Shia.az SonUmidTv media
sitename

Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
.
Qurani-Kərim Yusif surəsinin 53-cü ayəsində buyurur:

إِنَّ النَّفْسَ لَأَمَّارَةُ بِالسُّوءِ

"Həqiqətən nəfs (insanı) pisliklərə əmr (sövq) edəndir”
Həmçinin sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

أعدى عدوك نفسك التي بين جنبيك

"Sənin ən qatı düşmənin iki tərəfinin ortasında (sinəndə) olan nəfsindir.”
Biharul ənvar 67-ci cild 36-cı səhifə

Böyük əxlaq ustadları buyurublar ki, insanın günahlar nəticəsində həyatda büdrəməsinin, süqutu və inhirafının əsas mənşəyi onun haram baxışlarından qaynaqlanır. Öz baxışlarına nəzarət edə bilməyən insan nəfsinin və ehtirasının qarşısında aciz olacaqdır. Çünki harama baxmaqla özündə günaha həvəs və meyil hissini hərəkətə gətirir, alovlandırır.
Deməli, həva-həvəsin və yersiz ehtirasın qarşısını almağın birinci yolu budur ki, insan gözlərinə nəzarəti əldə etsin, baxışlarını haramdan qorusun.
Sevimli peyğəmbərimiz (s) göstəriş verir ki, özünüzdən asılı olmadan naməhrəmə baxsanız ona ikinci dəfə təkrarən baxmaqdan çəkinin, qarşı tərəfin simasının sizin zehninizdə yerləşməsinə imkan verməyin, vəsvəsənin təsiri olan xəyalpərəstlikdən və fikirləşməkdən uzaq olun.
Sevimli peyğəmbərimiz (s) başqa bir hədisdə buyurur:

النظر سهم مسموم من سهام إبليس ، فمن تركها
خوفا من الله أعطاه الله إيمانا يجد حلاوته في قلبه

"Naməhrəmə baxmaq İblisin (şeytanın) zəhərli oxlarındandır, Allahdan qorxaraq bunu tərk edən insana Allah elə bir iman bəxş edər ki, onun şirinliyini həmin insan qəlbində hiss edər.”
Biharul ənvar 101-ci cild 38-ci səhifə

Sevimli Peyğəmbərimiz (s) və Əhli-beyt (ə) gözləri günahdan saxlamağın yollarını bəyan etmişlər:

1- Allaha iman və Allahın varlığına inam.
.
Allah Taalanın varlığına etiqad etmək, həmçinin insanın Allahın hüzurunda olduğunu və Allahın onun həm zahirini həm də batinini hər zaman gördüyünü yəqin etmək insana kömək edir ki, öz baxışlarına nəzarət etsin.
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
"İnsan Allah Taalanın əzəmət və cəlalını öz qəlbində (qəlb gözü ilə) görməyincə gözlərini harama baxmaqdan saxlaya bilməz.”
Həmçinin bir hədisdə oxuyuruq:

وسئل أمير المؤمنين علي بن أبي طالب عليه السلام بما يستعان على غمض البصر ؟
فقال : بالخمود تحت سلطان المطلع على سترك

Əmirəlmöminin Əli əleyhissalamdan soruşdular: -Gözə nəzarət etmə qüdrətini necə əldə etmək olar? İmam Əli (ə) cavabında buyurdu: "Özünü hər şeydən agah olan Sultanın (Allah Taalanın) səltənəti əhatəsində görə və Ona təslim ola.”
Biharul ənvar 101-ci cild 41-ci səhifə
.
2- Gözü haramlara olan baxışdan saxlamaq və qorumağın faydalarına diqqət yetirmək.
.
Əgər insan haram ilə qarşılaşarkən harama baxmamağın ona nə qədər xeyir və faydalı olduğunu bilərsə gözünü qoruyacaq, bu qorumağı həmişə davam etdirəcəkdir. Gözü haram baxışlardan qorumağın çoxlu faydaları vardır. O cümlədən:
A) Qəlbin rahatlığı.
.
Gözünü haram baxışlardan qoruyan insan qəlbini rahat və aram etmiş olur. Amma gözü daima haramlara baxan insanın qəlbi rahatlıq tapmır, çünki göz nəyi görürsə qəlb ona sarı meyillənir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

من غض طرفه أراح قلبه

"Kim gözünü haramdan yumarsa (qoruyarsa) həmin insanın qəlbi rahat olar.”
Müstədrəkul Vəsail 14-ci cild 271-ci səhifə 16687-ci hədis

Şəhvətdən doğan meyl və hisslər qurtaran deyil, buna görə də insanın əmredici nəfsi heç vaxt qane olmayaraq həmin şəxsi pisliklərə və günahları sürükləyir.
.
B) Həqiqətləri kəşf etmək. Kainatın bir sıra sirrlərini görmək.
.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

غضوا أبصاركم ترون العجائب

"Gözlərinizi haram baxışlardan yumun (qoruyun) ki, qəribəlikləri görə biləsiniz.”
Biharul ənvar 101-ci cild 43-cü səhifə
.
C) İbadətin şirinliyini hiss etmək.
.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Hər hansı bir müsəlman gözünü harama baxmaqdan saxlayarsa Allah Taala onun qəlbində ibadətin şirinliyini yaradar.”
Mizanul hikmə 4-cü cild 3292-ci səhifə
.
3- Harama baxmağın və şorgözlüyün ziyanlarına diqqət yetirmək.
.
Harama baxmağın və şorgözlüyün nə qədər ziyanlı olduğuna diqqət edilsə, insan haram baxışlardan gözünü

 

bir o qədər qoruyacaq. Çünki insan təbiətcə ziyanına olan şeylərdən imtina edəndir. Naməhrəmə baxmağa adət etmək günahların nəticəsi və şeytanın hiylələrindəndir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

العيون مصائد الشيطان

"Gözlər şeytanın tələlərindəndir.”
Müstədrəkul Vəsail 14-ci cild 271-ci səhifə 16687-ci hədis

Mütəxəssislər sübut etmişlər ki, naməhrəmə baxmaq adəti insana çox ziyanlıdır, belə ki insanda təngənəfəslik yaradır, ürəyin anormal döyüntüsünə səbəb olur, ürək ətrafında ağrılar əmələ gətirir, ümumi halsızlıq və daimi yorğunluq yaradır, baş ağrılarına, qərarsızlığa həmçinin fikir yorğunluğuna səbəb olur.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

من ملا عينه من حرام ملا الله عينه يوم القيامة من النار
إلا أن يتوب ويرجع

"Gözünü haram baxışlarla dolduran şəxs əgər tövbə etmədən ölərsə Allah Taala qiyamət günü onun gözlərini cəhənnəm odu ilə dolduracaq.”
Biharul ənvar 101-ci cild 32-ci səhifə

4- Şeytani fikirlərdən və xəyalpərəstlikdən uzaq olmaq.
.
Gözü haram baxışlardan qorumaq üçün ilk növbədə şeytani fikirlərin təsirindən uzaq olmaq lazımdır. Çünki günah uçurumuna yuvarlanmanın ilk addımı həmin günah barədə olan fikirlərdir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Günah barədə çox fikirləşən insan nəhayət o günaha sürüklənər.”
Ğurərul hikəm 5-ci cild 321-ci səhifə

5- Təhrik edici səbəblərdən uzaq olmaq.
.
Xəyalpərəstlik, naməhrəmlərlə səbəbsiz ünsiyyət, geyimlərinə fikir verməyən naməhrəmlərin çox olduqları yerlərə getmək, həmçinin günah dolu filmlərə və şəkillərə baxmaq insanda gizli şəvətləri oyadır, insanı şiddətlə günaha sürükləyir.
.
6- Dost seçməkdə diqqətli olmaq.
.
Araşdırmalar bunu göstərir ki, insana günahlara aludə olmasında pis dostların çox böyük təsirləri vardır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Ədəbsiz və pozğun insanlarla ünsiyyətdən çəkin, çünki sənin təbiətin səndən asılı olmadan onların pis xasiyyətlərini mənimsəyəcəkdir.”
Şərhu Nəhcul Bəlağə 20-ci cild 272-ci səhifə (müəllif: ibn Əbil Hədid)

7- Evlənmək.
.
İnsanın haram baxışlardan uzaq olması üçün ən gözəl yollardan biri evlənməkdir.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Ey gənclər! Sizlərdən hansınızın evlənməyə imkanı varsa mütləq evlənsin, çünki insanı haram baxışlardan uzaq etmək və həyanı artırmaqda evlənmək ən gözəl yoldur.”
Məkarimul əxlaq 10-cu səhifə

8- İradəni gücləndirmək.
.
İnsanı haram baxışlardan qorumaq üçün ən lazımlı xüsusiyyət insanda güclü iradənin olmasıdır. İnsan öz gözünə yiyəlik etməyi bacarmalıdır. Naməhrəmə baxmağı adət etmiş insanların iradələri çox zəifdir. Bunun üçün iradəni gücləndirmək lazımdır.
a) İradəli insan nəfsin istəklərinə müsbət cavab vermir.
b) İradəli insan pis adətləri yaxşı adətlərlə dəyişir.


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Bizə pislik edənləri bağışlamalıyıqmı?
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
Orucunuz qəbul olmuşdurmu?
Orucunuz qəbul olmuşdurmu?
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayı Əxlaq ayıdır
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
Əxlaqda bəsirət
Əxlaqda bəsirət
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Güclü və zəif insanlar kimlərdir?!
Güclü və zəif insanlar kimlərdir?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
“Qarnını və orada olanları unutma”
“Qarnını və orada olanları unutma”
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Daha çox oxumaq istəyirsən? )))