Shia.az SonUmidTv media
sitename

NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
.
1- Təfəkkür
.
Nəfslə mübarizənin birincə şərti və yolu Təfəkkürdür. Yəni insan gərək hər gün bir qədər bu barədə fikirləşsin ki, 
"Allah Taala məni yaradıb və mənə hər cür həyat nemətlərini bəxş edib, bəs mən bunun əvəzində öz vəzifəmi yerinə yetirirəmmi? Məgər Allah Taalanın mənə olan bu qədər Lütf və Mehribançılığı yalnız nəfsani istəklər, ehtiras, gündüzləri yeyib içmək gecələri isə yatmaq üçündürmü? Yoxsa başqa məqsədlər də var?” 
Əgər ağıllı insan hər gün belə bir təfəkkür edərsə çox tezliklə nəfslə mübarizə etmənin əhəmiyyətini və nəfsini pak, saf etmənin zərurətini başa düşəcəkdir. 
.
2- Əzm, qəti niyyət, məram
.
Yəni qəti qərara gələsən ki, mən günahlardan uzaq olacağam və bütün vacibi əməlləri yerinə yetirəcəyəm. Təbiidir ki, bu qərara gəlmək çətindir, amma qərara gəldikdən sonra özünü günahlardan saxlamaq və vacibləri yerinə yetirmək daha çətindir, bunun üçün hər bir insana qəti niyyət və möhkəm əzm lazımdır. İnsanda əzm və güclü iradə olmazsa həyatda heç bir istəyinə layiqli şəkildə çatmaz. 
Həm də insan çalışmalıdır ki, onun əzmini sındıran və iradəsini zəif edən əməllərdən də uzaq olsun. əzmli insan igidliklə nəfsin ziyanlı istəklərinə müqavimət göstərə və həyat çətinliklərini arxada qoya bilər.
.
3- Müşaritə
.
Müşaritə ona deyirlər ki, insan özü ilə şərt bağlayır. Məsələn, mən özümə şərt qoyuram ki, gün ərzində günah etməyəcəm. Bunun faydası həm də ondan ibarətdir ki, insan özü ilə şərt bağlayanda özündə xüsusi bir məsuliyyət hissi icad edir. Bu məsuliyyət hissi insana mənəvi güc verir və Allah Taala qarşısında cavabdeh oduğunu daha yaxşı dərk edir.
.
4- Müraqibə
.
Müraqibə yəni özünü izləmək. Müşaritədən sonrakı mərhələ müraqibədir. İnsan özü ilə günah etməyəcəyi barədə şərtləşdikdən sonra özünü gözləməlidir. Hər bir hərəkətini əvvəlcə düşünüb sonra etməlidir. Günah etmək istəyi qəlbinə girən kimi bilməlidir ki, bu şeytanın hiyləsi və vəsvəsəsidir. Şeytana lənət oxusun və Allah Taalaya sığınsın, Ondan güc və qüvvət istəsin.
.
5- Mühasəbə
.
Mühasəbə yəni, özünün etdiklərinin hesabını aparmaq. Hər gün müəyyən bir zamanda insan özünə hesabat verməlidir. Gün ərzində etdiyi əməllərə nəzər salmalıdır. Hansı yaxşı işi görübsə Allaha şükr etsin və həmin işi bacardığı qədər etməyə davam edəcəyini qərara alsın. Hansı pis işi görübsə Allahdan bağışlanma istəsin və o işi bir də etməyəcəyi barədə qərara gəlsin. 
İmam Musa Kazım əleyhissalam buyurur: "Hər gün öz əməllərinin hesabatını aparmayan insan bizdən deyil”
Müstədrəkul vəsail 12-ci cild 153-cü səhifə
.
6- Pis xasiyyətlərin müalicəsi
.
Nəfslə mübarizənin başqa bir yolu pis adət və xasiyyətləri müalicə etməkdir.
Əxlaq ustadlarının pis xasiyyətləri müalicə etmək üçün olna ən yaxşı əlac yollarından biri budur ki, biz malik olduğumuz hər hansı bir pis xasiyyəti yadda saxlayaq və bir müddət mərdliklə o pis xasiyyətin tam əksinə əml edək və Allah Taaladan ardıcıl olaraq bu barədə müvəffəq olmağımızı və uğur qazanmağımızı istəyək.
Məsələn, bir adamın pis xasiyyətlərindən biri budur ki, camaatla rəftarı kobud və pisdir. Bu adam çalışmalıdır ki, kimlərə qarşı kobuddursa onlarla görüşəndə onlarla mehriban davranışa özünü məcbur etsin. İçərisindən insanlara qarşı şeytanın qəzəb alovu gəldikdə nəfsinin meylinin istəyinə əks cavab versin, qəzəbini üzə çıxmağa qoymasın. Əvvəldə bu bir az çətin olur, amma hər dəfədən sonra asanlaşır. Bir müddətdən sonra isə Allahın köməyi ilə həmin pis xasiyyət insanın qəlbindən çıxacaq. Onun əksi olan yaxşı xasiyyət bizim qəlbimizdə sakin olacaqdır.
Eləcə də Qeybət etmək və sair pis xasiyyətlər.
.
7- Ustad
.
Nəfslə mübarizədə və gözəl əxlaqi xasiyyətlərə yiyələnməkdə çox zəruri olan məsələlərdən biri insanın Əxlaq ustadının olmasıdır. Bilmək lazımdır ki, (istər vasitəsiz istər vasitəli) Əxlaq ustadı olmadan ruhi-mənəvi tərəqqi və təkamülə yüksəlmək istəyən insan öz qəlbini saflaşdıra bilməz. Bütün başqa elmləri mənimsəmək istədikdə ustadın lazım olduğu kimi əxlaqi saflaşma və nəfslə mübarizədə də Əxlaq ustadının olması lazımıdr. Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) gəlişinin də əsas səbəblərindən biri bəlkədə birincisi insanların əxlaqını düzəltmək və sonra onları maarifləndirmək olmuşdur.

8- İlahi günlərdən istifadə etmək
.
Qurani-Kərimdə Allah Taala bəzi günlərə əyyamullah, yəni İlahi günlər adı vermişdir. 
İnsanın özünü düzəltməsi, nəfsinə qalib gəlməsi və əxlaqını saflaşdırması üçün Rəcəb, Şəban və Ramazan aylarının böyük müsbət təsirləri vardır. İnsan bu ayların və başqa İlahi günlərin vasitəsilə Qəlbinin saflaşmasında böyük nailiyyətlər qazana bilər. 
Firt və Qurban günləri, Ərəfə günü, Qədir-Xum günü, Məsumların təvəllüd və şəhid edildikləri günlər, hətta Cümə və sair bu qəbildən olan günlərdən yaxşı istifadə etmək lazımdır.

9- Yaxşı insanlarla dostluq və yoldaşlıq etmək
.
Çalışmaq lazımdır ki, pis və xatakar insanlarla dostluq və yoldaşlıqdan uzaq olaq. Çünki insanın nəfsi oğrudur, qarşı tərəfdə nə pis xasiyyət görürsə onu götürür. Yaxşı atalar məsəli var "Atı atın yanına bağlasan həmrəng olmasa da həmxasiyyət olar”.
Çalışmaq lazımdır ki, yaxşı, ədəbli və əxlaqlı insanlarla dostluq edək. Onda bizim əxlaqımız da yaxşılaşacaq, biz hər gün daha yaxşı olmaq üçün yaşayacağıq, malik olduğumuz eyiblər tədriclə canımızdan çıxacaq, onların yerini gözəl əxlaq dolduracaq...

10- Qurani-Kərim ilə ünsiyyətdə olmaq
.
Nəfslə mübarizədə və qəlbin saflaşmasında təsirli yolların biri də Qurani-Kərim ilə ünsiyyətdə olmaqdır. Ünsiyyətdən məqsəd Qurani-Kərimi oxumaq, mənasını bilmək, ayələrin mənaları barədə düşünmək və təfəkkür etməkdir. 
.
11- Dua və təvəsül
.
Dua etmək və məsumlara təvəssül etmək, yəni həzrət Muhəmməd səllAllahu əleyhi və alihi, xanım Fatimə əleyhasalamı və 12 İmam əleyhimüssəlamı Allah Taala ilə bizim aramızda bizə şəfaət və kömək etməkdə vasitə qərar vermək insanın Şeytan qarşısında güclü olmasına, nəfslə mübarizədə qalib gəlməsinə və qəlbini gözəl əxlaqi xasiyyətlərlə bəzəməsinə çox böyük müsbət təsiri vardır. 
Cürətlə deyə bilərik ki, Məsumlara təvəsül etmədən heç cürə nəfslə mübarizədə qalib gələ və məqsədlərimizə çata bilmərik.
Allah Taala hamımızı bu işdə müvəffəq etsin, Muhəmməd və ali-Muhəmməd xatirinə.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əxlaqda bəsirət
Əxlaqda bəsirət
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
“Saleh əməl” nədir?!
“Saleh əməl” nədir?!
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Güclü və zəif insanlar kimlərdir?!
Güclü və zəif insanlar kimlərdir?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
Üç mühüm istək
Üç mühüm istək
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Bu, hədis olmaya bilər... amma!
Bu, hədis olmaya bilər... amma!
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Daha çox oxumaq istəyirsən? )))