Shia.az SonUmidTv media
» » » Şiələr tərəfindən bütün nüsxələri yandırılmış kitab
Русская версия сайта Русская версия сайта
sitename

Fəslul Xitab –şiələr tərəfindən bütün nüsxələri yandırılmış kitab
Son vaxtlar xalqımızın dini və milli dəyərlərinə qarşı xəyanətkar hücum başlamışdır.
Sapı özümüzdən olan bu xəyanətkarlar islam aləmini parçalamaq , onları zəyiflədib sərvətini qarət etmək istəyən hegemon quvələrin dəyirmanına su tökməyə sanki and içiblər.
Növruz bayaramı, Şah İsmail Xətayi kimi milli dəyərlərimizə hucum etmək az imiş kimi indi də xalqımızın ən həssas dini dəyərlərinə qarşı geniş miqyaslı qarayaxma kompaniyasına başlayiblar. Heç bir sərhəd gözləməyən bu düşmən maşaları indi də Qurani-kərimin etibarını sual altına aparmağa əl atdılar. Beləki, sosial şəbəkələrdə video roliklər hazırlayaraq Azərbaycan xalqının mütləq əksriyətinin dini mənsubiyyəti olan şiəliyə qarşı yalan və böhtanlar atırlar. Guya ki, şiələr Quranın təhrif olunduğuna inanırlar! 
Bəli, düz eşidiniz! Güya biz Quranın təhrif olunduğuna inanırmışıq! Təəccüblüdür, düzdür?! Məncə də təəccüblüdür! Çünki, indiyə qədər xalqımız belə bir şey eşitməyiblər. Əgər belə bir inancımız olsaydı, ən azı bunu böyüklərimizdən eşidərdik! Axı belə  bir şey mümkin deyil! Bizlər Quranın eynilə Hz.Peyğəmbərə (s) nazil olan Quran olduğuna inanmışıq. Qurana nə bircə hərf artırılıb, nə də ondan bircə hərf əskildilib! Bu bir mənalı olaraq belədir!
Amma xalqımızın düşmənləri bu çirkin iftiranı israrla bizə yaxırlar. Bunun bir iftira olduğunu onlar çox yaxşı bilirlər. Çünki, böyük şiə alimlərinin bu mövzudakı  (Quranın təhrifsizliyi ilə bağlı) göruşlərini bilirlər. (bu haqda bundan əvvəlki yazılarımıza muraciyyət edin) 
Əslində isə məqsədləri Quranın etibarını azaltmaq, övladlarımızı Qurana qarşı bədbin etmək, onları öz tərəfinə çəkməklə xarici ölkələrdə müharibələrə cəlb etməkdir. Biz bu yazımızda da onların iftralarından birini cavablandırarıq. Onlar həmin video rolikdə əsassız iddialarını “sübut etmək” üçün gətirdikləri “arqumentlərdən” biri şiə əxbari alimi “Müstdərəkül-vəsail” kitabının müəllifi Hacı Nurinin “Fəslul-xitab”əsəridir.
Bəli, mərhum Hacı Nuri əxbari olduğu üçün bəzi zəif hədislərə əsaslanaraq, bütov şiə məzhəbinin göruşünün əksinə gedərək belə bir kiçik traktad (risalə) yazmışdır. 
Amma, bundan xəbərdar olan şiələr həmin kitabın bütün nüsxələrini yandıraraq Hacı Nuriyə qarşı kəskin mövqe numaiş etdirir və onu tövbə etməyə vadar edirlər. Bundan sonra peşman olan Hacı Nuri səhvini düzəltmək üçün Quranın təhrifsizliyi ilə bağlı bir traktad yazır: “Fəslul-Xitab fi ədəmi təhrifi kitabı Rəbbil-ərbab” (Qurunın təhrifsizliyi ilə bağlı son söz) 
Bu haqda gniş məlumat əldə etmək istəyənlər Ağa Bozorg Tehraninin “Əz-zəriə” kitabına müraciət edə bilərlər.
Sual olunur: Əgər şiələr Quranın təhrifinə inanırdılarsa, niyə Hacı Nuriyə kəskin etiraz edib, onun yazdığı kitabı yandırdılar?!
Bu necə inacdır ki, bunu eşidəndə  çox narahat olub, onu qələmə alan Hacı Nurini tövbə etməyə vadar edirlər?! 
Qeyd: Hacı Nuri yazdığı “Fəslul-xitab” əsərində Quranın Təhrfi ilə bağlı gətirdiyi 12 rəvayətin cəmi iksi şiə kitablarından idi, qalan on rəvayət isə Əhli-sünnə kitablarından idi! Bu haqda geniş məlumat əldə etmək üçün Huseyn Cavan Arəstənin dilmizə tərcümə olunan “Quran elmləri” əsərinə müraciət edə bilərsiniz
Ardı var...
Hacı Samir Ağayev
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))