünür ki, nəyi varsa Allahın əmanətidir, bir müddətlik ona tapşırılıb və sonradan geri alınasıdır. 
Özünüz düşünün, bir şəxs verdiyi əmanəti geri alanda narahat oluruqmu? Həqiqi zahid o insandır ki, dünya malını Allahın əmanəti sayır. Ona görə də əlindən bir şey çıxanda qəmlənmir. Bəziləri az miqdar pul itirdikdə işlərini-güclərini atıb ev-eşiyi ələk-vələk edir, itirdiyini tapmağa çalışır. Adam da var ki, məsələn, üzüyünü və saatını itirdiyi üçün gecə yata bilmir. Bəli, bütün bunlar dünyaya əsirlik nişanəsidir. Həqiqi zahid bu sayaq əsarətlərdən azaddır və itkilər onun qəddini əymir. Əslində böyük miqdarda dünya malı əldə etdikdə də zahid insan şadlanmır. Çünki o əlinə düşənə əmanət kimi baxır. Bu səbəbdən də nə əldə etdikdə sevinir, nə də əlindən çıxdıqda qəmlənir!
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR
AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR
Dəstəmaz nurdur
Dəstəmaz nurdur
İNSAN ÖZ TƏBİBİDİR
İNSAN ÖZ TƏBİBİDİR
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Şeyx Ənsari və Şeytanın toru
Şeyx Ənsari və Şeytanın toru
Ruhumuzun, daxili tutumumuzun böyüməsi üçün nə edək?
Ruhumuzun, daxili tutumumuzun böyüməsi üçün nə edək?
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
ZÖHD "Zöhd"
ZÖHD "Zöhd"
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əhli-Beytə (ə) nə üçün ağlayaq?
Əhli-Beytə (ə) nə üçün ağlayaq?
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Kamil insan - İmam Əli (ə)
Kamil insan - İmam Əli (ə)
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))