Shia.az SonUmidTv media
sitename

 

BEHİŞTİN QİYMƏTİ VAR!
İmam Əli (ə) ondan öyüd-nəsihət istəyən şəxsə belə buyurmuşdur:
لا تَكُنْ مِمَّنْ يَرْجُوا الْآخِرَةَ بِغَيْرِ الْعَمَلِ، وَ يُرَجِّي التَّوْبَةَ بِطُولِ الْامَلِ، يَقُولُ فِى الدُّنْيا بِقَوْلِ الزَّاهِدينَ وَ يَعْمَلُ فِيها بِعَمَلِ الرَّاغِبينَ؛
"Əməlsiz (ibadət və bəndəliyi olmadan) axirətə ümid bəsləyənlərdən və uzun-uzadı arzu ilə tövbəni təxirə salardan olma! Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə (dünyanı) istəyənlərin əməlidir.”

Şərh və təfsir
Doğrudan da, imam Əlinin (ə) kəlamları möcüzədir və bu hədis isə onların ən parlaq nümunəsidir. Bu hədisdə fərd və cəmiyyətin dünya və axirət səadətinə səbəb olan üç mühüm göstəriş verilmişdir:
1. Behiştin qiyməti var; əməlsiz danışıq insana nicat verə bilməz. Yalnız dinə, imamətə və din rəhbərlərinə eşq-məhəbbət iddiası bizim çətinliklərimizin düyününü açmayacaq və əməlsiz dil lağlağısı ilə axirət səadətini qazanmaq qeyri-mümkündür.
Əhli-beytin (ə) vilayəti və onları sevmək iddiası yaxşı və saleh əməllər məcmuəsi ilə yanaşı olduqda faydalıdır. Bu zaman əgər səhv və xətalara düşmüş olsaq da, vilayət və şəfaət onları aradan qaldıracaq. Yeri gəlmişkən, buradan belə qənaətə gəlmək olar ki, əməl dəftərinə yaxşı və saleh əməli olmayan, lakin Peyğəmbər (s) Əhli-beytinə məhəbbət iddiası edənlər necə də yanılırlar?!
2. Tövbə və Allaha qayıdış tükənməz arzularla uzlaşmır. Məxsusən, insan öz gələcəyi barədə heç bir məlumatı yoxdur və haçan öləcəyindən xəbərsizdir. Bir an sonra yaşayacağı və ya öləcəyini bilməyən insan necə uzun arzulara qapılır?! Uzun arzularla qovrulan insan necə tövbə edə bilər?! Əcəl – xəbərdarlıq siqnalı və bu dərdin sağalması üçün mühüm bir dərmandır. Həzrət Süleymanın (ə) əcəli çatdıqda, hətta ona oturmaq imkanı verilmədi və ayaqüstə ruhu Allaha tapşırıldı. Demək, əlçatmaz arzularla tövbəni təxirə salmamalıyıq.
3. İmam Əlinin (ə) üçüncü nəsihəti budur: "Sözü ilə əməli arasında fərq olan insanlardan olma! Bəziləri dünya haqqında elə sözlər deyirlər ki, sanki dünyanı tərk etmiş və zahidlik yolunu tutmuşdur. Əməl məqamında isə, tamamilə dünyaya bağlanmışlar. Çalış ki, sözünlə əməlin bir olsun. Vay olsun Əlinin (ə) eşqindən dəm vuran, amma əməli Müaviyə və onun kimilərin əməllərindən fərqlənməyən kəslərin halına! Vay olsun mənəviyyat, ruhaniyyət və allahpərəstlikdən söz açan, amma maddiyyat və dünya zinətlərində qərq olan kəslərin halına!
Dünyaya bağlananlar kimlərdir? O kəslərdir ki, iki yolayrıcında Allaha arxa, dünyaya isə üz çevirirlər.
İki yolayrıcında duran insanlar üç qrupa bölünürlər:
Birinci qrup qeyd-şərtsiz dünya yolunu seçən və Allaha arxa çevirən, ikinci qrup birinci qrupa əks rəftar edən və axirət yolunu seçən, üçüncü qrup isə şəkk-şübhəyə qapılan və sərgərdan qalanlardır. Sonuncu qrupa şəhidlər sərvəri imam Hüseynin (ə) şəhadəti müqabilində Rey şəhərinin hakimliyini arzu edən, həm də sağlamlıq evi olan behişti arzulayan Ömər ibn Sədi, başqa sözlə, əql ilə "əmmarə nəfsi”nin (pis işlərə əmr edən nəfs) mübarizəsində əqli məğlub olanları misal göstərmək olar! Biz də özümü bu ölçü ilə yoxlamalı və hansı qrupdan olmağımızı aydınlaşdırmalıyıq.

 


Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi 


www.ehlibeyt.info

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Altı cümlədə toplanmış öyüd
Altı cümlədə toplanmış öyüd
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Kamil insan - İmam Əli (ə)
Kamil insan - İmam Əli (ə)
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Gecə namazı
Gecə namazı
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))