Shia.az SonUmidTv media
» » » Ağvalideynlik edən varlı oğula dəhşətli cəza – Həzrət Əlinin (ə) nəqli
Русская версия сайта Русская версия сайта
sitename

Əmirəl-möminin Həzrət Əli (ə) nəql edir: "Ağlayan qoca kişi oğlunun əlindən tutub Mədinəyə Peyğəmbərin (s) xidmətinə gəlir.Ağvalideynlik edən varlı oğula dəhşətli cəza – Həzrət Əlinin (ə) nəqli

Həzrətə (s) deyir: "Ey Allahın Rəsulu! Bu, mənim oğlumdur ki, kiçikliyindən onu yedizdirmişəm, izzət və ehtiramla böyütmüşəm. Bütün istəklərini yerinə yetirmişəm. Mal və sərvətimlə ona yardım etmişəm o zamana qədər ki, zəngin və qüdrətli olubdur. Mən onu yetişdirmək yolunda canımı və malımı qoymuşam. İndi isə qocalmış və zəifləmişəm. Bu qədər zəhmətimin qarşılığında bu oğlum mənə heç bir maddi yardım etmir”.

 

Həzrət Peyğəmbər (s) üzünü cavana tutub, buyurur: "Nə deyirsən?”.

Cavan: "Mənim xərclərimi ödəmək və ailəmi saxlamaqdan artıq pulum yoxdur ki, ona yardım edəm”.

 

Həzrət (s) üzünü qocaya çevirib buyurur: "Sən nə deyirsən?”.

Qoca: "Yalan deyir. Buğda, arpa, xurma, kişmiş anbarları, qızıl və gümüşlə dolu pulları vardır”.

 

Həzrət (s) cavana buyurur: "Cavabın nədir?”.

Cavan: "Onun iddia etdiyi heç bir şey mənim deyildir”.

 

Həzrət (s) buyurur: "Allahdan qorx, ey cavan! Mehriban atana ki, sənə bu qədər yaxşılıq və ehsan etmişdir, yaxşılıq və ehsan et ki, Allah da sənə ehsan etsin”.

Cavan: "Mənim heç nəyim yoxdur”.

 

Həzrət (s) buyurdu: "Mən atanın bu aylıq xərcini verirəm. Ancaq sonrakı aylarda xərcini sən verəcəksən”. Sonra Əsaməyə buyurur: "Bu qoca kişiyə ailəsini saxlamaq üçün yüz dirhəm pul əta et”. Əsamə həmin pulu verir.

 

Bir ay sonra həmin qoca oğlu ilə birlikdə yenə Həzrətin (s) yanına gəlirlər. Oğlu yenə deyir ki, mənim heç nəyim yoxdur.

Həzrət Peyğəmbər (s) buyurur: "Sənin çoxlu sərvətin vardır. Ancaq bu günü elə gecə edəcəksən ki, zəlil və yoxsul olacaqsan. Atandan da yoxsul olacaqsan”.

 

Cavan evinə qayıdan zaman görür ki, qonşuları anbarlarının yanında toplaşıb, kif iyindən əziyyət çəkdiklərini söyləyirlər. Cavan çırağı götürüb anbarlara daxil olur və görür ki, hər bir şeyi kiflənmiş və məhv olmuşdur.

Cavan məcbur olur ki, işçilər tutsun və anbarı boşaltsın ki, qonşulara əziyyət verməsin. Cavan qızıl və gümüş kisələrinin yanına gedir ki, işçilərin pulunu versin, görür ki, onların hər biri dəyərsiz bir daşa çevrilmişdir. İşçilər vəziyyəti belə görüb ondan əl çəkmirlər və o, məcbur olur ki, evini və içində olanları satsın ki, bu işçilərin pulunu ödəyə bilsin. Çox yoxsul və zəlil hala düşür və xəstələnir.

 

Həzrət Peyğəmbər (s) bu hadisəni eşidib, buyurur: "Ey ağvalideyn olanlar! Bu hadisədən dərs alın. Bilin ki, necə dünyada malı məhv oldu, behiştdə onun üçün hazırlanmış dərəcənin əvəzinə, həmin qədər onun üçün cəhənnəmdə dərəcə müəyyən olundu””. (Həvzəh)

Allahım, cəmi müsəlmanları bu acı aqibətdən Özün saxla!

/Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qəbul olmayan tövbə
Qəbul olmayan tövbə
Söyüş söyməyi necə müalicə etmək olar?
Söyüş söyməyi necə müalicə etmək olar?
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
İmam Cavadın (ə) möcüzəli mövludu
İmam Cavadın (ə) möcüzəli mövludu
Bir yəmənli cavan mənə belə söylədi:
Bir yəmənli cavan mənə belə söylədi:
Allahın varlığının bir neçə dəqiqəyə sübutu
Allahın varlığının bir neçə dəqiqəyə sübutu
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
İbrət alan üçün böyük ibrət “Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək və hər kəs zərrə qədər pislik etsə, onu görəcək.” (Qurani-Kərim, “Zəlzələ” surəsi)
İbrət alan üçün böyük ibrət “Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək və hər kəs zərrə qədər pislik etsə, onu görəcək.” (Qurani-Kərim, “Zəlzələ” surəsi)
29 Mühərrəm 1439. Bu günki hadisələr
29 Mühərrəm 1439. Bu günki hadisələr
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Peyğəmbərimiz (s) qonağı necə yola salardı?
Peyğəmbərimiz (s) qonağı necə yola salardı?
Həyatda aramlıq və rahatlıq - 5 qızıl prinsip
Həyatda aramlıq və rahatlıq - 5 qızıl prinsip
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Allahın iftixar etdiyi gənc
Allahın iftixar etdiyi gənc
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
"Onunla görüşən zaman ona mənim salamımı çatdır"
"Onunla görüşən zaman ona mənim salamımı çatdır"
Tövbə qapısı
Tövbə qapısı
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))