Shia.az SonUmidTv media
sitename

 

Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
.
Qurani-kərim yalnız yaxşı nümunə və örnəklərli insanlara təqdim etməklə kifayətlənmir, üstəlik aqibəti pis olanlar və azğınların xüsusiyyətləri barədə də bizi məlumatlandırır, təki insanlar pislərdən ibrət alsınlar və onların düşdüyü pis və yanlış yola düşməsinlər; yaxşıları isə özlərinə örnək və nümunə bilsinlər, onların vasitəsilə hidayət yolunda möhkəm addımlarla irəliləsinlər.
Ümumilikdə, Qurani-kərim İlahi qəzəbə düçar olanları, o cümlədən; Qarunlar, Fironlar, Münafiqlər, Təcavüzkarlar, Zalımlar, Xəyanətkarlar və sairin pis aqibətlərini bizlərə açıqlamış, onların əsas xüsusiyyətlərinin İmansızlıq, İnamsızlıq, Nəfsin istəklərinə itaət, canlı və cansız bütlərə pərəstiş etmək, Cahillik, Elmsizlik və Allahın göstərişlərinin əksini etməyə meyilli olduqlarını bizlərə tanıtdırır.
.Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
1- İlahi qəzəbə düçar olanlar və azğınlar
.
Biz hər gün dəfələrlə Fatihə surəsini oxuyuruq. Surənin sonunda "(bizi) nemət verdiyin kəslərin yoluna (yönəlt), Sənin qəzəbinə düçar olmuş adamların və azğınların yoluna yox” ayəsini oxuyuruq.
Bu ayəyə əsasən iki yol vardır, onların biri düz yoldur. Bu həmin yoldur ki, Allah Taala o yol ilə gedənlərə nemət vermişdir. Onlar Peyğəmbərlər, Siddiqlər (kamil insanlar), Şəhidlər və Saleh əməl əhlidir. 
Bu yolun əks tərəfində isə səhv və yanlış yolda olanlardırlar. Hər namazda biz bu iki yolu xatırlamalı və düzgün seçimimizdə sabitqədəm olmağa və mənəvi yolda tərəqqiyə nail olmağa can atmalıyıq.
Deməli, bəşəriyyət mənəvi tərəqqi və təkamül yolunda irəliləmək üçün İlahi qəzəbə düçar olmuş adamları və azğınları özünə örnək və nümunə etməməlidir.
.
2- Xəyanətkarlar
.
Həzrət Lut və həzrət Nuhun arvadları İlahi peyğəmbərlərin həyat yoldaşı və onların evində olmalarına baxmayaraq küfr, inamsızlıq və xəyanət nümunəsidirlər. 
Qurani-kərim Təhrim surəsinin 10-cu ayəsində buyurur:

ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُواْ امْرَأَتَ نُوحٍ وَ امْرَأَتَ لُوطٍ كَانَتَا تحَتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَلِحَينْ‏ِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنهْمَا مِنَ اللَّهِ شَيْا وَ قِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ

"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.”
.
3- Kafirlər və münafiqlər
.
Qurani-kərim Əhzab surəsinin 48-ci ayəsində buyurur:

وَ لَا تُطِعِ الْكَفِرِينَ وَ الْمُنَفِقِينَ وَ دَعْ أَذَئهُمْ وَ تَوَكَّلْ عَلىَ اللَّهِ وَ كَفَى‏ بِاللَّهِ وَكِيلًا

"Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha təvəkkül et. Allahın sənə vəkil olması kifayət edər.”
.
4- İsraf edənlər, yəni həddi aşanlar
.
Qurani-kərim Şüəra surəsinin 151-ci ayəsində buyurur:

وَ لَا تُطِيعُواْ أَمْرَ الْمُسْرِفِينَ

"Həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!”
İsraf, varlıq aləminin və şəriətin qanunlarında həddi aşmaqdır. İsraf sözü Qurani-kərimə əsasən bir çox mənaları ehtiva edir, o cümlədən: Yemək və içməkdə (Əraf -31), Qisas və İntiqamda (İsra-33), Bəxşiş və Xərcləməkdə (Furqan-67), Hökm çıxarmaqda (Ğafir -28), Əqidə və Etiqadda (Ğagir -34), malik olduğu Güc və Vəzifədə (Duxan -31) israfçılıq və həddi aşmaqdan söz açılır.
.
5- Fitnə-fəsad törədənlər
.
Qurani-kərim Əraf surəsinin 142-ci ayəsində buyurur:

وَ لَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

"..

.və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

Rza Əzizoğlu İrəvani


 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Doğru yol İmam Əlinin (ə) özüdür!
Doğru yol İmam Əlinin (ə) özüdür!
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Qurani Kərimin cazibədarlığı
Qurani Kərimin cazibədarlığı
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
İsrafçılıq Qurani-Kərimdə və hədislərdə
İsrafçılıq Qurani-Kərimdə və hədislərdə
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna  Qurani-kərim xətm olunacaq
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna Qurani-kərim xətm olunacaq
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Daha çox oxumaq istəyirsən? )))