Shia.az SonUmidTv media
sitename

ŞİƏNİN TARİXİ

 

Şiə məzhəbinin tarixinə keçid almamışdan əvvəl şiə sözünün mənasını araşdırmağımız çox faydalı olardı:

Şiə sözünün lüğəti və istilahi mənası

"Şiə"sözü lüğətdə "müşayiət etmək, yəni ardınca getmək, kimə isə kömək etmək və kimin isə rəhbərliyində olmaq” deməkdir. ( Sihahul-luğət c.3, səh.156, Tacul-Ərus "şəyəə” maddəsi, Lisanul-Ərəb "şəyəə” maddəsi)

"Şiə”sözü Qurani-Kərimdə iki mənada işlənmişdir:

1.İki nəfərin yaxud iki qrupun, biri digərinə tabe olmadan, eyni idiologiyada ya əməldə bir-biri ilə müvafiq olması. Qurani-Kərim Hz. İbrahimi(ə) Hz. Nuhun(ə)şiəsikimi tanıtdirmışdir: " (Nuhun) şiələrindən biri də İbrahim idi”.(Saffat sur.83)

Halbu ki, Hz. İbrahim(ə) müstəqil şəriəti olan peyğəmbərlərdəndir (ulul-əzm), Hz. Nuhun(ə) şəriətinə tabe deyildir. Amma o, tövhid idiologiyasında Hz. Nuhla eyni məsləkda olduğu üçün Nuhun şiəsi adlanmışdır.

2.Tabeçilik və kimin isə rəhbərliyi altında olmaq. "Kişinin şiəsi dedikdə, onun tabeçiləri və köməkçiləri nəzərdə tutulur” (Qamusul-muhit, "şəyəə” maddəsi). Bu tabeçilik adətən məhəbbət və dostluqla birgə olur. Qurani- Kərim, Musa peyğəmbərin(ə) həvadarlarından birinin, bir fironçu ilə mübahisə etdiyi zaman Musa peyğəmbəri(ə) köməyə çağırdığını bu cür vəsf edir: " Musanınşiəsionu köməyə çağırdı...” (Qəsəs sur.15)

Yuxarıda deyilən mənaların ən məşhuru ikinci mənadır, yəni kimə isə tabe olub, onun rəhbərliyi altında olmaq.

Şiəistilahda isə "imamət” məqamını ilahi bir seçim bilib, imamın Allah Təala tərəfindən seçilməsinə inanlara deyilir. Belə ki, Onların inancına görə Hz. Rəsulullah(s), əvvəlki peyğəmbərlərin etdiyi kimi, Allah Təalanın bu dəyişməz qanununa tabe olub, özündən sonra gələn imamları ümmətə tanıtdırmışdır. Onların birincisi Əli ibn Əbu Talib (ə), axırıncısı İmam Mehdi (ə) dir. Onlar Hz. Rəsulullahdan (s) sonra xalqın dini qaynağı və rəhbərləridir. ( Defaa əz təşəyyo və pasox be şobəhat, səh.13, Əli Əsğər Rezvani)

ŞİƏ MƏFHUMU ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN DİLİNDƏN

Əhli-Sünnə tarixçiləri, təhqiqatçıları "şiə” adını qeydsiz-şərtsiz olaraq "12 imamçı” şiələrə aid etmişlər. Onların bəzilərini nümunə olaraq göstəririk:

1.Şəhristani:"Şiələr, xüsusi ilə Əliyə tabe olub, onun imamət və xilafətini Allahın(c.c) seçimi və Peyğəmbərin(s) vəsiyyəti ilə olduğuna inananlardır.” (Əl-Miləl vən-Nihəl c.1, s.107)

2.İbn Xəldun:"Şiə lüğətdə yoldaşlıq etmək və tabe olmaq deməkdir. Xələf və sələf(indiki və keçmiş) fəqihlərinin, mütəkəllimlərinin nəzərində isə Əli və onun övladlarının tabelərinə deyilir”(İbn Xəldunun "Müqəddiməsi” səh.138)

3.Mir Seyyid Şərif Curcani:"Şiə Əliyə tabe olub, onun Rəsulullahdan(s) sonra imam olduğuna və habelə, imamətin yalnız ona və övladlarına məxsus olduğuna inananlardır.” (Kitabut-Tərifat səh.57)

4.İbn Əsir:"Bu ad (şiə) o qədər, Əli(r) və Əhlibeytinin vilayətini iddia edənlərə aid edilmişdir ki, artıq onların xüsusi adına çevrilmişdir. "Filankəs şiədir” deyildikdə, bilinir ki, onlardandır” (Ən-Nihayətu fi ğəribil-Hədis c.2, s.519-520)

Bu siyahiya Muhəmməd Fərid Vəcdi(Dairətul-Məarif c.5, s.242), Firuzabadi(Əl-Qamusul-Muhit, şəyəə maddəsi), İbn Həsən Əşəri( Məqalatul-İslamiyyiin, səh.65), Petros Bəstani(Dairətul-Məarif, c.10, s.661) və s. ni artırmaq olar.

 

ŞİƏ MƏZHƏBİNİN BANİSİ KİMDİR VƏ BU MƏZHƏB NƏ VAXT YARANMIŞDIR?

Şiə məzhəbinin yaranma tarixi barəsində tarixçilər müxtəlif nəzərlər irəli sürmüşlər:

1.Şiəlik Hz. Peyğəmbər(s)in öz həyatı dövründə yaranmışdir

12 imamçı şiələrin etiqadına əsasən şiəliyin ilk toxumlarını Allah Təala Qurani-Kərimdə səpmiş, Rəsuli-Əkrəm (s) də öz dəvəti dövründə onu suvararaq becərmişdir. Bu pak ağac elə Rəsulullahın (s) dövründəcə bəhrəsini verərək bir qrup kəramətli səhabə şiə adı ilə tanınmışdır. Səlman Farsi, Əbuzər Ğifari, Miqdad ibn Əsvəd, Əmmar ibn Yasir və başqalarını buna misal gətirmək olar.

2.Şiəlik "Səqifə” hadisəsi ərəfəsində yaranmışdır

Bəzi Əhli-Sünnə tarixçilərinin nəzərinə görə "Səqifə”də Əbubəkr xəlifə seçilərkən, bir qrup adamın, ona beyət etməyib Hz.Əlinin(ə) ardınca getməsilə şiəlik yaranmışdır. Bu nəzəriyyəni dəstəkləyənlər: İbn Xəldun(Tarix c.3, s.364), Dr. Həsən İbrahim Həsən(Tarixul-İslam c.1, s. 371), Əhməd Əmin Misri(Fəcrul-İslam s.266), Muhəmməd Abdullah Ənnan(Tarixul-Cəmiyyatus-Səriyyə s.26) və məşhur şərqşünas Cold Teshir(Əl-Əqidə vəş-Şəriə fil-İslam s.174).

3. Şiəlik Osmanın qətli ərəfəsində yaranmışdır

Bir qrup sünni tarixçilərinin görüşünə əsasən, xalq, Osmanın evinə hücum çəkib, onu öldürməklə şiəlik yaranmışdır. Bu nəzəriyyəni dəstəkləyənlər: İbn Həzm Əndəlusi(əl-Fisəl c.2, s.78), dr. Əli Sami ən-Nəşşar(Nəşətul-Fikril-İslamiyyi Fil- İslam c.2, s.78). Şərqşünaslardan isə Filhavezndir(əl-Xəvaric vəş-Şiə s.146)

4. Şiəlik İmam Hüseynin(ə) şəhadətindən sonra yaranmışdır. Dr. Kamil Mustafa Şəbibi bu nəzəriyyəni dəsdəkləyir. (Əs-Sila beynə ət-təsəvvufi vət-təşəyyui, səh.23)

5. Şiəlik iranlılar tərəfindən yaradılmışdır. Şərqşünaslardan Duzi(Tarixul-Məzahibil-İslamiyyə, c.1, s.41), Fan Fluten(həmin mənbə), Braven(Fəcrul-İslam səh.111), əhli-sünnətdən isə Əhməd Əmin Misri(həmin mənbə) və Əhməd Ətiyyətullah(Əl-Qamusul-İslamiyy c.3, s.222) bu görüşdədirlər.

6. Şiəlik Abdullah ibn Səba tərəfindən yaradılmışdır. Bir qrupun görüşünə görə şiəlik Osmanın dövründə müsəlman olmuş Abdullah ibn Səba tərəfindən yaradılmışdır. Bunu dəsdəkləyənlər dr. Əli Sami Ən-Nəşşar(Nəşətul- Fikril-Fəlsəfiyyi fil-İslam səh.18), Seyid Muhəmməd Rəşid Rza(Əs-Sunnə vəş-Şiə səh.604), Şeyx Muhəmməd Əbu Zəhrə(ƏlMəzahibul-İslamiyyə səh.64) və Əbulhəsən Məlti(Ət-Tənbih vər-Rədd əla Əhlil-Əhva vəl-Bidəa səh.25) dir.

Biz burada birinci nəzəriyyəni sübuta yetirər və yaradılmış digər şübhələri cavablandiracağıq.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Betul
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))