Shia.az SonUmidTv media
sitename

Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizi incidirlər. Biz onlarla necə rəftar etməliyik?
İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”.
Əhli-Beyt (ə) davamçılarından biri İmam Sadiqdən (ə) soruşur: "Bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?”.
İmam (ə) buyurur: "Bəli, qohumluq haqqını heç bir şey qət etməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”. (Erfan)
Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onları tərk edəm”.
Həzrət (s) buyurur: "O zaman Allah da səni tərk edər”.
Deyir: "Bəs nə edim?”.
Həzrət (s) buyurur: "Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”.
Bir gün İmam Kazım (ə) şagirdi Əli ibni Əbu Həmzəyə buyurur: "Tezliklə qərbli bir şəxs səninlə görüşəcək və səndən mənim barəmdə soruşacaq. Cavabında de: "O, bizim İmamımızdır ki, İmam Sadiq (ə) onu özündən sonra imam təyin etmişdir”. Halal və haramdan soruşacaqdır, onun məsələlərinin cavabını ver”.
Əbu Həmzə soruşur: "Bəs o şəxsin nişanəsi nədir?”.
İmam (ə) buyurur: "O, uzunboy və güclüdür. Adı Yəqub ibni Yəziddir ki, öz qövmünün rəhbəridir. Əgər mənim yanıma gəlmək istəsə, onu mənim yanıma gətir”.
Əbu Həmzə nəql edir: "Kəbənin yanına getdim və təvaf etməklə məşğul oldum. Anidən ucaboylu və güclü bir kişi mənim yanıma gəldi və dedi: "Sənin sahibin barəsində sənə sual vermək istəyirəm”. Dedim: "Hansı sahibim barəsində?”. Dedi: "Musa ibni Cəfər (ə) barəsində”. Dedim: "Adın nədir?”. Dedi: "Yəqub ibni Yəzid”. Dedim: "Haradansan?”. Dedi: "Qərb əhlindənəm”. Dedim: "Məni necə tanıdın?”. Dedi: "Yuxu aləmində görmüşəm, bir nəfər mənə dedi: "Əli ibni Əbu Həmzə ilə görüş, nə istəsən, ondan soruş”. Səni axtardım və nəhayət burada tapdım”.
Dedim: "Bir qədər burada əyləş ki, mən təvafımı sona çatdırım, sonra sənin yanına gələrəm”.
Təvafı sona çatdırdım və Yəqubun yanına gəldim.
Onunla söhbət etdim və başa düşdüm ki, ağıllı bir insandır. Məndən istədi ki, onu İmamın (ə) yanına aparım. Onu İmamın (ə) yanına apardım. İmam Kazım (ə) onu görən kimi buyurdu: "Ey Yəqub ibni Yəzid! Dünən gəlmisən və filan yerdə səninlə qardaşın arasında dava düşüb. Bir-birinizə söyüş söymüsünüz. Bu cür rəftar mənim dinimin və ardıcıllarımın yolu deyil. Biz heç bir davamçılarımıza deməmişik ki, rəftarları belə olsun. Allahdan qorx, sizin aranızda tezliklə ölüm üzüdən ayrılıq düşəcək. Qardaşın bu səfərdə vətənə çatmazdan əvvəl öləcək. Sən də etdiklərindən peşman olacaqsan. Siz qohumluq əlaqəsini kəsmisiniz və küsmüsünüz. Allah ömrünüzü qısaldıbdır”.
Yəqub dedi: "Ey Allahın Rəsulunun oğlu! Mənim vəzifəm nədir, mənim ölümüm nə zaman olacaqdır?”.
İmam (ə) buyurur: "Sənin də ölümün gəlib çatmışdır, ancaq sən filan mənzildə bibimi sileyi-rəhm etmisən, Allah da sənin ömrünün 20 həccini (ilini) təxirə salmışdır”.
Əbu Həmzə deyir: "Sonrakı ili Yəqubu Məkkədə gördüm və mənə xəbər verdi ki, qardaşı vətənə çatmazdan əvvəl vəfat etdi və elə yoldaca onu dəfn etdi”.
Beləliklə deyə bilərik ki, qohumlarımız bizim üzərində haqları olan insanlardırlar. Hər nə qədər əqidələri bizdən fərqli olsa da, hər nə qədər bizə qarşı yersiz rəftarlar göstərsələr də, yenə də onlarla əlaqəni kəsmək olmaz. Çünki qohumluq əlaqəsini kəsmək – Allahın bəyənmədiyi və ona görə cəza verdiyi bir əməldir.


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
NALAYİQ SÖZLƏR DANIŞAN DOSTDAN UZAQ OLMAQ
NALAYİQ SÖZLƏR DANIŞAN DOSTDAN UZAQ OLMAQ
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Anaya hörmət gör onu hansı məqama ucaltdı!
Anaya hörmət gör onu hansı məqama ucaltdı!
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Tövbə qapısı
Tövbə qapısı
12 İmamın adı
12 İmamın adı
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))