Shia.az SonUmidTv media
sitename

 

Əxlaqda bəsirət
.
Əxlaqda bəsirətli olmaq hər bir imanlı şəxsə vacib olan bir öhdəçilikdir. Əxlaqda bəsirətli olmadan kamil və gözəl əxlaqa sahib olmaq mümkün deyil.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

ابصر الناس من ابصر عیوبه و اقلع عن ذنوبه

"Öz eyiblərini görən və günahları (həmin eyibləri) özündən uzaqlaşdıran şəxs insanların ən bəsirətlisidir.”
Uyunul hikəm vəl-məvaiz 120-ci səhifə
Əxlaqda bəsirət odur ki, insan kamalın son həddinə yüksələ biləcək bir tərəqqiyə nail olur, mənəvi cəhətdən elə bir elm, hikmət və dərrakəyə malik olur ki, özünü (qəlbi və ruhunu) paklaya və saflaşdırır, günahlardan və əyriliklərdən, başqa sözlə bütün pis və xoşagəlməz xarakter, xasiyyət və rəftarlardan qurtula bilir.
Əxlaq ustadları eyiblər və günahlardan uzaqlaşaraq əxlaqda bəsirətli olmaq istəyən hər bir imanlı insana məsləhət görürlər ki, ilk növbədə günahların hamısının siyahısını tərtib etsinlər, sonra hər bir günahın əlamət və nişanələrini həmin cədvələ qeyd edərək onların hamısı ilə özlərini tutuşdursunlar. Beləliklə də özlərində tapdıqları günahları uzaqlaşdırsınlar.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله صلى الله عليه وآله وسلم حاسبوا أنفسكم قبل أن تحاسبوا وزنوها قبل أن توزنوا وتجهزوا للعرض الأكبر

"Hesab-kitaba çəkilməzdən əvvəl özünüz nəfsinizi (özünüzü) sorğu-suala çəkin. (Əməlləriniz) tərəziyə qoyulmazdan əvvəl özünüz nəfsinizi tərəziyə qoyun və böyük hesab-kitab üçün hazırlaşın.”
Mizanul hikmət 3-cü cild 79-cu səhifə
İnsan özündə tapdığı eyib və günahları araşdırmalıdır, məsələn: bu günahlar necə baş verir, əlamətləri hansılardır, nə vaxtlar baş verir və ilaxır. İnsan fikirləşməlidir: "Mən əgər hansısa günahı etməyimin səbəbi nədir? Məsələn, qeybət etməyin mənşəyi nədir və nədən qaynaqlanır?
Burada əxlaqda bəsirətli olmağın zərurəti ortaya çıxır, insan əvvəlcə öz eyiblərini tanıyır, sonra onları özündən uzaqlaşdırır daha sonra isə onların heç birini yaxına buraxmır. Deməli, hesab-kitab üç mərhələdən ibarət olur. Birinci, eyiblər axtarılıb tapılır, bu, diaqnozdur. İkinci, onlar həmin insandan uzaqlaşdırılır, bu, mənəvi-ruhi müalicədir. Üçüncüsü, o eyiblərin heç biri həmin insana yaxın düşə bilmir, bu da özünənəzarət mərhələsidir.
Sevilmli Peyğəmbərimizin (s) yanına müxtəlif yerlərdən insanlar gələr və o həzrətdən mənəvi müalicədə, eləcə də əxaqi problemlərin həllində və eyiblərin tapılmasıda kömək istəyərdilər. Həzrət Muhəmməd (s) bəzisinə "dilini qoru” , bəzisinə "sənə göstəriş verirəm ki, heç vaxt qəzəblənmə, hirslənmə” , bəzisinə "heç vaxt yalan danışma” və sair məsləhətlər verərdi. İnsan bəzən öz eyiblərini görə bilmir, ona görə də sevilmi Peyğəmbərimiz (s) və məsum İmamlar (ə) dəfələrlə insanlara "özünüzə ustad seçin” –deyə buyurublar.
Günlərin birində bir nəfər uzaq bir məntəqədən həzrət Muhəmmədin (s) yanına gəlmişdi, o şəxs getmək anında dedi: "Ey Allahın peyğəmbəri! Mənə elə bir söz (nəsihət) de ki, ömrümün axırına qədər məni azmaqdan və haqq yolu itirməkdən qorusun.” Həzrət Muhəmməd (s) o kişiyə üç dəfə "Mənim nəsihətimə əməl edəcəksənmi” sualını verərək "bəli, ey Allahın peyğəmbəri” –deyə cavab aldıqdan sonra buyurdu:

إذا هممت بأمر فتدبّر عاقبته فإن يك خيرا و رشدا فاتّبعه و إن يك غيّا فاجتنبه

"Hər hansı bir işi etmək qərarına gəldikdə (əvvəlcə) o işin aqibəti (nəticə və sonu) barədə düşün. Əgər o işin aqibəti tərəqqi və xeyir olarsa onu yerinə yetir, ancaq əgər o işin aqibəti (nəticəsi) yanlışlıq (və səhv) olarsa ondan çəkin (və uzaq ol).”
Vəsail 15-ci cild 283-cü səhifə20522-ci hədis

 

 

 

 

 

 

Rza Əzizoğlu İrəvani

 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Bəsirət və uzaqgörənlik
Bəsirət və uzaqgörənlik
“Saleh əməl” nədir?!
“Saleh əməl” nədir?!
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Bu gün doqquzuncu imam Məhəmməd Təqi əleyhissalamın təvəllüdü günüdür!!! Bayramınız mübarək olsun!
Bu gün doqquzuncu imam Məhəmməd Təqi əleyhissalamın təvəllüdü günüdür!!! Bayramınız mübarək olsun!
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Güclü və zəif insanlar kimlərdir?!
Güclü və zəif insanlar kimlərdir?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Mömində olmayan altı sifət
Mömində olmayan altı sifət
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
QEYBƏT QURAN BAXIMINDAN
QEYBƏT QURAN BAXIMINDAN
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Günahı yüngül saymaq
Günahı yüngül saymaq
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Daha çox oxumaq istəyirsən? )))