Shia.az SonUmidTv media
sitename

ƏHLİ-HƏDİS (2)

E᾿TİQADİ ÜSULLARI (1)

 

 

Qəza vəqədər barəsindəəhli-hədisinəqidəsi nədir?

1.Əhli-hədislədigər İslamifirqələr arasındaolan fərqlərnədən ibarətdir?

2.Əhli-hədisqəza-qədərməsələsində cəbrəinanırlar, yoxsaixtiyara?

 

 

Keçən dərsdə əhli-hədis firqəsi, eləcə dəonların mühüm əqidə mənbələri ilə qısaşəkildə tanış olduq. Bu vəgələn dərsdə onlarla digər firqələr arasında müşahidəolunmayan xüsusi prinsipləraraşdırılacaq. Əhli-hədisinqeyd olunan əqidələrindən bə᾿ziləriaşağıdakılardan ibarətdir:

1.Qəzavə qədər;

2.Xəbərisifətlər;

3.Səhabələrinədaləti;

4.Xəlifələrinxilafətinə iman;

5.Hakiməitaət.

1.ƏHLİ-HƏDİS NÖQTEYİ-NƏZƏRİNDƏN QƏZA VƏ QƏDƏR MƏSƏLƏSİ

Qəza və qədər məsələsi kəlam alimləriarasında həmişə münaqişəvə mübahisəyə səbəb olanmühüm və həssas bəhslərdəndir ki, bubarədə müxtəlif nəzərlər irəlisürülmüşdür.

İlahi qəza və qədər məsələsi əhli-hədistərəfindən (sonralar daəş᾿ərilərtərəfindən) mütləq məcburiyyətşəklində bəyan vətə᾿rifedilmişdir.

Əhməd ibni Hənbəl «Əs-sünnə»kitabında belə deyir:

Qədər barəsində - onun xeyirvə şər olması, azlığı vəçoxluğu, aşkarlığı vəgizlin olması, şirinliyi vəacılığı, sevilməsi vəxoşagəlməz olması, yaxşısıvə pisi, əvvəli vəaxırı - olan mülahizələrinhamısı Allah tərəfindəndir. Öz qəzasınıbəndələrinə hökm edənməhz Allah-taaladır və onlarilahi təqdirdən kənara çıxabilməzlər; onlar müəyyənolunmuş yolla hərəkət edir və müqəddər olunmuş əsasdaqərar tuturlar. Bu daAllahın ədalətidir. Zina vəoğurluq, şərabxorluq, başqalarını(nahaq yerə) öldürmək, harammal yemək, Allaha şərikqoşmaq, bütün günahvə üsyankarlıqlar ilahi qəzavə qədər əsasındadır. Bu barədəbəndələrin Allaha qarşıheç bir höccəti də yoxdur, əksinə bəndələrinəyetərli höccəti olan məhz Allahdır. «Allah gördüyüişlər barədə sorğu-sual olunmaz; onlar (bütünbəndələr) isə (tutduqlarıəməllərə görə) sorğu-sualediləcəklər.[1]

Allahın elmi Onun istək və iradəsi əsasında olub, Özbəndələrinə hakimdir. Allah-taalaİblisin günahına və həmçininonun zamanından qiyamətədək yaşayacaqhər bir şəxsin etdiyi mə᾿siyətəagahdır və onları bu iş üçün yaratmışdır. Həmçinin itaətəhlinin itaətinə də agahdırvə bunları da itaət üçün xəlq etmişdir. Deməli, hərbir varlıq (əvvəldə) nəüçün xəlq edilmişsə, məhz həminəsasda da yaşayıb, Allahın onlarüçün iradə etdiyi yolla hərəkət edəcəklər və heçbir kəs ilahi təqdiri dəf edə bilməz.

Hər kəs Allahın günahkar bəndələr üçünxeyir arzuladığını, lakin onlarınözlərini pisliyə vəgünaha batıraraq nəfsani istəklərinəəməl etdiyini güman etsə,bəndələrin iradəsinin Allah-taalanıniradəsinə qalib gəldiyinitəsəvvür edirlər. Allahaqarşı bundan da böyük iftira ola bilərmi?!

Hər kəs zinanın ilahi təqdir əsasında olmadığını gümanetsə, ona deməklazımdır ki: «Görmürsənki,bu qadın zinadan hamilə olub və uşaq doğmuşdur? Məgər buuşağın doğulması Allahın istəyiilə olmayıb və görəsən o,Allahın elmindən kənarda başverib?» Əgər cavabmənfi olarsa, onda həminşəxs Allahdan başqa biryaradanın olmasını gümanetmiş olar ki,bu da öz növbəsində aşkar şirkdir.

Oğurluq, şərab içmək,haram mal yemək və bu kimi digər işlərin ilahi qəza əsasında olmadığını gümanedən şəxslər, başqasının ruzisiniyeməyə qadir olduğunu güman etmişolur və bu da məcusların əqidəsidir. Əksinə,ona ruzi verən məhz Allahdır və ilahiqəza belə olmuşdur ki, buşəxs ruzisini həmin yollaəldə etsin.

Hər kəs qətli-nəfsin, yə᾿nibaşqasını nahaq yerəöldürməyin ilahi təqdirəsasında olmadığını gümanetsə, öldürülən şəxsinöz əcəli ilə ölmədiyini güman etmişolur. Bundan daaşkar bir küfr ola bilərmi? Əlbəttə bu,ilahi qəza və qədər əsasındadır, bütün işlərAllahın təqdiri və iradəsi ilədir, Allahın elmibunların hər birininarxasındadır. Bu daədalət və haqdır, çünki O,iradə etdiyi hər bir şeyə qadirdir. Hər kəsAllahın elmini qəbul etsə, Onun iradəvə qüdrətini də hökməniqrar etməlidir.»

Əbul Həsən Əş᾿əridə İbanə kitabının 15-19-cu bəndlərindəbelə deyir:

15.Bizinanırıq ki, yerüzündə olan hər bir xeyir və şəri Allah istəmişdir, hər birşey Onun iradəsi ilədir, Allah iradəetməzdən öncə, heçbir şəxsin heç bir işə qüdrəti yoxdur.

16.BizAllahdan ehtiyacsız deyilikvə Onun elmindən xaric olabilmərik.

17.Bizinanırıq ki, Allahdanbaşqa heç bir yaradan yoxdur, bəndələrin əməlləridə Allahın məxluqudur və Onuntəqdiri əsasındadır. Belə ki,Allah-taala buyurur: «Halbuki sizidə,sizin düzəltdiklərinizi də Allahyaratmışdır!»[2]Allahın bəndələrindən heç biri heç vaxt bir şey xəlq etməyə qadir deyildir və onun özü də Allahın məxluqudur. Həmçininbuyurur: «Müşriklərin Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri ( daşdan, ağacdan və s.-dən) yaradılmışlar.[3] Başqa yerdə buyurur: «Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?![4] Həmçinin digər bir yerdə buyurur: «Yoxsa onlar heç bir şeydən yarandılar?![5] Bu mə᾿na Allahın kitabında daha çox nəzərə çarpır.

18.Allah-taalamö᾿minlərə,Ona itaət etməkdə müvəffəqiyyət vermiş, onlaralütf və mərhəmət əta etmiş,onları islah və hidayət etmişdir. Kafirləri yoldanazdırmış, onlara hidayətolunmaq və iman gətirmək ne᾿mətiqismət etməmişdir. (Halbuki, bə᾿ziləriazğınlıq üzündən bununəksini güman etmişlər.) Əgər onlaralütf və mərhəmət etsəydi, onlarda saleh insanlar olardılar, əgərhidayət etsəydi, düz yoldaolardılar. Necə ki,buyurur: «Allahın doğruyola yönəltdiyi şəxs doğruyolda olan, (haqq yoldan)azdırdığı şəxslər isəziyana uğrayanlardır![6]

Allah kafirləri islah etməyə,mö᾿minolsunlar deyə, onlaramərhəmət etməyə qadirdir,lakin Öz elmi əsasında bunların kafirolmasını iradə etmişdir.Buna görə də onları xar edərək qəlblərinə möhür vurmuşdur.

19.Xeyirvə şər ilahi qəza və qədərdir, biz dəqəza və qədərə iman gətirmişik, istər xeyirolsun, istərsə şər,istər şirin olsun, istərsə acı.Bunu da bilirik ki,bizə çatmayan şeylər müqəddərolunmamışdır. Bizə çatanşeylərin də bizdəndəf olunması qeyri-mümkündür.Bəndələr, Allah istəməyincə,özləri üçün heç bir fayda və ziyana malik deyillər. Necə ki,buyurur: «De ki:Mən Allahın istədiyindən başqa özümənə bir xeyir, nə dəbir zərər verə bilərəm.»[7]Biz bütün işlərdə Allaha pənah aparırıq. Hər birhalda öz ehtiyac və fəqirliyimizi Ona təqdimedirik.

TƏNQİD VƏ ARAŞDIRMALAR

Əhməd ibni Hənbəl və Əbul Həsən Əş᾿ərininnəzərindən belə nəticəalınır ki:

1.Əhli-hədisqəza və qədər barəsində istinad etdikləriayələrin zahiri mə᾿nalarıilə kifayətlənmiş, onların tə᾿vil,yozum və təfsirindən imtina etmişlər.

2.İlahiqəza və qədərə e᾿tiqadbəsləməyi cəbrə e᾿tiqadbəsləməklə bərabər bilmiş,qəza və qədər barəsində hər növbaşqa təfsir və tə᾿rifiinkar etmişdir.

3.İlahiqəza və qədərə e᾿tiqadıözlərinin şəxsi fikirlərivə tə᾿rifləriəsasında götürərək, bunutövhid e᾿tiqadınınnəticəsi, onu inkaretməyi isə küfr hesab etmişlər.

4.İnsanüçün ixtiyari işləri qəbuletməyi Allahın iradəsinə dəxalət, xilqətvə yaranışda şəriklik kimicilvələndirmişlər.

5.Allahınelmini ilahi qəza və qədərin mənşəyi hesab etmişlər. Buna görədə insanın ixtiyari fe᾿llərininmümkünlüyünü Allahın elmiilə təzadlı hesab edib, onu rəddetmişlər.

Əhli-hədisin nəzərlərinə tutulan iradvə tənqidlər aşağıdakılardır:

1.Əgərayə və rəvayətlərin zahiri mə᾿nasınaəməl olunmalıdırsa, onda gərəkinsanın xeyir və şər əməllərini onların özlərinənisbət verən ayələrə də iman gətirmək lazımdır. Beləki,Allah-taala buyurur: «Biz onahaqq yolu göstərdik. İstər (ne᾿mətlərimizə)minnətdar olsun, istərnankor.»[8]Başqa bir yerdə buyurur: «(Ya Məhəmməd!)De ki:Ey insanlar! Artıq Rəbbininzdənsizə haqq (Qur᾿anvə peyğəmbər) gəlmişdir. Doğruyolu tutan özünə savab, doğru yoldanazan isə günah qazanar. Mən sizəzamin deyiləm!»[9]Digər bir ayədə buyurur: «Kim yaxşıbir iş görsə, xeyri özünə,kim də bir pislik etsə, zərəri özünəolar![10]Yaxud belə buyurur:«Rəbbinizdən sizəaşkar dəlillər gəlmişdir. Kim(onları) görsə, lehinə,kim görməsə, əleyhinədir.Mənsizə nəzarətçi deyiləm.»[11]Həmçinin buyurur:«Yaxşılıqda etsəniz, özünüzə etmişolursunuz, pislik də!»[12]

2.Əgərmö᾿minlərinimanı, kafirlərin küfrüilahi qəza və qədər əsasında olsaydı, peyğəmbərləringöndərilməsi və asimanikitabların nazil edilməsiəbəs və yersiz bir iş olardı. Halbuki, Qur᾿anbunların camaatın hidayəti,tə᾿limivə ruhlarının paklanması üçüngöndərildiyini aşkar şəkildəqeyd edir.

3.Əgərzina, oğurluq, haramyemək və bir sözlə, bütün yaramazişlərə mürtəkib olmaq ilahiqəza və qədər əsasındadırsa, onda çirkinişlərin Allaha nisbət verilməsi mütəal Allahınzatına yaxılan iftira olacaqdır. Halbuki, Allah-taalaözü pis işlərə əmr etməyi qadağan edərək buyurur: «De ki:Allah ədəbsizliyə (yaramaz işlərə)əmr etməz. Allaha qarşıbilmədiyiniz şeyimi danışırsınız![13]

4.İlahielm qəza və qədərin mənşəyidir. Amma insanınixtiyarı ilahi elmləzidd deyildir. Çünki insanınixtiyarı da ilahitəqdir və istək əsasındadır və ilahielm bir şeyə aid olanda onun müqəddimə və şərtlərinədə aid olur. Buna əsasən,ilahi elmin insanın ixtiyari fe᾿llərinəaid olması onun ixtiyari sifəti iləyanaşı olur. «Allah filanxeyir işin, ya şərişin filankəs tərəfindən başverəcəyini bilir» deməyimizinmə᾿nasıbudur ki,Allah o şəxsin həmin işi öz istək və iradəsi ilə yerinə yetirəcəyini bilir.

5.ƏgərAllah-taalanın Öz iradəvə istəyi ilə insana ixtiyar verməsinə inansaq, ondainsanın ixtiyari işlərinə e᾿tiqadbəsləmək nə tövhidlə,nə də ilahi iradə ilə zidd olmaz.

 

 

 

 

 

 

 

 

 

 

SUALLAR VƏ TAPŞIRIQLAR

1.Əhmədibni Hənbəlin qəza vəqədər haqqındakı nəzərini bəyanedin?

2.ƏbulHəsən Əş᾿əriqəza və qədər haqda nə deyir?

3.Əhli-hədisinqəza və qədər barəsindəki nəzəriyyəsinə tutulaniradlar nədən ibarətdir?

4.Dərsdəistifadə olunan ayələrintərcüməsini bir yerətoplayıb əzbərləyin vəonların əsasında Qur᾿anınqəza və qədər barəsindəki nəzərini bəyanedin.

5.Əqaiddərslərində öyrəndiyiniz ixtiyarvə cəbr bəhslərinə istinad etməklə,əhli-hədisin nəzərini araşdırın.



[1] Ənbiya-23.

[2] Saffat-96.

[3] Nəhl-20.

[4] Nəhl-17.

[5] Tur-35.

[6] Ə᾿raf-178.

[7] Ə᾿raf-188.

[8] İnsan-3.

[9] Yunus-108.

[10] Casiyə-15.

[11] Ən᾿am-104.

[12] İsra-7.

[13] Ə᾿raf-28.

 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))