Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Dörd ayaqlılar

Ev heyvanlarından dəvə, inək, camış, qoyun və keçi kimi heyvanların əti halaldır. Vəhşi heyvanlardan isə dağ keçisi, çöl inəyi, ulağ (çöl uzunqulağı), ceyran, antilop kimi heyvanların əti halaldır. İmam Rza (ə) buyurur:

«Allah-Təala sizə inək, dəvə vəqoyun ətini halal etmişdir…»[1]

Əbdullah ibn Cündəb deyir:

« İmam Əlidən (ə) camış əti və südübarəsində soruşdum.Buyurdu: Heç bir eybi yoxdur.»[2]

Həmçinin ev heyvanlarından at, uzunqulaq (eşşək) və qatırın əti halaldır. Lakin onların yeyilməsi məkruhdur. Bu heyvanlar haqqında nəql olunmuş hədislərin birində İmam Sadiq (ə) buyurur:

وليس بحرام

«Onların əti haram deyil.»[3]

Bu hədisdən at, qatır və uzunqulağın haram olmadığı məlum olur. Lakin digər bir hədisdə İmamdan (ə) həmin üç heyvan haqqında soruşulduqda İmam (ə) bu cür cavab verir:

لا تأكلها

«Onları yemə!»[4]

İmamın (ə) bu sözündən isə haqqında danışdığımız heyvanların məkruh olduğu məlum olur. Yəni o heyvanların ətini yemək haram deyil halaldır. Lakin yeməməyin isə savabı vardır. Çünki məkruh bir əməli icra etməkdə heç bir günah yoxdur. Amma onu tərk etmək savabdır. Buna görə də ikinci hədisdə İmam (ə) “onları yeməyin”-deyə buyurur. «Şərhi-Lümə» kitabında qatırın at və uzunqulağa nisbətən daha çox məkruh olduğu qeyd olunur. Şəhid Sani (r.ə.) yazır: «Çünki qatır at və uzunqulağın izdivacından əmələ gəlir. At və uzunqulaq hər ikisi məkruhdurlar. Nəticədə iki məkruh cəm olur (yəni iki məkruh heyvanın cütləşməsindən əmələ gələn heyvanın məkruhluğu daha çoxdur).»[5]

İt, donuz və çöl donuzunun (qaban) əti haramdır. Həmçinin pişiyin də əti haramdır. Çünki pişikyırtıcı heyvanların bir növüdür. Yırtıcı heyvanların əti isə haramdır. Məsələn: Şir, bəbir, canavar, pələng, ayı, çaqqal, kaftar, tülkü və s. yırtıcı heyvanların əti haramdır.

Allah-Təala buyurur:

«Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir.»[6]

İmam Sadiq (ə) buyurur:

«Yırtıcı heyvanlardan heç nə yeməyin (yəni onların əti, südü,piyi və s. haramdır).»[7]

Dovşan və kirpi əti haramdır.Şeyx Muhəmməd Həsən Nəcəfi (r.ə.) «Cəvahirul-Kəlam» kitabında yazır: «Kirpi ətinin haram olmasında heç bir ixtilaf yoxdur. Hətta bu barədə icma var.»[8]Dovşan ətinin haramlığı haqqında isə İmam Rza (ə) belə buyurur:

وحرم الارنب ، لانها بمنزلة السنور ، ولها مخاليب كمخاليب السنور وسباع الوحش

«Dovşan əti (sizə) haram edilmişdir. Çünki o pişik kimidir. Pişiyin və digər vəhşi heyvanların pəncəsi kimi onun da pəncəsi vardır…»[9]

Həmçinin porsuq əti də haramdır. Çünki Məsumlardan (ə) gələn hədislərdə köpək dişi (yırtıcı heyvanlara məxsus) və pəncəsi olan heyvanların haram olduğu buyurulmuşdur. Porsuqda isə bunların hər ikisi var.

Mühəqqiq Hilli «Şəraiul-İslam» kitabında siçan, siçovul, dələ, sincab kimi heyvanların haram olduğunu yazır.[10]

[1]«Vəsailuş-şiə»17-ci cild; səh 34

[2]«Vəsailuş-şiə»17-ci cild; səh 35

[3]«Vəsailuş-şiə»16-cı cild; səh. 395; hədis 7

[4]«Vəsailuş-şiə» 16-cı cild; səh. 394; hədis 5

[5]«Şərhi-Lümə» 3-cü cild; səh 208

[6]«Bəqərə» surəsi; 173-cü ayə

[7]«Fiqhul-İmam Cəfəris-Sadiq»; 4-cü cild; səh. 369

[8]«Cəvahirul-Kəlam»; c.36; səh. 296

[9]«Vəsailuş-şiə»; cild 16; səh. 383; hədis 11

[10]«Şəraiul-İslam» cild 4; səh 751

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))