Shia.az SonUmidTv media
sitename

Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!

Əbu Həmzə Somali zalım hökumətin elə bir çətin dövründə şəhidlər sərvəri həzrət Hüseyn ibn Əlinin (ə) məzarını ziyarət etmək qərarına gəlir
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!Ayətullah əl-üzma Vəhid Xorasani, Əbu Həmzə Somalinin İmam Hüseynin (ə) məzarını ziyarət etməyə getməsi haqqında bir hədis nəql edir:
Əbu Həmzə Somali zalım hökumətin elə bir çətin dövründə şəhidlər sərvəri həzrət Hüseyn ibn Əlinin (ə) məzarını ziyarət etmək qərarına gəlir. İmam Səccadın (ə) dövründə hökumət şiələrə çox təzyiq edirdi. Ona görə də belə bir səfərə çıxmaq çox qorxulu idi. Əbu Həmzə yola düşür, gecələr yol gedir, gündüzlər isə Bəni Üməyyə hökumətinin məmurları onu görməsin deyə çökəkliklərdə gizlənir. Nəhayət, belə bir çətinliklə özünü İmam Hüseynin (ə) müqəddəs hərəminin yaxınlığına çatdırır. Hərəmə çatmasına çox sevinir və fikirləşir ki, bu gecə gedib həzrəti ziyarət edərəm. 
Əbu Həmzə ziyarətə getməyə hazırlaşırdı ki, birdən çox nurani bir sima onun qarşısında dayanaraq dedi: "Ey Əbu Həmzə! Bu gecə hərəmə daxil olmaq iznin yoxdur”. Əbu Həmzə dedi: "Mən bu qədər çətin və təhlükəli yolu bu hərəmin eşqi ilə gəlmişəm. Sən də Bəni Üməyyə hökumətinin məmurlarına oxşamırsan. Nə üçün mən bu gecə ziyarətə nail olmamalıyam?” Ancaq o nurani sima başqa cavab vermədi və yenə əvvəlki sözünü təkrar edib dedi: "Əbu Həmzə bu gecə hərəmə daxil olmaq iznin yoxdur”. Əbu Həmzə ikinci dəfə təkid etdi. Əbu Həmzə Somali çox böyük şəxsiyyətlərdən və dördüncü imamın yaxın səhabələrindəndir. O, "Əbu Həmzə Somali” duasının sahibidir. Çöx yüksək bir mənəvi məqama malikdir. 
Əbu Həmzə üçüncü dəfə təkid edəndə o nurani sima dedi: "Ey Əbu Həmzə! Sənin Allah dərgahında məqamın olduğu üçün məni görə bildin və mən sənin gözünə göründüm ki, bu mözunu sənə deyim: Mən o dörd min mələkdən (1) biriyəm ki, Hüseynin (ə) qəriblik fəryadı ucalanda ona kömək üçün özümüzü bu yerə çatdırdıq. Ancaq biz çatanda artıq Hüseynin (ə) müqəddəs başını nizəyə vurmuşdular. Bu hadisəni görəndə Rəbbimizdən istədik ki, bizi bir də yuxarı aləmə qaytarmasın. 
Bu gün bizə əmr edilmişdir ki, ins və cindən heç kimə hərəmə daxil olmaq üçün icazə verməyək”.
Əbu Həmzə soruşdu: "Bunun səbəbi nədir?”
O dedi: "Bizim xəbərimiz yoxdur. Ancaq bu qədər bilirik ki, Kəlimullah, Musa ibn İmran (ə) bir müddət idi ki, Allahdan bir hacət istəmişdi. Ona icazə verilmişdir ki, bu gecə Hüseyn ibn Əlinin (ə) məzarının yanına gələrək dua etsin və hacəti qəbul olsun”.
1. İmam Sadiq (ə) buyurur: "İmam Hüseynin (ə) qəbrinin yanında dörd min mələk saçları dağılmış, üst-başları tozlu, pərişan və hüzünlü halda Qiyamət gününədək ağlayırlar. Onların başçısı olan mələkin adı Mənsurdur. Bu mələklər İmam Hüseyni (ə) ziyarət edənləri qarşılayır, onunla vidalaşanları yola salır, xəstələnənlərinə baş çəkir, vəfat edənləri üçün dua edir və cənazə namazı qılır, ölümündən sonra onlar üçün bağışlanma diləyirlər”.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ziyarət haqqında tövsiyələr - Ayətullah Məkarim Şirazi
Ziyarət haqqında tövsiyələr - Ayətullah Məkarim Şirazi
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Rüqəyyənin (ə) şəhadəti
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
HƏRƏMİN ASTANASINDA
HƏRƏMİN ASTANASINDA
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSİ
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSİ
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Hacı İlkin Quran təlimi Həmzə və Təmərbutə hərflərinin izahı ( Ərəb dili ) yeni
Hacı İlkin Quran təlimi Həmzə və Təmərbutə hərflərinin izahı ( Ərəb dili ) yeni
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Gecə namazı
Gecə namazı
Hacı Əhliman Təqvaya doğru Əbu Həmzə somali duasi 12
Hacı Əhliman Təqvaya doğru Əbu Həmzə somali duasi 12
Hacı Əhliman Təqvaya  doğru (Əbu Həmzə somali duası 11)
Hacı Əhliman Təqvaya doğru (Əbu Həmzə somali duası 11)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Hacı Əhliman Təqvaya  doğru (Əbu Həmzə somali duası) 3
Hacı Əhliman Təqvaya doğru (Əbu Həmzə somali duası) 3
"Bəqərə" surəsinin fəziləti
"Bəqərə" surəsinin fəziləti
“Fatihətul-kitab” surəsi
“Fatihətul-kitab” surəsi
Daha çox oxumaq istəyirsən? )))