Shia.az SonUmidTv media
» » » Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar
Русская версия сайта Русская версия сайта
sitename

TəyəmmümDəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar

Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar:

Məsələ 612: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilir.

Birinci hal

Dəstəmaz və qüsl üçün ehtiyat duyulan həddə suyun olmaması;

Məsələ 613: İnsan şəhərdə, yaşayış məntəqəsindəolduğu vaxt su tapa bilməsə, sudan ümidini üzənədək axtarış aparmalıdır. Amma çöl şəraitində yer dağlıq, hündür-alçaq, ağac kimi maneələr olarsa, bir ox həddində (mərhum Məclisi bir ox həddini 200 addım saymışdır) dörd istiqamətdə su axtarılmalıdır. Əgər yer hamar və maneəsiz olarsa, dörd istiqamətdəiki ox məsafəsindəaxtarış aparılır. Hansı tərəfdə su olmadığınaəmindirsə axtarışa ehtiyac yoxdur. Əgər dörd tərəfdən bə’zisi hamar, bə’zisi maneəli olarsa, hər tərəfin özünə müvafiq axtarış aparılır.

Məsələ 614: Əgər bir şəxs əmin olarsa ki, göstərilən məsafədən bir qədər uzaqda su var və namazın vaxtı dar deyil, su ardınca getməlidir. Bu iş çox məşəqqətli olarsa, bir qədər uzaqda su olduğuna əminlik varsa da, axtarış lazım deyil.

Məsələ 615: İnsan su ardınca inandığı bir adamı göndərə bilər. Bir neçə nəfər tərəfindəngöndərilən bir nəfərin də axtarış aparması kifayat edər.

Məsələ 616: Əgər namaz vaxtından öncə axtarış aparılsa və su tapılmasa, namaz vaxtınadək həmin yerdə qaldıqda ikinci dəfə su axtarışınaehtiyac yoxdur. Yalnız həmin məhəllin vəziyyətidəyişsə axtarışa ehtiyac olar. Bir namazda dəstəmaz üçün axtarış aparmışsa, nə qədər ki, şərait dəyişməyib, o biri namazlar üçün də axtarışa ehtiyac yoxdur.

Məsələ 617: Namazın vaxtı dar olduqda su axtarışı səbəbindən vaxt ötəcəksə və ya hər hansı təhlükə varsa, axtarışa ehtiyac yoxdur. Əgər bir qədər axtarmaq imkanı varsa həmin qədərlə kifayatlənmək lazımdır.

Məsələ 618: Bir şəxs bilərəkdən axtarış aparmasa ki, namazın vaxtı daralsın, günaha yol vermişdir. Amma bu şəxsin təyəmmümlə qıldığı namaz düzgündür.

Məsələ 619: Bir şəxs su tapmayacağına əmin olub axtarış aparmasa və təyəmmümlənamaz qılsa, sonradan başa düşsə ki, axtarış aparsaydı su tapardı, namazı batildir. Eləcə də əgər axtarışdan sonra təyəmmüm edib namaz qılarsa, sonradan anlayarsa ki, axtarış apardığı yerdə su olub vacib ehtiyata əsasən, namazını təzələməlidir. Namazın vaxtı keçmişsə onun qəzasını qılmaq lazımdır.

Məsələ 620: Dəstəmazıolan şəxs bilərsə ki, dəstəmazıpozulsa dəstəmaz ala bilməyəcək, böyük məşəqqət yaratmasa namazadək dəstəmazınıqorumalıdır. Hətta dəstəmaz üçün su tapa bilməyəcəyini ciddi ehtimal etsə, eləcə də sonradan suyun tapılmayacağını bilsə, vacib ehtiyata əsasən, dəstəmazını qorumalıdır.

Məsələ 621: Əgər yalnız dəstəmaz və ya qüsl üçün su varsa və bu su boş yerə işlənsə su tapılmayacağı mə’lumsa, namazın vaxtı daxil olduqda onu boş yerə işlətmək haramdır. Vacib ehtiyat budur ki, namazın vaxtından öncə də bu su boş yerə işlədilməsin. Ağlabatanehtimal varsa ki, su boş yerə işlədilsə, başqa su tapılmayacaq,vacib ehtiyata əsasən, suyu saxlamaq lazımdır. Bütün bu hallarda suyun boş yerə işlədilməsi yanlış addımdır, amma belə bir şəxsin təyəmmümlə namazı düzgündür.

İkinci hal

Məsələ 622: Quyuda su olduğu halda onu çıxarmaq üçün bir vasitə yoxdursa və su əldə etmək mümkün deyilsə, təyəmmüm olunmalıdır.Su adətən insanlarındözə bilmədiyi bir məşəqqətlə əldə edilirsə, təyəmmüm etmək olar.

Məsələ 623: Əgər quyudan suyu çıxarmaq üçün vasitəyə ehtiyac varsa, bu vasitə əldə olunmalıdır.Onu kirayəyə də götürmək olsa, bu iş görülməlidir.Hətta bir neçə qat baha olsa da, vasitə əldə olunmalıdır.Amma vasitə və ya su əldə etmək üçün elə bir xərc lazım gəlsə ki, bu xərc insanın vəziyyətinəzərərli olsun, bu işi görmək vacib deyil.

Məsələ 624: Əgər su əldə etmək üçün borc götürmək zəruri olarsa bu iş görülməlidir. Amma insan borcu ödəmək gücündə olmadığını bildikdə borc götürməsi vacib deyil. Bir şəxs minnət qoymadan bir qədər su verərsə onu qəbul etmək lazımdır.

Üçüncü hal

Məsələ 625: Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan,müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.

Məsələ 626: Göz xəstəliyi olan və suyun bu xəstəliyəzərər verəcəyini bilən insan gözünün ətrafını yuya bilsə dəstəmaz almalıdır. Əks təqdirdə təyəmmüm edilir.

Məsələ 627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə vacib ehtiyat budur ki, təyəmmüm etsin, əgər qılıbsa namazını təzələsin.

 

Dördüncü hal

Məsələ 628: Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindənvə ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.

Məsələ 629: Pak sudan əlavə bir qədər murdar su varsa, murdar sudan istifadə edə bilməz. Namaz üçün təyəmmüm edib, pak suyu içmək üçün saxlamalıdır. Amma murdar suyu heyvana verməyin eybi yoxdur.

Beşinci hal

Məsələ 630: Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa,bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqdasuyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır.

Altıncı hal

Məsələ 631: Əgər su və ya onun qabı qəsbi olarsa və ya qab qızıl-gümüşdən olarsa və başqa bir qab tapmaq mümkün olmasa, dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir.

Yeddinci hal

Məsələ 632: Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsininvaxtı ötəcəksə, təyəmmüm edilməlidir.

Məsələ 633: Əgər bir şəxs bilərəkdən namazı o qədər yubatsa ki, dəstəmaz və qüslə vaxt qalmasın, günaha yol vermişdir. Amma onun təyəmmümləqıldığı namaz düzgündür. Müstəhəb ehtiyat budur ki, həmin namazın qəzasını da yerinə yetirsin.

Məsələ 634: Bir şəxs vaxtın dar olub-olmadığınıbilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindənqorxarsa təyəmmüm etməlidir.

Məsələ 635: Bir şəxs vaxt dar olduğu üçün təyəmmüm edib namaza başlasa, namaz arasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazları həmin təyəmmümləqıla bilər.

Məsələ 636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə "İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.

Nələrə təyəmmüm etmək olar?

Məsələ 637: Bir neçə şeyə təyəmmüm etmək düzgündür: torpaq, çınqıl, qum, kəsək (bir-birinə yapışmış torpaq) və daş. Bir şərtlə ki, bütün bunlar pak və bir qədər tozlu olsun.

Məsələ 638: Əhəng daşı, gəc daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahiratatəyəmmüm etmək olmaz. Vacib ehtiyat budur ki, bişmiş gəc və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.

Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəkitoza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasavacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin.Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs "faqidut-təhureyn” adlanır.

Məsələ 640: Su tapılmadıqda qar və ya buz olarsa, mümkün olan şəraitdə onları əritmək və dəstəmaz, qüsl üçün istifadə etmək lazımdır.

Məsələ 641: Əgər saman və ya bu kimi şeylər torpaq və ya quma qatışarsa, onlara təyəmmüm etmək olmaz. Amma o qədər az olarsa ki, torpaq və ya qumda itmiş sayılsın, təyəmmüm etmək olar.

Məsələ 642: Təyəmmüm üçün torpaq və bu kimi şeylər tapılmasa, bu şeyləri almaq mümkün olduqda alınması vacibdir.

Məsələ 643: Gildən divara təyəmmüm etmək olar. Müstəhəb ehtiyat budur ki, quru yer və quru torpaq olan halda nəmli yer və torpağa təyəmmüm edilməsin.

Məsələ 644: Təyəmmüm edilən şey vacib ehtiyata əsasən, qəsbi olmamalıdır. Amma qəsbi olduğu bilinmirsə və ya unudulmuşsatəyəmmüm etmək düzgündür. Amma insan özü onu qəsb etmiş olsa təyəmmüm edə bilməz.

Məsələ 645: Bir şəxs qəsbi yerdə həbs olunmuşsa, oradakı torpaq və ya daşa təyəmmüm edib namaz qıla bilər.

Məsələ 646: Qeyd olundu ki, imkan olan yerdə tozlu şeyə təyəmmüm edilməlidir. Əl ona vurulduqdan sonra müstəhəbdirki, artıq tozun getməsi üçün əli çırpmaq müstəhəbdir.

Məsələ 647: Bulaşıq, çökək, yol kənarındakı, şoranlıq (üzünün yığılmadığı halda) yerə təyəmmüm etməmək daha yaxşıdır. Əgər şoranlıq yerin üzünün duzu yığılmamışsa ona təyəmmüm etmək batildir. Təyəmmüm ediləsi yer elə bulaşıqdırsa ki, xəstəlik qorxusu yaranır, vacib ehtiyata əsasən, namazı təyəmmümsüz qılıb sonradan qəzasını yerinə yetirsinlər.

Təyəmmümün qaydası

Məsələ 648: Təyəmmüm üçün əvvəlcə niyyət edilir. Sonra hər iki əlin içi birlikdə təyəmmüm ediləcək şeyə vurulur. Sonra hər iki əl vacib ehtiyata əsasən, tük bitən yerdən başlayaraq bütün alın, onun iki tərəfi, qaşlar və burunun üzərinə çəkilir. Vacib ehtiyat budur ki, qaşlara da məsh çəkilsin. Sonra sol əlin içi sağ əlin arxasına, sağ əlin içi sol əlin arxasına çəkilir.

Təyəmmümün hökmləri

Məsələ 649: Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasında fərq yoxdur. Amma müstəhəb ehtiyat budur ki, qüsl əvəzinə təyəmmümdə əllər ikinci dəfə yerə vurulsun və sol əl sağ əlin arxasına, sağ əl sol əlin arxasına çəkilsin.

Məsələ 650: Təyəmmümdəbütün alın və əllərin arxasına məsh çəkilməlidir. Əgər azca bir hissəsinəməsh çəkilməsə təyəmmüm batildir. Bu işin bilərəkdən və ya unutqanlıqdan olmasının fərqi yoxdur. Amma həddən ziyada diqqət də lazım deyil. Bütün alına və əllərin arxasına məsh çəkilməsininsöylənilməsi bəs edər.

Məsələ 651: Bütün alın və əllərin üzərinə məsh çəkildiyinəarxayın olmaq üçün onların ətrafını da məshə daxil etmək lazımdır. Amma barmaqlarınarasına məsh çəkmək lazım deyil. Vacib ehtiyat budur ki, alına və əllərin arxasına yuxarıdan aşağıya məsh çəkilsin. Təyəmmümdəkiişlər ardıcıl yerinə yetirilməlidir. Əgər arada təyəmmüm şəklini pozacaq fasilə verilərsə təyəmmüm batildir.

Məsələ 652: Niyyətdə qüsl, yoxsa dəstəmaz əvəzinə təyəmmüm edildiyini müəyyənləşdirməyə ehtiyac yoxdur. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işin görülməsi bəs edər. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi gördükdə birinin əvəzinə o birini niyyət etməyin eybi yoxdur və təyəmmüm düzgündür.

Məsələ 653: Vacib ehtiyata əsasən, təyəmmüm üzvləri və əllərin içi pak olmalıdır. Amma əlin içi murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, həmin vəziyyətdətəyəmmüm edilir.

Məsələ 654: Təyəmmüm edərkən təyəmmüm üzvlərindəolan maneələri təmizləməklazımdır. Əgər barmaqda üzük varsa onu çıxarmaq lazımdır. Hətta alını örtmüş saç kənarlaşdırılmalıdır. Hər hansı maneə olduğu ehtimal edildikdə axtarış aparmaq lazımdır.

Məsələ 655: Əgər alında, əllərin arxasındavə ya içində yara varsa və yaraların örtüldüyü parçanı açmaq mümkün deyilsə, müəyyən zərəri varsa, həmin halda təyəmmüm edilməlidir.

Məsələ 656: Özü təyəmmüm etməyə qadir olmayan şəxs naib tutmalıdır. Yə’ni bir şəxs onun əllərini torpağa vurmalıdır. Mümkün olmadıqdaəlləri torpağa qoyulur, sonra öz əli ilə təyəmmüm edilir. Bu da mümkün olmasa, naib özü təyəmmüm ediləcək şeyə əlini vurub həmin şəxsin alnına və əllərinə çəkir.

Məsələ 657: Təyəmmümübaşa çatdırdıqdan sonra onun düzgün yerinə yetirilib-yetirilmədiyinə şübhə yaranarsa, bu şübhələrəəhəmiyyət verilmir. Əgər təyəmmüm gedişində şək yaranarsa vacib ehtiyat budur ki, şübhəli hissəni yenidən yerinə yetirsin.

Məsələ 658: Vəzifəsi təyəmmüm olan şəxs namaz vaxtından öncə təyəmmüm edə bilməz. Amma vacib və ya müstəhəb bir iş üçün təyəmmüm edərsə, namazadək üzrü yerində qalsa, həmin təyəmmümlə namaz qıla bilər.

Məsələ 659: Vəzifəsi təyəmmüm olan şəxs əmin olsa və ya ehtimal etsə ki, vaxtın sonunadək üzrü yerində qalacaq, əvvəl vaxtda təyəmmüm edə bilər. Amma əmin olsa ki, son vaxtadək üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, gözləməlidir.

Məsələ 660: Təyəmmümlənamaz qılan şəxs qəza namazlarını da təyəmmümlə qıla bilər. Amma üzrünün tezliklə aradan qalxacağını bilərsə səbr etməlidir. Vacib ehtiyata əsasən, üzrünün aradan qalxmasına ümid etdikdə, gözləməlidir.

Məsələ 661: Dəstəmaz ala bilməyən və ya qüsl verə bilməyən şəxs müstəhəb namazlarıtəyəmmümlə qıla bilər. Hətta gecə namazı üçün vaxt dar olduqda təyəmmüm etmək mümkündür.

Məsələ 662: Bir şəxs su olmadığındanvə ya başqa bir səbəblə təyəmmüm etsə, sonradan su tapsa və ya üzrü aradan qalxsa, təyəmümü öz-özünə batil olur.

Məsələ 663: Dəstəmazıbatil edən işlər dəstəmaz əvəzinə təyəmmümüdə batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.

Məsələ 664: İnsana bir neçə qüsl vacib olarsa və qüsl verə bilməzsə, bütün qüsüllərin əvəzinə bir təyəmmüm bəs edər.

Məsələ 665: Əgər qüsl əvəzinə təyəmmüm edilərsə, dəstəmaz almaq və ya dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Bu qüsl cənabət qüslü və ya başqa bir qüsl ola bilər. Müstəhəb ehtiyat budur ki, başqa qüsüllərdə dəstəmaz alsın. Dəstəmaz ala bilməsə dəstəmaz əvəzinə təyəmmüm etsin.

Məsələ 666: Qüsl əvəzinə təyəmmüm edən şəxs sonradan dəstəmazıpozan bir iş görsə, sonrakı namazlar üçün yalnız dəstəmaz almalıdır. Dəstəmaz ala bilməsə onun əvəzinə təyəmmüm edir.

Məsələ 667: Vəzifəsi təyəmmüm olan şəxs başqa bir iş üçün təyəmmüm etsə, təyəmmümü və üzrü gücündə qalanadək dəstəmaz və qüsl tələb edən bütün işləri görə bilər. hətta vaxt dar olduğundan təyəmmüm edərsə, bu təyəmmümləQur’an xəttinə toxuna bilər və dəstəmaz tələb edən başqa işləri görə bilər.

Məsələ 668: Təyəmmümləqılınan namazların qəzasını yerinə yetirmək lazım deyil. Amma bir neçə halda müstəhəb ehtiyat budur ki, həmin namazlar təzələnsin:

1. Su olmayan və ya suyun zərərli olduğu vaxtlarda özünü cünub etmiş insanın təyəmmümləqıldığı namazlar.

2. İnsanın bilərəkdən su axtarışınagetməyib vaxt dar olan zaman təyəmmümləqıldığı namazlar (sonradan anlayır ki, axtarış aparsaydı su tapardı).

3. Yaxında su olmadığınıbildiyi halda əlində olan suyu boş yerə işlədən insanın təyəmmümlə qıldığı namazlar.

Ayətullahül-üzma Məkarim Şirazi

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
Təyəmmümün qaydası bu tərtiblədir
Təyəmmümün qaydası bu tərtiblədir
FİZİKİ SAĞLAMLIQ
FİZİKİ SAĞLAMLIQ
NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR
NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR
Daim dəstamazlı olmaq
Daim dəstamazlı olmaq
Fitr bayramı namazının qaydası
Fitr bayramı namazının qaydası
“Şəkk günü”ndə niyyət etmək
“Şəkk günü”ndə niyyət etmək
BÜTÜN HALLARDA DƏSTƏMAZ
BÜTÜN HALLARDA DƏSTƏMAZ
Səfərə çıxanın [müsafír] namazı (1 -4 ci hissə)
Səfərə çıxanın [müsafír] namazı (1 -4 ci hissə)
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
HӘMİŞӘ DӘSTӘMAZLI OLMAGIN FAYDALARI
HӘMİŞӘ DӘSTӘMAZLI OLMAGIN FAYDALARI
Dəstəmaz nurdur
Dəstəmaz nurdur
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Oruc tuta bilməyən şəxslər
Oruc tuta bilməyən şəxslər
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Orucun vacib olması
Orucun vacib olması
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Qəza və kəffarə vacib olan yerlər
Qəza və kəffarə vacib olan yerlər
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazını vacib edən şəri səbəblər
Hacı Əhliman Fiqh təlimi (Təyəmmüm və Nəcasət)
Hacı Əhliman Fiqh təlimi (Təyəmmüm və Nəcasət)
Hacı Əhliman Fiqh təlimi (Təyəmmüm)
Hacı Əhliman Fiqh təlimi (Təyəmmüm)
Həmişə dəstəmazlı olmağın faydaları
Həmişə dəstəmazlı olmağın faydaları
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMAZIN Qılınma qaydası
NAMAZIN Qılınma qaydası
Daha çox oxumaq istəyirsən? )))