Shia.az SonUmidTv media
sitename
İmam Sadiqin (ə) Müəlla ibn Xüneysə öyrətdiyi kimi, Novruz bayramı yetişdikdə qüsl alın, ən təmiz paltarlarınızı geyinin, ən xoş ətirlərdən istifadə edin və çalışın həmin günü oruc tutun. Elə ki, şam və xiftən namazlarını və onların nafilələrini qıldın, dörd rükət iki-iki novruz namazı qıl. Birinci iki rükətin birinci rükətində "Həmd” surəsindən sonra on dəfə "Qədr” surəsini, ikinci rükətdə isə "Həmd”dən sonra on dəfə "Kafirun” surəsini, ikinci iki rükətin birinci rükətində "Həmd”dən sonra on dəfə "İxlas” surəsini, ikinci rükətində isə "Həmd”dən sonra on dəfə "Fələq” və "Nas” surələrini oxumaq lazımdır. Namazdan sonra şükür səcdəsinə gedib, bu duanı oxu:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə, bəyənilmiş canişinlərə, bütün peyğəmbərlər və elçilərinə ən fəzilətli salam və salavatını göndər və ən yaxşı bərəkətlərini əta et! Onların ruhları və cəsədlərinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə bərəkət ver! Üstünlük verdiyin, ucaltdığın, şərafət və böyüklük bağışladığın bu gündə bizə də bərəkət ver! İlahi, onun vasitəsilə mənə nemət bəxş etdiklərinə bərəkət ver ki, Səndən başqasına təşəkkür etməyim! (İlahi,) ruzimi bol et, ey calal və kəramət sahibi! İlahi, məndən gizli olanları Öz yardımın və hifzinlə məndə gizli saxlama, mən bir şey itirsəm də, Sən Öz yardımını məndən əsirgəmə ki, möhtac olmadıqlarıma görə əzab-əziyyət düşməyim, ey calal və kəramət sahibi!
Məşhur kitablarda ilin təhvil olan vaxtı bu duanın çoxlu oxunması və bəzilərinin dediyinə görə 366 dəfə oxunması rəvayət olunmuşdur:
Ey hal və vəziyyətləri dəyişdirən, bizim halımızı ən yaxşı şəkildə dəyiş!
Başqa rəvayətdə isə belədir:
Ey qəlbləri və gözləri çevirən! Ey gecə və gündüzü idarə edən! Ey dəyişdirən!...
"Zadul-məad”da belədir. Əgər belə etsən əlli illik günahların bağışlanar və çoxlu de:
Ey calal və kəramət sahibi!

Duası

Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmmədinil əvsiyail mərziyyin, və əla cəmii ənbiyaikə və rusulikə biəfzəli sələvatik, və barik ələyhim biəfzəli bərəkatik, və səlli əla ərvahihim və əcsadihim, Əlla-hummə barik əla Muhəmmədin və ali Muhəmməd, və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəhu və kərrəmtəh, və şərrəftəhu və əzzəmtə xətərəh, Əllahummə barik li fima ən`əmtə bihi ələyyə hətta la əşkurə əhədən ğəyrək, və vəssi` ələyyə fi rizqi ya zəl cəlali vəl ikram, Əllahummə ma ğabə ənni fəla yəğibənnə ənni əvnu-kə və hifzuk, və ma fəqədtu min şəy`in fəla tufqidni əvnəkə ələyh, hətta la ətəkəlləfə ma la əhtacu iləyhi ya zəl cəlali vəl ikram.
Ya muhəvviləl həvli vəl əh-val, həvvil haləna ila əhsənil hal.
Ya muqəllibəl qulubi vəl əb-sar, ya mudəbbirəl ləyli vən nəhar, ya muhəvviləl...
Ya zəl cəlali vəl ikram.
Vüsal Əli
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))