Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! (Bəqərə surəsi, ayə 172)

Qurani - Kərimdə haram qida məhsulları barədə çox qısa və üstü-örtülü məlumat verilir. Bu təbiidir. Çünki Quran insanların yemək rasionunu təyin etmək üçün deyil, onların haqqa hidayət olunmaları üçün göndərilmişdir. Peyğbər (s.ə.s) öz həyat tərzində onlara ən gözəl şəkildə təlim vermişdir.

Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! (Bəqərə surəsi, ayə 172)

Quşlar:

Caynağı olan yırtıcı quşlar (şahin, qartal, kərkəs, çalağan və b.)

Uçan vaxt qanad çalması, qanad saxlamasından çox olan quşların əti halal ,uçanda əksər hallarda qanadlarını saxlayıb çalmayan quşların əti isə haramdır.

Çinədanı, yaxud (insanın baş barmağı kimi) ayrı barmağı olan quşların əti halal, olmayanların əti isə haramdır.

Peyğəmbər (s.ə.s) buyurur: Bir tikə haramdan imtina etmək Allaha iki min rükət müstəhab namaz qılmaqdan daha çox xoş gələr.

Yumurtalar:

Əti haram olan quşların yumurtaları da haramdır. Ovalvari görünüşə malik olan yumurtalar halal,vdairəvi yumurtalar isə haramdır.

Haram halallar:

Əti halal olan heyvanların bəzi hissələri haramdır.
Heyvanın cinsiyyət orqanı (ağ ət)
Dalaq
Donbalan deyilən toxum
Öd kisəsi
Sidik kisəsi
Bəbək
Onurğa sümüyünün kənarlarında olan piy
Balalıq
Dırnaqların arasında olan vəzi

Su heyvanları:

Su heyvanları arasında yalnız pullu balıqların əti halaldır.

İlanbalığı, delfin kimi heyvanlrın əti isə haramdır.

Halal balığın kürüsü halal, haram balığın kürüsü isə haramdır. Əti halal olan pullu balıqları yalnız sudan kənarda ,quruda öldüyü təqdirdə yemək olar. Tora düŞən balıqlar istisna olmaqla,vsuda ölən balıqların əti haramdır.

İstibra:

Əti halal olan heyvanların əti dörd halda haram olur:

1. Adəti üzrə insan nəcisini yesə. (Bu halda onun əti və südü haram, təri də nəcis olur).

2. İnsan onlarala cinsi əlaqədə olarsa (Bu halda onun əti ,südü.ümumiyyətlə,bütün nəsli haram olur).

3. Donuz südü ilə qidalanan və qidalanma nəticəsində ətəcana gələn quzunun, çəpişin və buzovun əti.

4. Şəri qayda ilə kəsilmədikdə. Qeyd: Nəcis yeyən heyvanın ətinin halal olması üçün ona bir müddət nəcis yeməyə imkan verməmək lazımdır. Buna şəraitdə istibra deyilir.

Dəvə - 40 gün, inək-30-40 gün, qoyun 10-14 gün, su quşları 5-7 gün, ev quşları 3 gün, balıq 1 gün istibra edilməlidir. Yalnız qeyd olunan müddət başa çatdıqdan sonra nəcis yeyən heyvanların ətindən istifadə etnək olar.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))