Shia.az SonUmidTv media
sitename

İrtimasi dəstəmaz

Dəstəmazda suyu üzə və əllərə tökmək əvəzinə üzü və əlləri suya batırıb çıxarmaqla da dəstəmaz almaq olar və buna “irtimasi dəstəmaz” deyilir.

İrtimasi dəstəmazda da (tərtibi dəstəmaz kimi) vacibdir ki, dəstəmaz üzvləri yuxarıdan aşağıya olan istiqamətdə yuyulsun.

İrtimasi dəstəmazda da, (tərtibi dəstəmazda deyildiyi kimi üzvləri) iki dəfədən artıq yumaq olmaz; birincisi vacib, ikincisi caiz və üçüncüsü qeyri-qanunidir. Əlləri sudan çıxararkən dəstəmaz niyyəti ilə çıxarmaq lazımdır ki, məshin rütubəti dəstəmaz suyu ilə olsun.

Cəbirə dəstəmazı

Yaranın üstü bağlıdırsa, yuya bildiyi yerləri yumalı və bandın (cəbirənin) üstünə (yumaq əvəzinə) yaş əlini çəkməlidir. Bu dəstəmaza “cəbirə dəstəmazı” deyilir.

Əgər dəstəmaz(ın yuyulan) üzvlərində (üz və əllərdə) yara ya sınıqlıq ola, üstü açıq olduqda və suyun ona zərəri olmadıqda yuyulması vacibdir, amma su ona zərər edərsə, gərək onun ətrafı yuyulsun və üzərinə əl çəkmək zərər etmirsə (vacib) ehtiyata əsasən (ətrafını yuduqdan əlavə) yaş əlini də onun üzərinə çəksin.

Əgər məshin yeri yaradır və yaş əlini ona çəkə bilmirsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir, amma onun üzərinə pak bir parça qoyub məsh etməsi mümkün olduqda (vacib) ehtiyata əsasən təyəmmümdən əlavə belə bir məshlə olan dəstəmaz da almalıdır.

Əgər bir şəxsin dəstəmaz üzvlərinin biri yaradır və qanı kəsilmir, gərək onun üzərinə elə bir cəbirə qoysun ki, qan bayıra çıxma-sın, su keçirməyən bir şey kimi.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))