Shia.az SonUmidTv media
sitename

Ən ağlıllı insanlar kimlərdir?!
.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
أعقل الناس أقربهم من الله
أعقل الناس أبعدهم عن كل دنية

"İnsanların ən ağıllısı Allaha ən yaxın olan, eləcə də günah və alçaqlıqlardan ən uzaq olan insanlardır.”
əl-Əqlu vəl-cəhl 139-cu səhifə

Əmirəlmöminin Əli əleyhissalam bu hədisdə insan ağlının kamal səviyyəsini təyin etmişdir. Son dərəcə dəyərli və qiymətli olan bu hədis hər bir insana düzgün həyat yolunu göstərməkdədir. 
Deməli, insanın ağlının tərəqqi etməsinin təzahürü həmin insanın Allaha yaxınlaşması və çirkinliklərdən, zillətdən uzaq olmasındadır.
Dostlar, baxın, maqnit harada dəmir qırıntıları olarsa onları özünə cəzb edir. Əgər bir miqdar pambığı maqnitə yaxınlaşdırsaq maqnit həmin pambığı özünə sarı çəkməyəcək. Lakin əgər biz həmin pambığın arasına bir qədər dəmir qırıntıları qoysaq onda maqnit həmin pambığı özünə çəkərək cəzb edəcəkdir. Burada əslində maqnitə sarı cəzb edilən pambıq deyil, əksinə pambığın içində olan dəmir qırıntılarıdır.
Günahlar sanki bir maqnit və haram tikə isə dəmir qırıntılarıdır. Əgər insan haram yeməklərdən uzaq olarsa o, pambıq kimi maqnitin yanından keçəcək və maqnit, yəni günahlar həmin insanı cəzb edə bilməyəcək. Amma insan haram yemək yedikdə günahların kənarından keçə bilməyəcək və maqnitə, yəni günahlara cəzb ediləcəkdir.
Bu, haram tikə və haram yeməyin xasiyyətidir. 
Bunun əks misalı isə budur ki, Savablar və yaxşı işlər sanki bir maqnit və halal tikə, halal yemək isə sanki dəmir qırıntılarıdır. Əgər bir insanın yeməyi və qazancı haramdan olarsa həmin insan o pambıq kimi savab işlərin və yaxşılıqların yanından keçəcək, Və maqnit, yəni yaxşı işlər həmin insanı özünə cəzb etməyəcəkdir. 
Amma əgər insanın yeməyi yüz faiz halal olarsa insan yaxşılıqlardan, savab işlərdən uzaq olmayacaq və maqnit, yəni savab və yaxşı işlər həmin insanı özünə cəzb edəcəkdir. İbadətlərin yanından keçəndə ibadətlər onu cəzb edəcəkdir. Ziyarətgahların, İmamzadələrin yanından keçəndə həmin insanda ziyarət etmək ruhiyyəsi və meyli baş qaldıracaqdır. Məscidlərin yanından keçəndə məscidə daxil olaraq namaz qılmaq və Quran oxumaq istəyi onda baş qaldıracaqdır. Əxlaq dərslərinə, moizələrə, şəhidlərin türbətlərinə, qohumlarla yaxınlarla görüşməyə... həmin insanın qəlbində meyl və istək yaranacaqdır.
Bu, halal tikənin və halal qazancın xasiyyətidir. Halal tikə, halal yemək, halal qazanc insanın qəlbini nurlandırır. İnsanın halal (düzgün) düşünməsinə, halal (düzgün) əməl etməsinə səbəb olur.
Bütün itaətlər, ibadətlər, yaxşılıqlar və savablar cəzbetməyə və təmayülə malikdirlər. Bunların hamısının halal yemək ilə, halal qazanc ilə qarmoniyaları, uyğunluqları vardır. Hətta nəinki təkcə halal tikə, bəlkə halal məskən, halal paltar, halal iş və sair. Halal yolla əldə edilmiş mənzil insanı həmin evdə ibadətlərə, qonaqlıqlara, imam məclisləri keçirməyə, Quran oxumağa ... cəzb edir.
Amma əgər həmin mənzil haram yolla əldə edilmiş olarsa insan həmin evdə qeybət etməyə ... meylli olur.
İnsan haram yedikdə onun düşüncəsi də haram olur. Bu da bəllidir ki, insanın əməli onun düşüncəsindən asılıdır. Düşüncəsi haramdan yoğrulmuş insanın əməl və rəftarı da haram olacaqdır. Belə olduqda həmin insan camaata pislik edəcəkdir, insanlara böhtan atacaqdır, insanları əziyyət edəcəkdir. Sözün qısası belə adamlardan hər bir cinayəti gözləmək olar. Tarix də buna sübutdur.
Bəşər tarixinin ən böyük müsibəti Kərbəla müsibətidir. Bu sual hamını düşündürmüşdür ki, necə oldu ki, sevimli peyğəmbər həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- vəfatından 50 il sonra” müsəlmanlar” zamanın İmamını və Peyğəmbərin övladını qətlə yetirdilər?!
Bu sualın cavabını hımin zamanın İmamı özü vermişdir.
İmam Hüseyn əleyhissalam Kərbəlada aşura günü üzünü onunla müharibəyə gəlmiş dıqnaqarası müsəlmanlara tutub onların niyə İmamı öldürməyə gəlmələrinin səbəbini belə açıqladı:

فَقَدْ مُلِئَتْ بُطُونُكُمْ مِنَ الْحَرَامِ وَ طُبِعَ عَلَى قُلُوبِكُمْ

"Həqiqətən sizin qarınlarınız haram ilə doludur və beləliklə də qəlblərinizə möhür vurulmuşdur.”
Biharul ənvar 45-ci cild 8-ci səhifə
Ləvaicul əşcan 129-cu səhifə

Sonda onu da xatırlayaq ki, halal ilə haram qarışanda, itaət ilə qünahlar da qarışırlar.

 

 

 


Rza Əzizoğlu İrəvani

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
“Qarnını və orada olanları unutma”
“Qarnını və orada olanları unutma”
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
İman
İman
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
İlahi sevgi
İlahi sevgi
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
ZÖHD "Zöhd"
ZÖHD "Zöhd"
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
Fitrə zəkatı
Fitrə zəkatı
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
Kamil insan - İmam Əli (ə)
Kamil insan - İmam Əli (ə)
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Qadının iddəsi :
Qadının iddəsi :
Daha çox oxumaq istəyirsən? )))