Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

ZARAFАT VƏ GÜLƏRÜZLÜLÜK

İcтimаi münasibətlərin müsbət hal tapmasında zəruri hesab olunan əxlaqi xüsusiyyətlərdən biri də gülərüzlülükdür. Peyğəmbər (s) və məsum imamlar (ə) yaşadıqları cəmiyyətdə qarşılaşdıqları şəxslərlə gözəl və səmimi münasibətdə olmuş və bunu öz davamçılarına da tövsiyə etmişlər: «İnsаnlara var-dövlətinizlə sevinc gətirə bilməzsiniz. Elə isə onlarla gülərüz və mehribanlıqla rəftar edin».[1] Yəni, var-dövlətiniz nə qədər çox olsa da insanların [mənəvi] çətinliklərini həll edə bilməzsiniz. Elə isə öz səmimi rəftarlarınızla onların sevincinə səbəb olun. Əli (ə) mehriban və təbəssümlü olmağı möminlərin xüsusiyyətlərindən biri hesab edərək buyurur: «Möminlərin sevinc və şadlığı onların simаsındа aşkar olar, qəm-qüssələri isə qəlblərində gizlənər».[2] Bu səbəbdən də hər hansı bir çətinliklə qarşılaşan mömin şəxslər öz mömin qardaşları ilə ünsiyyətdə olarkən özünü kədərli göstərməklə onlarındа qəm-qüssəsinə səbəb olmamalıdır. Belə ki, gündəlik həyatımızda hamı bir sıra çətinliklərlə qarşılaşır və təbii ki, bu, onların narahatçılıqlarına səbəb olur. Əgər hər birimiz gündəlik həyatda qarşılaşdığımız çətinliklər ucbatından öz müsəlman bacı və qardaşlarımızla soyuq münasibətdə olarıqsa, həyat bizim üçün olduqca acı və mənasız olacaqdır. Bu səbəbdən də cəmiyyətdə sevinc, şadlıq və yüksək əhval-ruhiyyə hiss olunsun deyə, Əli (ə)-ın tövsiyə etdiyi kimi, üzlərdə sevinc və təbəssüm olmalı, kədər və qəm-qüssə isə qəlblərdə gizli qalmalıdır.



[1] Biharul-ənvar, 74-cü cild, 38-ci fəsil, 36-cı hədis.

[2] Biharul-ənvar, 67-ci cild, 14-cü fəsil, 37-ci hədis.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))