Shia.az SonUmidTv media
sitename
​Namazın və ibadətlərin qəbul olmasının 6 şərti vardır ki, onlarla tanış olaq:



1. Etiqadi şərt. Namaz qılanın gərək Allaha imanı olsun. Allah Təala Quranda buyurur: “Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).
2. Vilayət şərti. İlahi rəhbərə malik olmaq – ibadətin qəbul olmasının ən mühüm şərtlərindən biridir. Hədislərimiz buyurur ki, əgər insanın İlahi rəhbəri olmazsa, etdiyi ibadətlərin nəticəsi və səmərəsi olmaz.
3. Əxlaqi şərt. Allah ancaq təqva əhlindən qəbul edir. Ona görə də təqva – ibadətin qəbul olma şərtlərindən biridir.
4. İqtisadi şərt. Yoxsulların haqqını əda etmək – ibadətin qəbul olmasına təsir edən amillərdəndir.
5. İctimai şərt. Başqalarına qarşı xeyirxah olmaq, müsəlmanlar arasında qardaşlıq bağlarının olması, müsəlmanların bir-birinə yaxşı rəftarı – ibadətlərin qəbul olmasına səbəb olan şərtlərdəndir.
6. Ailə şərti. Ailədə xoş rəftara malik olmaq, ər və arvadın bir-birinin haqqını əda etməsi, qonşular ilə yaxşı rəftar – ibadətin qəbul olmasına təsir edən amillərdəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin pis rəftarlı və əziyyət verən arvadı olsa, Allah o qadının namaz və yaxşı əməllərini qəbul etməz. Kişi də o cürdür”. (Beytutə/Deyerler.org/)​
 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))