Shia.az SonUmidTv media
sitename
Bəzi günahlar o qədər ağırdır ki, insanın axirətini yandırar. Ona düçar olmaq həyatın bünövrəsini sarsıdar. Hər bir günah İlahi qəzəbə səbəb olar. Lakin bəzi günahlar başqalarından daha ağırdır. İnsanın həm axirətinə və həm də aqibətinə təsir qoyar.

1. Allahın müqəddəs adlarının çəkilməsi.İlahi ərşi titrədən 5 əməl

Dua mədəniyyətində oxuyuruq ki, dua etməzdən əvvəl Allahın müqəddəs adlarının çəkilməsi hacətin yerinə yetməsinə təsir qoyar. Həzrət Peyğəmbər (s) Əbdülmüttəlib övladlarına belə buyurur: "Ey Əbdülmüttəlib övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın. Canım əlində olan Allaha and olsun ki, o bəndə ki, dinində ixlasla bu kəlmələrlə Allahı çağırar, məgər o halda ki, ərş ona xatir titrəyər”.

2. İlahi ərşi narahat edən günahlar – ağır günahlardır. 

Bu cür ağır günahlardan biri də yetimi narahat etmək və incitməkdir. İslami mənbələrdə oxuyuruq ki, Allah yetimlərin haqqının qorunmasını vacib buyurmuş və bunu əhəmiyyətli mövzulardan hesab etmişdir. Bu haqqa qarşı laqeyd olmaq İlahi əzab gətirər. "(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar”. ("Maun” 1-2).

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Həqiqətən, o zaman ki, yetim ağlayar, İlahi ərş titrəyər. Allah Təala buyurar: "Kim kiçik yaşlarından ata və ya anasını itirmiş bu bəndəmi ağladıb? İzzətimə and olsun ki, hər kim onu sakit edər, məgər o halda ki, behişt ona vacib olar””.

3. Günahkarı mədh etmək.

İmam Əli (ə) buyurur: "Həddən artıq mədh və tərifləmək yaltaqlıqdır və həddən artıq azı isə gücsüzlük və ya həsəddir”.

Hər kim nalayiq insanı tərifləyərsə, İmam Həsən Əsgərinin (ə) buyurduğu kimi ittiham oluna bilər. Yəni, əgər dünya və mal-dövlətə çatmaq üçün olarsa bu cür tərif, tərifləyəni belə etibardan salar. Həm də təriflənən şəxs üçün ziyan gətirər. Çünki onu məğrur və təkəbbürlü edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Tərifləyənlərin üzünə torpaq tökün”. Yəni, yaltaqlıq üçün meydan yaratmayın. Yersiz tərif riyakarlıq yaradar.
Həzrət (s) başqa yerdə buyurur: "Nə zaman pis əməl sahibi təriflənər, ərş titrəyər, Allah qəzəbə gələr”.

4. Təlaq.

İmam Sadiq (ə) buyurur ki, Allahı təlaq kimi heç bir əməl bu qədər qəzəbləndirməz. Həzrət Peyğəmbər (s) buyurur: "Evlənin və təlaq verməyin ki, təlaqdan ərş titrəyər”.

5. Allaha vəzifə təyin etmək.

İnsanlardan bəziləri adət edib ki, Allahın hansısa bir işində şəkkə düşsə, Allaha vəzifə təyin edər. Yəni, deyər ki: "Əgər Allah bu işi görməsəydi, daha yaxşı olardı”. "Allahım, bu nə dünyadır ki, yaratmısan?”. Bütün bu sözlər insanın küfründən, mərifətin olmamasından qaynaqlanır. Bu yersiz sözlər İlahi ərşi titrədər və İlahi qəzəbə səbəb olar. Hədislərin birində oxuyuruq: "Hər kim bilmədiyi şeyi Allaha öyrətməyə qalxarsa, İlahi ərş titrəyər”.
ahlibeyt.ge
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
ORUCUN NƏTİCƏSİ
ORUCUN NƏTİCƏSİ
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İman
İman
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
Qəlbi xəstə edən amillər.
Qəlbi xəstə edən amillər.
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))