Shia.az SonUmidTv media
sitename

Qadınlar evdən çölə çıxmamalıdırmı?
.
Sual: 
Deyirlər ki, Qurana və hədislərə əsasən qadınlar və qızlar evdə oturmalı, evdən çölə çıxmamalıdır. Bu nə dərəcədə doğrudur?
.
Cavab:
Qurani-kərimin ayələri və eləcə də hədislərin məna və izahını öyrənmədən, öz ehtimalı ilə onları başqalarına nəql etmək insanlar arasında çaşqınlıq, bəzən isə hətta İslama qarşı bədbinliyə səbəb olur. Odur ki, ayə və hədislərin məna və izahını bilmədən onların mənalarını şəxsi fikrinə əsasən nəql edənlər İslama xeyir vermək istəyərkən, əksinə ziyan vururlar.
Qurani-kərim Əhzab surəsinin 33-cü ayəsində buyurur:

وَ قَرْنَ فىِ بُيُوتِكُنَّ وَ لَا تَبرَّجْنَ تَبرَّجَ الْجَهِلِيَّةِ الْأُولىَ‏

"Öz evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövrü kimi zinətlərinizi (başqalarına göstərmək məqsədilə) çölə çıxmayın.”
Ayədə işlədilən ilkin, yəni birinci cahillik dövrü sözü ikinci cahillik dövrünün də olduğunu açıqlayır. İlkin cahillik dövrü İslam dininin zühur etməsinə qədərki dövrdür. Cahillikdən məqsəd cəmiyyətdə nadanlıq, avamlıq və xurafatın geniş yayıldığı, elm və mərifətin olmadığı haldır. Üstəgəl, Allah tərəfindən heç bir Peyğəmbər və İmamın olmadığı, özbaşınalığın baş alıb getdiyi zamanlardır.
Buradan belə çıxır ki, ikinci cahiliyyə dövrü isə İslamın adından istifadə edilərək yayılan cəhalət, avamlıq və xurafat dövrüdür.
İlkin cahiliyyə dövrü ilə ikinci cahiliyyə dövrü arasındakı fərq budur ki, ilkin cahiliyyə dövründə insanlar etdikləri bütün hərəkət və əməllərə "biz ata-babalarımızdan belə görmüşük” deyə özlərinə bəraət qazandırırdılar, ikinci cahiliyyə dövründə isə insanlar etdikləri bütün hərəkətlərə görə "Quranda belə yazılıb, hədisdə belə gəlib” deyə özlərinə, daha doğrusu öz əməllərinə bəraət qazandırırlar.
Ayədə işlədilən zinət, yəni bərbəzəkdən məqsəd həm bədən və cismin gözəlliyi, həm də zinət əşyalarıdır. Ayənin mənası budur ki, öz təbii gözəlliklərinizi, bəzək əşyalarınızı və geyimlərinizi camaata göstərmək məqsədilə evdən çölə çıxmayın.
Deməli, ayə bu məsələni vurğulayır ki, özünüzü və zinətlərinizi başqalarına, xüsusilə də kişilərə göstərmək məqsədilə şəhərin kvartal, məhəllə və küçələrini gəzməyin. 
Ancaq zəruri məqsədlərə, məsələn, uşağı məktəb ya bağçaya aparmaq, işə getmək, qohumlarına baş çəkməyə getmək və sairə görə evdən çıxmağı Qurani-kərim heç bir qadına qadağan etmir. Qız və qadınlara qadağan edilən mövzu özlərini kişilərə göstərmək məqsədilə evdən çölə çıxmalarıdır.
Xanım Fatimeyi Zəhradan (ə) nəql edilən "qadın üçün ən yaxşısı onun kişiləri görməməsi, kişilərin də o qadını görməməsidir” hədisindən də məqsəd budur ki, qadınlar zərurət, ehtiyac və lüzüm olmadan evdən çölə çıxmasalar daha yaxşı olar.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
Nəfsin seçimi... .
Nəfsin seçimi... .
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.
Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
Hicabın tarixi
Hicabın tarixi
Hacı İlkin Qurani kərimin kəlmə kəlmə oxunuşu Kovsər surəsi
Hacı İlkin Qurani kərimin kəlmə kəlmə oxunuşu Kovsər surəsi
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
Hacı İlkin Qurani-Kərimin tarixi (4)
Hacı İlkin Qurani-Kərimin tarixi (4)
Hacı İlkin Qurani-Kərimin tarixi (3)
Hacı İlkin Qurani-Kərimin tarixi (3)
Hacı İlkin Qurani-Kərimin tarixi (2)
Hacı İlkin Qurani-Kərimin tarixi (2)
Hacı İlkin Qurani-Kərimin tarixi (1)
Hacı İlkin Qurani-Kərimin tarixi (1)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Qadının insani məqamı
Qadının insani məqamı
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))