Shia.az SonUmidTv media
sitename
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
.
Həyatda başqalarının təsiri altındayam, heç kimə "yox” deyə bilmirəm, halbuki həmin işi etmək istəmirəm. Yox sözünü deməyə qorxuram ki, birdən məndən inciyərlər. Çox vaxt başqalarının işini özümdən və ailəmdən qabağa salıram. Mən nə edim ki, öz ürək sözümü deyə bilim və çıxılmaz vəziyyətlərdən qurtulum?
.
- Başqalarının təsiri altına düşmək barədə niğaran olmayın, çünki insanın təbii xüsusiyyətlərindən biri də təsirlənmək, təsir altına düşməkdir.
Əgər təsir altına düşmək ağlabatan olarsa, məsələn, sizin səliqə-sahmanlı, nizam-intizamlı bir dostunuz var ki, dərslərində və işlərində çox ciddi, çalışqan və məsuliyyətlidir, belə bir şəxsin təsiri altına düşməyiniz və nəticədə sizin də ciddi və nizam-intizamlı olmağınız yaxşı şeydir. Çünki əsas budur ki, insan həyatda yaxşı nümunə və örnəklərdən istifadə etməlidir.
Əgər sizin "təsir altına düşmək”dən məqsədiniz başqaları tərəfindn həddən ziyadə təsirlənmək və iradənizin zəifliyinə görə hər mövzuda təsir altına düşməkdirsə bu, mənfi təsirlənmədir. Həddən çox başqalarının təsiri altına düşməmək üçün:
- Öz düşüncələrini formalaşdırın, yoxsa başqaları sizin fikirlərinizi formalaşdıracaq.
- İstəklərinizi həyata keçirin və əməli edin, yoxsa başqaları sizin üçün plan tərtib edəcək.
- Hər hansı işin ardınca getdikdə özünüzə belə bir sual verin : "Bu işin ardınca getməyim düzgündürmü?”
- Hər hansı hadisə ilə rastlaşdıqda və özünüzdə ona meyil yaranmadığını gördükdə bir anlığa səbir edin və bu təmayülün səbəbini tapın.
- Hər bir işi etməzdən əvvəl o işin ehtimal edilən aqibət və nəticələrini araşdırın.
- Həmişə hədəfiniz üzərində qalmağa çalışın.
.
Araşdırmalara görə başqalarının təsiri altına düşmək, özünün və ailəsinin haqqını başqalarının istəkləri qarşısında müdafiə edə bilməmək, öz fikir və istəklərini başqalarına deyə bilməməyin səbəbləri əsasən aşağıdakılardır:
1- Yetərincə özünəinam hissinə malik olmamaq
2- Özünü qüsurlu, möhtac və natamam sanmaq
3- Başqalarını daha böyük və mühüm bilmək
4- Başqalarında umacaq və intizarı çəkilən şeylərin olmasını fikirləşmək
Bu və sair səbəblər bir çox işləri etmək cürətini insandan alır, belə ki hətta öz nəzər və fikrini qarşı tərəfə deməyə gücü çatmır.
Belə adamlar əsasən özünü qüsurlu, natamam və nöqsanlı bilirlər, odur ki utancaqlıq onların ən məşhur xasiyyəti olduğu üçün başqaları ilə münasib və qarşılıqlı rabitə qura bilmirlər.
Çalişın elə bu gündən etibarən cəsarət və cürətinizi artırmaq, bunun ardınca isə özünəinam hissini özünüzdə gücləndirmək üçün 3 mühüm məharət və bacarıq ilə özünüzü təmin edin.
.
1- Çəkinmədən öz hisslərini açıqlayın.
Qarşı tərəfi ittiham etmədən və onların xətrinə dəymədən açıq şəkildə hiss və istəklərinizi "təəssüf edirəm, mənim başqa planım var” , "təəssüf edirəm, bu işi edə bilməyəcəm” , "bağışlayın sizinlə gedə bilməyəcəm” , "çox təəssüf, mən ora gələ bilməyəcəm” və sair bu kimi sözlərdən istifadə edin. Bu üslub sizi başqalarının gözündə daha hörmətli və izzətli edəcəkdir.
.
2- İnsanlarla yekdil və həmfikir olun.
İnsanlarla səmimi rabitənin güclənməsi yolundə yekdillik çox mühüm bir məharət və bacarıqdır. Əgər başqalarının arzu və istəklərini başa düşüb qəbul etsəniz, onlar sizin qərarınızı çox rahatlıqla qəbul edəcəklər. Bu, onların hər istəyini qəbul etmək mənasına deyil, əksinə siz onların istəyi ilə müxalif ola bilərsiniz, ancaq onların istəyini dərk etdiyinizi və onlara ehtiram etdiyinizi göstərməlisiniz.
.
3- Bacarıq və bilik.
Öz hisslərinizi qarşı tərəfə açıqlayaraq onlarla yekdil olduğunuzu göstərsəniz sizin işləriniz ağıl və müdriklik əsasında olacaqdır. Heç kim məcbur edilməyi xoşlamır. Başqaları sızı hər hansı işə məcbur etsələr geri çəkilmək əvəzinə öz istəyinizdə möhkəm dayanın, elə reaksiya verin ki, onların sevgisini özünüzə cəlb edə biləsiniz.
Həmçinin cürətli və qətiyyətli insanların rəftar və sözlərindən özünüz üçün nümunə və nüsxə götürə bilərsiniz. Görün, onlar nə deyirlər, necə deyirlər, sözlərini dedikləri vaxt əl-qol hərəkətlərini necə edirlər, təki onlardan ülgü götürə biləsiniz.
Sonda onu da deyək ki, cürət və cəsarət bacarığında uğur qazanmaq üçün əvvəlcə kiçik və az ziyanlı işlərdən başlamaq lazımdır. Həmçinin yadınızdan çıxmasın ki, hər hansı bir bacarıq və hünərə malik olmaq üçün davamlı məşq, ciddiyyət və çalışmaq lazımdır, bundan daha mühüm isə həmin bacarıq və hünəri yerində və düzgün şəkildə işlətməyi bacarmalısınız.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Mömində olmayan altı sifət
Mömində olmayan altı sifət
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
Üç mühüm istək
Üç mühüm istək
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Cənab Rəhbər Ayətullah Xameneinin yeniyetmələrə 12 tövsiyəsi:
Cənab Rəhbər Ayətullah Xameneinin yeniyetmələrə 12 tövsiyəsi:
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
ZAHİDLİK NÜMUNƏSİ
ZAHİDLİK NÜMUNƏSİ
Özünütərbiyə
Özünütərbiyə
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı
Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Allahın iftixar etdiyi gənc
Allahın iftixar etdiyi gənc
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Şeyx Ənsari və Şeytanın toru
Şeyx Ənsari və Şeytanın toru
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Həzrət Fatiməyə (səlamullahi əleyha) üç gün səlam verməyin təsiri....
Həzrət Fatiməyə (səlamullahi əleyha) üç gün səlam verməyin təsiri....
Müqəddəs İslam dinində ibadət bütün təlimlərin sərlövhəsidir
Müqəddəs İslam dinində ibadət bütün təlimlərin sərlövhəsidir
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))