Shia.az SonUmidTv media
sitename

İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.

İbadətdə olan monoteizm bütün səmavi missiyaların müqəddəs kitablarında peyğəmbərlərin təbliğinin əsasını təşkil edir. İbadətdə monoteizm, insanın yalnız Tanrıya ibadət etməsi və Tanrıdan başqasına, hər kim olursa olsun, ibadət etməməsi deməkdir.

İbadətdə monotezim anlayışı, şirk və bütpərəstlik zəncirlərinin qırılması, səmavi təlimlərin əsas fəqərə sütunudur. Beləliklə peyğəmbərlər və səmavi elçilər yalnız bu hədəf üçün yəni monoteizm sütunlarının möhkəmləndirilməsi, şirkin bütün formaları xüsusilə də ibadətdə olan şirklə mübarizə üçün göndərilmişdir.

Bu həqiqət Qurani Kərimdə olduqca aydın şəkildə öz əksini tapmışdır. Allah təala belə buyurmuşdur: "Artıq bütün ümmətlərə elçi göndərdik ki, Allaha ibadət edib tağutlardan çəkinəsiz” (Ən Nəhl surəsi, 36-cı ayə)

Haqq Təala belə buyurmuş: "Səndən əvvəlki bütün elçilərə Məndən (Allahdan) başqa bir məbud olmadığını vəhy etdik ki, Mənə ibadət edəsiniz” (Əl Ənbiya surəsi, 25-ci ayə).Qurani Kərim başqa bir ayədə ibadətdə olan monoteizmi bütün səmavi şəriətləri birləşdirən əsas prinsiplərdən biri kimi vəsf edərək belə buyurur: "De: "ey Kitab əhli, bizimlə sizin aranızda olan ortaq kəliməyə gəlin.Ondan başqasına əsla ibadət etməyək və Ona heç bir şeyi şərik qərar verməyək.” (Ali İmran surəsi, 64-cü ayə)

Qurani Kərim kafirin həyatdakı mövqeyini "səmadan düşən bir şeyə” bənzədərək aqibətini qartal və şahinlərə yem və yaxud da ucu-bucağı görünməyən bir quyuya atılmış kimi təsvir edərək buyurur: "Allaha şərik qərar verən elə bil ki, səmadan düşən (bir şeyə) bənzər və quşlar onu (yem) kimi qaparlar və yaxud da küləklər onu ucu-bucağı bilinməyən bir yerə atar.” (Əl Həcc surəsi, 31-ci ayə). Bu, ona görədir ki, müşrik bu həyatda həqiqi və doğrucul olmayan şeylərə etimad etmiş və yaxud da özü kimi ehtiyaclı məxluqlara söykənmi, onları öz həyatında dayaq nöqtəsi əxz etmiş, onlarn fayda və ya zərər verəcəyini güman etmişdir. Halbuki "bu bütlər” nəinki özlərini hətta onalara ibadət edənləri belə qorumaq iqtidarında deyillər. Beləliklə də bu tip insanlar səmadan düşən və heç bir qoruyucusu olmayan, yaxud da onu quşların və küləklərin şərrindən qoruya bilən bir kimsəsi olmayana bənzəyirlər.

İslam peyğəmbəri bu kimi ayələrin məzmununa əsasən və həmçinin, yaşayış tərzindən bizə yetişən məlumatlara görə bütün var qüvvəsi ilə şirklə mübarizə etmiş və bu mübarizəni öz təbliği üçün bir yol qərar vermişdir. Belə ki, şirkin digər formalarına qarşı müharibə elan etsə də, əsas zərbə ibadətdə olan şirkə daha çox yönəlmişdir.

Buna görə də özünü müsəlman adlandıran şəxs İslam dini sıralarına heç bir qeyd, şərt qəbul etməyən bu prinsipi qəbul etməklə daxil ola bilər. İbadət həqiqi mənada hər bir eyb və nöqsandan pak olan Allah təalaya məxsusdur. Digərlərini Allaha şərik qərar vermək zülm və Onun qüdsiyyət məqamına təcavüz etmək deməkdir. Allah öz saleh bəndələrindən birinin dili ilə belə buyurur: "Ey mənim əziz oğlum, Allaha şərik qərar vermə, həqiqətən də şirk ən böyük zülmdür.” (Loğman surəsi, 13-cü ayə).

Və buna görə də İslam şəriətində hər bir əməl bu prinsipə uyğun gəlməli və bunu aşmamalıdır. Hətta, əgər prinsiplə ziddiyət təşkil edən bir məfhum hər hansı bir hədisdə gəlsə belə o rədd olunmalı və heç bir vəchlə qəbul olunmamalıdır.

 Müəllif: Əllamə Cəfər Sübhani

Tərcümə etdi: Hacı Heydər Məhəmmədov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))