Shia.az SonUmidTv media
sitename

 

Hansı hallarda təyəmmüm edilir:Hansı hallarda təyəmmüm edilir:

1.Dəstəmaz almaq və ya qüsl etmək üçün su əldə etmək mümkün olmasa. Yaxud ümumiyətlə su olmasa və ya su olsa da, dəstəmaz alan və ya qüsl edən şəxs onu əldə edə bilməsə. Məsələn, suyu quyudan çəkmək üçün bir vasitə olmasa.

2.Suyun istifadəsi insanın səhhəti üçün ziyanlı olsa.

3.Əgər insan qorxuya düşsə ki, suyu dəstəmaz və qüsl üçün istifadə edərsə, özü və ya ondan asılı olan insanlar susuz qalarlar.

4.İnsan mövcud su ilə namaz qılmaq üçün bədən və ya paltarını paklasa.

5.Sudan və ya suyun qabından istifadə etmək haram olsa; məsələn, su və ya qab qəsbi olsa.

6.Namaz vaxtı dar olsa ( namaz vaxtının qurtarmasına çox az qalsa) və insan dəstəmaz alacağı və ya qüsl verəcəyi təqdirdə namazın hamı-sı və ya bir hissəsi namazın vaxtından xaric qılınarsa

Diqqət:

• Əgər dəstəmaz almaq və ya qüsl verməyin insana zərəri olsa (yəni, suyun istifadəsinin zərəri olsa), yaxud bunları yerinə yetirmək üçün insan məşəqqətə düşsə, dəstəmaz və ya qüsl əvəzinə təyyəmmüm etmək lazımdır. Belə ki, dəstəmaz alsa və ya qüsl versə, düz deyil (yəni, bahildir).

• İnsan dəstəmaz və ya qüslün ona zərəri olduğunu (məsələn, xəstələ-nəcəyini) bilsə, təyəmmüm edə bilər və bu təyəmmümlə qılınan namaz düzdür.

Əgər bu təyəmmümlə namaz qılmazdan öncə dəstəmaz və ya qüslün ona zərəri olmadığını bilsə, onun təyəmmümü bahildir. Lakin əgər bunu namaz qıldıqdan sonra bilsə, qüsl və ya dəstəmaz alıb vacib ehtiyata görə namazını yenidən qılmalıdır.

• Gəcə yarısı qüsl verməyin çətinliyi qüslü tərk etmək üçün şəri üzr hesab olunmur. Deməli əgər qüsl verməyin zərəri və ya məşəqqəti yoxdursa, hansı şəkildə mümkündürsə qüsl vermək vacibdir. Yalnız zərəri və ya məşəqqəti olduğu təqdirdə namazqılan təyəmmüm etməlidir.

• Əgər cənabətli şəxsin bədənini və paltarını paklamağa, yaxud paltarını dəyişməyə kifayət qədər vaxtı olmasa, həmçinin hava soyuq olduğu üçün paltarsız namaz qıla bilməsə, bu şəxs cənabət qüslü əvəzinə təyəmmüm edib həmin napak paltarla namazını qılmalıdır. Bu namazın qəzasını qılmaq vacib deyil.

• Əgər namaz vaxtı dar olsa və namaz qılan şəxs nigaran olsa ki, qüsl verəcəyi və ya dəstəmaz alacağı təqdirdə namazının hamısı və ya bir hissəsi namaz vaxtından xaric olacaqdır, təyəmmüm edib namaz qılmalıdır.

• Əgər yuxuda ikən insandan bir rütubət xaric olsa və oyanıb paltarını nəm görsə, lakin heç bir şey xatırlamasa, bu halda əgər həmin şəxs, ondan xaric olan rütubətin məni olduğunu dəqiqləşdirsə, cənabətlidir və qüsl verməlidir. Əgər namaz üçün vaxt azdırsa, bədənini pakla-dıqdan sonra təyəmmüm edib namaz qılmalı və sonrakı namazlar üçün qüsl verməlidir.Amma əgər bu şəxs ondan xaric olan rutubətin məni olduğunu dəqiqləşdirə bilməsə, cənabətli deyildir.

Təharətin (dəstəmazlı və ya qüsllü olmaq) şərt olmadığı işlər üçün (məsələn, imamzadələri ziyarət etmək) qüsl əvəzinə təyəmmüm etməyin nə dərəcədə düzgün olması şübhəlidir. Lakin əgər qüsl ver-mək məşəqqətlidirsə, müstəhəb qüsllərin əvəzinə savaba yetişmək ümidi ilə təyəmmüm etməyin maneəsi yoxdur.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))