Shia.az SonUmidTv media
sitename

 Həyatın əsas 10 qanunu

Həyatın əsas 10 qanunu

Birinci qanun
Sizə cisim, yəni bədən verilmişdir. İstər cisminizi sevəsiniz, istər cisminizdən xoşunuz gəlməyə, hər iki halda bilməlisiniz ki, bu keçici dünyada həyatınız boyunca cisminiz sizinlədir.

İkinci qanun
Siz qeyri-rəsmi və bütün ömrünüz boyunca olacağınız "HƏYAT” adlı məktəbə üzv olmusunuz. Bu məktəbdə hər gün dərslər öyrənmək fürsətləriniz vardır. İstər bu dərsləri xoşlayasınız, istər bu dərslərə nifrət edəsiniz. Elə isə yaxşıdır ki, öyrənməklə əlaqədar plan və layihəniz olsun.

Üçüncü qanun
Səhv adlı şey yoxdur, yalnız dərsdir. Tərəqqi, inkişaf və təkamül həyat imtahanlarının və sınaqların gedişatı əsasındadır. Sınaqlar, xatalar, bəzən qalibiyyətlər, bəzən isə arzulara çatmamaq və məğlubiyyətlər, eləcə də uğurlu təcrübələr nəticəsində baş verən prosess və gedişatlar tərəqqinin əsas sütunlarıdır.

Dördüncü qanun
Dərs o qədər təkrar edilir ki, hamı başa düşə bilsin. Dərslər müxtəlif şəkillərdə o qədər təkrar olunur ki, hamısını öyrənmək gec-tez hamıya mümkün olsun. Deməli, yaxşısı budur ki, dərsləri daha tez öyrənəsiniz. Həyat dərslərini öyrənib icra etməyi gecikdirməyin. Başqa sözlə, zaman sizi ədəbləndirincə elə siz özünüzü ədəbləndirin. Çünki zamanın sizi ədəbləndirməsi sizin həyat hədəflərinizə faydasız, ya da faydası az olacaq.

Beşinci qanun
Öyrənməyin sonu yoxdur. Həyatın elə bir sahəsi yoxdur ki, onda sizin üçün dərslər olmamış ola. Nə qədər ki, sağsınız öyrəndiyiniz dərsləri həm də öyrədin. Odur ki, çalışın öyrəndiyiniz həyat dərslərini düzgün mənimsəyəsiniz, təki onları başqalarına düzgün öyrədə biləsiniz. Necəki bizlər keçmiş əcdadlarımızdan, babalarımızdan, alimlərimizdən, dahi şəxsiyyətlərdən həyatı öyrənirik.

Altıncı qanun
Başqalarını mühakimə etməyin, qeybət etməyin, danlamayın, təhqir etməyin, abır aparmayın, yoxsa sizin öz başınıza da gələcək. Özünüzü bic ya başqalarından ağıllı bilməyin. Sizin başqalarına qurduğunuz kələkləri başqaları da sizə quracaqlar. Şərt deyil ki, sizə qarşı hiylə və kələkləri məhz sizin kələk qurduğunuz adamlar quralar. Ağlınıza gəlməyən yerdən sizin hiylələrinizə cavab veriləcək. Sonra deməyin ki, axı mən bu adama kələk gəlməmişdim!?

Yeddinci qanun
Başqaları sizin üçün güzgüdürlər. Ona görə də başqalarının xasiyyətlərinin yaxşı ya pis olması ilə bağlı vaxtınızı puç və tələf etməyin, əksinə bilin ki, güzgünün məqsədi sizin özünüzü islah etməyinizdir. Gördüyünüz pislikləri özünüzdən uzaqlaşdırın, gördüyünüz yaxşılıqları özünüzdə canlandırın.

Səkkizinci qanun
Necə yaşamaq sizin öz seçiminizdir. İstədiyiniz həyat tərzini yaşamaq üçün lazım olan hər şey sizin ixtiyarınızdadır. Onlardan necə istifadə edəcəyiniz sizdən asılıdır. Öz həyat tərzinizə və yaşayış üslubunuza görə başqalarını ittiham etməyin. Həyat seçiminizin müəllifi siz özünüzsünüz.

Doqquzuncu qanun
Həyatda hər şeyin cavabı sizin varlığınızdadır. Sizin edəcəyiniz yeganə şey vücudunuza baxmaq, vicdanınıza qulaq asmaq və özünüzə etimad etməkdir. Heç vaxt özünüzü aciz və zəif bilməyin. Özünüzə inamı hissinizdən yüksək həddə istifadə edin. Başqalarının təhriki və yalanlarına uymayın. Vicdan və fitrətinizin səsinə diqqətlə qulaq asın.

Onuncu qanun
Tanıdıqlarınıza və tanımadıqlarınıza yaxşılıq edin ki, həm tanıdıqlarınızdan həm də tanımadıqlarınızdan yaxşılıqlar görəsiniz. Bir çox insanlar başqalarına yaxşılıq etmirlər, amma hər kəsdən yaxşılıq umurlar. Sizin etdiyiniz yaxşılıqlar sizin özünüzə qayıdacaqdır. Şərt deyil sizin yaxşılıq etdiyiniz şəxslər sizin yaxşlığınıza cavab olaraq sizi yaxşılıqlar etsinlər. Ağlınıza gəlməyən yerdən sizin yaxşılıqlarınıza yaxşılıq ilə cavab ceriləcəkdir. Elə isə Allah xatirinə, Allah rizasına yaxşlıq edin.

Rza Əzizoğlu İrəvani

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?  Stressə düşməmək üçün nə edək?
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq? Stressə düşməmək üçün nə edək?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de..
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de..
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Niyə insan Məsumların (ə) yanında bir halətdə, onlarsız isə başqa halətdə ola bilir?
Niyə insan Məsumların (ə) yanında bir halətdə, onlarsız isə başqa halətdə ola bilir?
İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə
Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə
Quran nəzərindı günahların bağışlanmağına səbəb olan əməllər 
Quran nəzərindı günahların bağışlanmağına səbəb olan əməllər 
Orucunuz qəbul olmuşdurmu?
Orucunuz qəbul olmuşdurmu?
"İlahi imtahan və sınaq" Qur'ani-Kərimin nəzərində:
"İlahi imtahan və sınaq" Qur'ani-Kərimin nəzərində:
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?
Qəzəbi necə kontrol etmək olar?
Qəzəbi necə kontrol etmək olar?
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
Üç mühüm istək
Üç mühüm istək
AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ
AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək~
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək~
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Həyatda aramlıq və rahatlıq - 5 qızıl prinsip
Həyatda aramlıq və rahatlıq - 5 qızıl prinsip
Cənab Rəhbər Ayətullah Xameneinin yeniyetmələrə 12 tövsiyəsi:
Cənab Rəhbər Ayətullah Xameneinin yeniyetmələrə 12 tövsiyəsi:
İslam tibb elmini bir cümlədə xülasə etmişdir
İslam tibb elmini bir cümlədə xülasə etmişdir
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Allahın iftixar etdiyi gənc
Allahın iftixar etdiyi gənc
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
Vay halına çəkidə və ölçüdə aldadanların!
Vay halına çəkidə və ölçüdə aldadanların!
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))