Shia.az SonUmidTv media
sitename

Dostluq bəhanəsi ilə hörmətsizlikDostluq bəhanəsi ilə hörmətsizlik
.
İnsanlarla ünsiyyət və dostluq ilə əlaqədar ən mühüm incəliklərdən biri də həyatın bütün mərhələlərində, eniş və yoxuşlarında dostluq hüquqlarına düzgün riayət etməkdir. İnsan kimisə özünə dost seçdikdə tədriclə özünün səmimiyyət və açıqlıq qapısını dostunun üzünə açır. 
Bəzən bu dostluq və səmimiyyət onu dostunun hüquqlarına riayət etməyi unutdurur və bu da cəmiyyət içində dostunun hüquqlarına riayət etməməsinə səbəb olur. Hər bir insanın dostunun onun boynunda olan hüquqlarından biri də budur ki, insanların arasında dostunun hörmətini saxlasın, yaxşılıq edərkən dostunu irəli salsın, onun nəyəsə ehtiyaclı olduğundan xəbər tutan kimi ona tez yardım etsin...
Amma təəssüflər olsun ki, bəzi hallarda bu səmimiyyət və açıqürəklik cəmiyyət içində dostunun hüquqlarına riayət edilməməsinə, hətta bir çox hallarda dostunun özünü belə unutmasına səbəb olur.
Əlbəttə bu hal əsasən ondan qaynaqlanır ki, dostlar bir birlərinə çox açıq və səmimi olurlar, adətən bir birləri ilə səmimi olan insanlar öz aralarında hüquqlara az diqqət edirlər, hətta bir çox hallarda hər iki tərəf hüquqları tamamilə unudurlar. Məsələn: Öz aralarında dostluq və dərin səmimilik hiss etdikdə bir birlərinə "siz” ilə deyil, "sən” ilə müraciət edirlər. Belə şeylər adət şəklini alanda onlar cəmiyyət içində belə bir birləri ilə ehtiramsız və ictimai hüquqları nəzərə almadan davranırlar.
Diqqət edilməlidir ki, dostlar arasında belə bir tərzdə rəftar edilməsi dostluğu zəiflədir, dostluğun möhkəmliyini kölgə altına alır. Açıqlıq, səmimilik və birrəngli olmaq insanların arasında dostun hüququnun unudulmasına səbəb olmamalıdır, onun hüququna ehtiram etmək lazımdır. Çünki dostun hüququna ehtiram etmək həqiqi mənada dostun özünə ehtiramın əlamətidir. Səmimiyyət ehtiramsızlığa və ictimai hüquqlardan yayınmağa səbəb olmamalıdır. Çünki hər bir şəxsin cəmiyyətdə özünəməxsus mövqeyi və hüquqları vardır, elə buna görə də onun hüquqlarına və ictimai mövqeyinə ehtiram edilməlidir.
Bu əxlaqi incəlik və qaydaya hətta ailə həyatında da riayət edilməlidir. Təbiidir ki, ailədə ər və arvad bir birlərinə tam səmimi və xüsusi münasibətdə olmalı, bir birilərinə heç bir pərdə və maneə olmadan məhəbbət bəsləməlidirlər, lakin bu səmimiyyət və xüsusilik onların cəmiyyətdə və camaatın arasında da bir birləri ilə ailə daxilindəki kimi rəftar etmələrinə əsas ola bilməz. İctimai ehtiramlar insanın öz həyat yoldaşına da cəmiyyətin qəbul etdiyi tərzdə ehtiram etməyi, hətta danışıqda belə ehtiram və ədəbləri nəzərə almağı zəruriləşdirir.
Buna görə də onların evdə bir birlərinə xüsusi ad və ya ləqəblər vasitəsilə müraciət etmələri, onların cəmiyyətdə və insanların qarşısında da həmin müraciət kəlmələrindən istifadə etməyə səbəb ola bilməz.
Deməli, hər bir şəxs öz dostu və əzizi ilə münasibətdə qərar tutduğu vəziyyətin sərhədlərini nəzərə almalı, onları qorumalıdır. Səmimilik və həmrənglik bəhanəsi ilə ictimai ehtiramın sərhədlərini aşmamalıdır. Yoxsa bu növ sərhədaşmalar dostluğun əsasını titrədir və davamlığını təhlükə altına alır.
Əgər dostluq və yoldaşlığı bəhanə edib insanlar arasında ona ehtiram etməsək həqiqi dostluq tədriclə əriyərək yox olacaqdır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

لا تضيعن حق أخيك اتكالا على ما بينك وبينه ، فإنه ليس لك بأخ من أضعت حقه

"Dostunla sənin aranda olan səmimi əlaqəyə arxalanaraq dostunun haqqını (cəmiyyətdə) zay (puç) etmə. Həqiqətən cəmiyyət arasında onun sənin boynunda olan haqqlarına riayət etməlisən.”
əl-Vafi 26-cı cild 239-cu səhifə

Rza Əzizoğlu İrəvani

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Üç mühüm istək
Üç mühüm istək
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Nəfsin seçimi... .
Nəfsin seçimi... .
Məsləhət almaqla əlaqədar bir incəlik
Məsləhət almaqla əlaqədar bir incəlik
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Hicabın tarixi
Hicabın tarixi
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Loğmanın (ə) övladına nəsihəti
Loğmanın (ə) övladına nəsihəti
Övladların hamısına bərabər nəvaziş
Övladların hamısına bərabər nəvaziş
Müqəddəs İslam dinində ibadət bütün təlimlərin sərlövhəsidir
Müqəddəs İslam dinində ibadət bütün təlimlərin sərlövhəsidir
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Qadının insani məqamı
Qadının insani məqamı
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))