Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Bir dəstə Xorasan əhli İmam Cəfər Sadiqin (ə) xidmətinə gəlirlər və Həzrət (ə) onların sualını eşitməzdən əvvəl buyurur: “Hər kim qeyri-dini yolla mal əldə etmişdirsə, Allah Təala o malı haram və puç yollarda məhv edəcəkdir ki, ona faydası olmasın”.
Deyirlər ki, axı biz sizin sözlərinizi başa düşmədik.
Həzrət (ə) onların dilində buyurur: “Küləkdən gələn dəm olar”. Yəni ən kiçik yerdəyişmə sayəsində hava aradan gedər.
 
Haram tikənin insan həyatına təsirləri çoxdur, onlarla tanış olaq:
 
1. Qəlbi daşlaşdırar. Hər kim haram mal yeyər – qəlbi daşlaşar və rəhimsiz olar. Bu cür insanlar Aşura günü İmam Hüseynin (ə) başını kəsməyə cürət edərlər. Çünki qəlblərində rəhm yoxdur və qəlbləri ölmüşdür. “Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər”. (“Zumər” 22).
 
2. İsraf və malın tələf olması. Hər kim asan yolla haram mal əldə edərsə, həmin mal tez bir zamanda hədər gedər. Ya israf olunar. Bu zaman həmin şəxs israf edənlərdən olar ki, Allah onları sevmir.
 
3. Duası təsirsiz olar. Dua – Allahla insan arasında olan rabitədir. O bəndə ki, Allahı unudar – elə yola gedər ki, Allah həmin yolu bəyənməz.
Dua zamanı bəndəlik haqqını yerinə yetirmədiyi üçün, onu həyata keçirtməz. Bu insan rüşvət alar, ya başqalarının malını oğurlayar, ya çəkidə insanları aldadar... Bu cür insanların duasını Allah necə qəbul etsin ki?! Qüdsi hədisdə də oxuyuruq ki, Allah bütün bəndələrinin dualarını eşidər, məgər o kəslərdən başqa ki, haram mal yeyiblər.
 
4. Namazı qəbul olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Bir tikə haram mal 40 gün namazın təsirini aradan aparar”.
 
5. İnsanı yoxsul edər. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman çəkidə aldadarlar, Allah insanları qəhətliyə giriftar edər”.
 
6. Əhli-Beyt (ə) sevgisini əldən verərlər. Hədisdə oxuyuruq ki, Əhli-Beyt (ə) davamçıları Əhli-Beytin (ə) gilindən xəlq olmuşdular. O kəslər ki, haram mal yeyər, həmin pak gili çirkləndirmiş olarlar. Ona görə də Əhli-Beyt (ə) dairəsindən xaric olarlar. (Hədənə/Deyerler.org/)
 
Belə isə, haram tikədən uzaq olaq!
 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))